Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır.Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. == Əhəmiyyəti == Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir.Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Fiyeld
Fiyeld – Norveçdə xeyli hündürdə yerləşən platoya deyilir ki,burada yüksək tirələr ilə çökək yerlər növbələşir.Çökək yerlərdə çoxlu göl və bataqlıq yerləşir.
Fyeld
Skandinaviya dağlarının ayrı-ayrı massivlərində platoyaoxşar , qabarıq , buzlaqla və ya tundra bitkiləri ilə örtülü təpənin səthidir.
Willd.
Karl Lüdviq Vildenov (alm. Carl (Karl) Ludwig Willdenow‎, 1765–1812) — alman botaniki. == Çap olunmuş əsərləri == Willdenow C. L. Florae Berolinensis prodromus, 1787 (lat.) Willdenow C. L. Grundriß der Kräuterkunde zu vorlesungen, entworfen von D. Carl Ludwig Willdenow.
Bild
“Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet. == Haqqında == 1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s.
1. deild
1. deild liqası Farer adalarının 2-ci divizionudur. Liqa 1943-cü ildə yaranıb. == 2014-ci il üçün klublar == 07 Vestur AB Argir II B36 Tórshavn II EB/Streymur II FC Suðuroy HB Tórshavn II KÍ Klaksvík II NSÍ Runavík II TB Tvøroyri Vikingur II == 1. ==
Hotspot Shield
Hotspot Shield — internet filtrasiyadan yayınmaq üçün istifadə olunur. Bu proqram internet sessiyasını kodlaşdırmaq üçün HTTPS-dən istifadə edir. O, internet istifadəçisinin IP-ünvanını gizlədir və internetə daxil olduğu ərazidə bloklanmış informasiyalara çıxışını təmin edir.
Kamboca rieli
Kamboca rieli ((khm. រៀល; simvol: ៛; code: KHR)) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir. Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir. == Birinci riel (1953–1975) == 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.
Lüdviq Diels
Lüdviq Diels (alm. Friedrich Ludwig Emil Diels‎, 24 sentyabr 1874[…], Hamburq – 30 noyabr 1945[…], Berlin, Almaniya Federativ Respublikası) — Almaniya botaniki və səyyahı. == Şərəfinə adlandırılmış taksonlar == Dielsantha E.Wimm. Dielsia Gilg Dielsiocharis O.E.Schulz Dielsiochloa Pilg. Dielsiothamnus R.E.Fries == Əsərləri == alm. Engler H.G.A., Diels L., Stubbe H., Noack K. Das Pflanzenreich: Regni vegetabilis conspectus. Stuttgart: Engelmann, Wiesbaden: Harrassowitz.‎ alm. Diels L. Pflanzengeographie. – Leipzig: G.J. Göschen. 1908‎ alm.
Niels Brinck
Nils Brink (24 sentyabr 1974, Orhus, Mərkəzi Yutlandiya[d]) — danimarkalı müğənni. == Həyatı == Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı “Believe Again” (Azərbaycan dilində:Yenidən inan) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
Niels Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. == Memarlıq == Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. == Külliyə == Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
10050 Cielo Drive
10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət. Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır. Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır. Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır. Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur. == Ünvanı == İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır. "10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır. Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Cielo Drive" məhəlləsindəki imarətlər görünüş baxımdan bu imarətə olduqca bənzərdir. Bu binaları çox zaman qarışıq salırlar. Amma "Twin House" kimi tanınan həmin imarətlər isə "The Bedrock Properties" adlanır.
Artur Zifeld-Simumyaqi
Artur Zifeld (tam adı: Zifeld-Simumyaqi Artur Rudolfoviç; 1889, Tallin – 1939) — Azərbaycan tarixçisi, ölkəşünas, 1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri, 1923–1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi, Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru, 1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, repressiya qurbanı. == Həyatı == Zifeld Artur Ruldolfoviç 1889-cu ildə Estoniyanın indiki Tallin, keçmiş Revel şəhərində zəhmətkeş ailəsində anadan olub. Milliyyət baxımdan estondur. 1898–1905-ci illərdə Odessada RU lüteran-kilsə prixod məktəbində təhsil alıb. 1905–1912-ci illərdə inqilabi fəaliyyətdə fəal iştirak edir. 1912-ci ildə Almaniyaya emiqrasiya edir. 1917-ci ilə qədər İsveçrədə yaşayaraq V. İ. Leninlə birlikdə çalışır. 1917–1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olur. 1921-ci ildə Bakıya qayıdaraq bir müddət Azərbaycanda fəaliyyətini davam etdirmişdir. 1932–1935-ci illərdə Gürcüstanda qısa müddətli fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdır.
Niels Esperson Building
Niels Esperson Building — ABŞ-nin Hyuston şəhərində yerləşən 125 metr hündürlüyü olan binadır. Bu bina 1927-ci ildə tikilmişdir. Niels Esperson Building Hyustonda intibah dövrünün italyan arxitekturasının tək binasıdır.
Niels Ryberg Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. == Bayram yeli folklorda == Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. == ‌Bayram yeli Azərbaycan ədəbiyatında == Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: == İstinadlar == == Həmçinin bax == Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Cild (kitab)
Cild (yun. τόμος — hissə, bir kəsim) — çoxcildli kitabın ayrıca bir kitab halında olan hissəsi. Bir cilddə verilən material böyük bir materialın bir hissəsi olmaqla yanaşı, ayrıca bir tamı əhatə etməlidir.Cildləmə sahəsi - (ing. gutter; rus. поле переплета) — sənədin iki qonşu səhifəsi arasında cildləmə üçün nəzərdə tutlmuş boşluq və ya iç sahə. Hər bir cild ayrıca olaraq bir saydan başalyaraq nömrələnir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Cozef Hild
Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[…], Peşt[d], Peşt medyesi – 6 mart 1867[…], Peşt[d], Peşt medyesi) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir. == Həyatı == Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı.
Yıldo
Yıldo (əsl adı: Ahmet Yıldırım Benayyat; 18 oktyabr 1945, Konya) — Türk şovmen, serial oyunçusu, köhnə futbolçu və voleybolçu. == Həyatı == Əsl adı Əhməd Yıldırım Benayyat olan Yıldo, Konya ilinin Ereğli şəhərində anadan olub. Ömər Rəşid adında bir böyük qardaşı, 1983 doğulan Alihan adlı bir oğlu vardır. Təhsil həyatı, atasının peşəs səbəbindən Anadolu 'nun müxtəlif şəhər lerinde keçdi. Ankara Respublika Liseyində voleybol oynayarkən 1965-ci ildə Boluspor 'a futbolçu olaraq transfer olduğu üçün Bolu Liseyində lisey təhsil ini tamamladı. Daha sonra, 1973-cü ildə universitet təhsilini İstanbul İqtisadi və ticari Elmlər Akademiyası (indiki Marmara Universiteti) 'nde tamamladı. == İdman həyatı == İdman həyatında ilk dəfə 1962-ci ildə gənclər Türkiyə 400 metr maneəli rekordunu qıraraq adını eşitdirdi. 1965-ci ildə liseydə voleybol oynayarkən Bolusporaa futbolçu olaraq transfer oldu. 1967-ci ildə futbol oynayarkən təkrar voleybola dönən Yıldo, Qalatasaray idman klubunun voleybol komandasında oynadı. "Yıldo" ləqəbi ilk dəfə yoldaşı milli voleybolcu Yavuz Işılay tərəfindən Qalatasaray voleybol komandasında oynayarkən ilişdi.
De Wild.
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E.A.J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E.A.J. de; Durand, T.A. (1898—1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E.A.J. de (1899—1909).
Richard Kiel
Riçard Kil (ing. Richard Kiel; d. 13 sentyabr 1939, ABŞ - ö. 10 sentyabr 2014, ABŞ) — ABŞ aktyoru.
Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Vild burnu
Vild burnu — Kara dənizinin sahilində, inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Burun Taymır yarımadasının qərb qutaracağında qərarlaşır. Burundan iki km şimalda Myaçin adaları yerləşir. == Həmçinin bax == Şmitd burnu == Mənbə == William Barr, The Last Journey of Peter Tessem and Paul Knutsen, 1919.
Yəzd
Yəzd — İranın Yəzd ostanının və Yəzd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 423,006 nəfər və 114,716 ailədən ibarət idi.
Cəld kərtənkələcik
Cəld kərtənkələcik (lat. Eremias velox) — Kərtənkələcik fəsiləsinə aid kərtənkələ növü. == Xariçi görünüşü == Kiçik ölçülü olub 10,5 sm uzunluğa malik olurlar. Quyruqları 1,5–2 dəfə uzun olur. Rəngi və üzərindəki ləklər fərqli olur. Yuxarı hissəsi boz və qum rəngində olur. Üzərində isə qara və parlaq ləkələrlə örtülü olur. Qarın nahiyəsi ağ rəngdə olur. == Həyat tərzi == Əsasən səhra, yarımsəhra və dağlarda yayılırlar. Onlara 1700 m yüksəkliklərdə belə yayıla bilir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.