Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Yivsiz silah
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
Kim Yin-Yi
Kim Yin-Yi (d. 20 iyun 1993) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Yin-Yi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Div
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Kiv
Kütləvi informasiya vasitələri və ya qısaca KİV — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
Xiv
Xiv (tab. Хив) — Dağıstan Respublikası, Xiv rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xiv rayonunun və Xiv kənd sovetliyinin mərkəzidir. Xiv kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Xiv kəndi Çıraq -çay və Rapak-çay arasında olan vadidə yerləşir. Mahaçqaladan 207,3 km cənubda, Belici dəmiryolu stansiyasından 58 km qərbdədir. Xiv kəndi tabasaranlıarın ən qədim kəndlərindən biridir. Onun tarixi hələdə çox az araşdırılmışdır. Onun salınması haqqında məlunmat yoxdur. Əsasən özdənlərdən ibarət kənd idi.
YSV
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nihon Hyōjunji və ya中央標準時 Chūō Hyōjunji) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
YUV
YUV — rəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı "ağ-qara" (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi. YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır: R = Y + 1.13983 * V; G = Y — 0.39465 * U — 0.58060 * V; B = Y + 2.03211 * U; Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = −0.14713 * R — 0.28886 * G + 0.436 * B; V = 0.615 * R — 0.51499 * G — 0.10001 * B; İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Emi Yip
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Kristofer Riv
Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru. == Həyatı == Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır. Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var. Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Liu Yin
Liu Yin bir hun şahzadəsi idi. Liu Yaonun oğlu idi olan Liu Yin böyük sərkərdə olmaqla birlikdə 329-cu ildə Şi Le tərəfindən edam edilmişdi.
Liv Boeri
Liv Boeree — 31 yaşlı ingilis qumarbaz. Liv 2015'ci ildə bütün zamanların ən şanslı qumarbazı olaraq Global Poker tərəfindən təsdiqlənib. Ən çox bluff (pis ələ baxmayaraq böyük pullara oynayan) edən qumarbazdır. Etdiyi bluff'lərin 80% udub. Ən uğurlu bluff'u rəqibinin "Full House" əlinə qarşı 500.000$ qoyaraq qazanmasıdır. 500.000 qoyarkən Liv'in kartları zəif idi. Lakin rəqib qorxub və oyundan çəkilib. Liv oyun müddətində gözünü rəqibinin gözündən heç çəkməməklə də məşhurdur.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Qırğızıstanda KİV
Qırğızıstanda kütləvi informasiya vasitələri (KİV) bölgədəki qonşu ölkələrlə müqayisədə daha çox azaddır və konstitusiya mətbuat azadlığına zəmanət verir və senzuranı qadağan edir. Bununla belə, media hələ də hökumət tərəfindən məhdudlaşdırılıb. ATƏT Qırğızıstanın çap və onlayn medialarında etik normalara dair hesabat yayımlayıb. 2003-cü ildə Qırğızıstanın 25-30 qəzet və jurnalının səkkizi dövlətə məxsus idi və dövlət nəşriyyatı Uçkun, ölkənin ən böyük qəzet nəşrçisi idi. Kütləvi informasiya vasitələri arasında rəqabət hökumətyönlü qəzetlərin və yayım orqanlarının ciddi dəstəyi ilə ləğv olunur. 2000-ci illərin əvvəllərində artan sayda bu cür idarələrə hökumətlə əlaqəsi olan şəxslər nəzarət edirdilər. Hazırda Qırğızıstanda hökumətin yayımları məhdudlaşdırdığı və keçmişdə müxalifətin etirazlarını nümayiş etdirən xüsusi şəbəkələri qorxutduğu və ya bağladığı 8 dövlət və 20 özəl televiziya şəbəkəsi mövcuddur. 23 FM radio stansiyası və cəmi 13 AM stansiyası var. Dövlət mediası üstünlük təşkil edir və ölkədəki siyasi mühiti nəzərə alaraq müxalifət tərəfindən özəlləşdirilməsi üçün hərəkətlər Prezident Qurmanbek Bakıyev tərəfindən əngəllənir. Şəxsi şəbəkələrin əksəriyyəti paytaxt Bişkekdə yerləşir.
Riv (İzer)
Riv (fr. Ornacieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38337. Kommunanın 2007-ci il üçün əhalisi 5794 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Tufan Div
Tufan Div — Azərbaycan nağılı "Tapdıq"ın qəhrəmanı. Fırtınalar tanrısı və Zülmət dünyasının padşahıdır, oğlu Tapdıq "İşıqlı dünyanın və Zülmət dünyasının padşahı" olaraq onu əvəz etmişdir. Zülmət dünyasının padşahı olan Tufan div bütün şər qüvvələrin və əməllərin himayəçisidir. O, nağılda tam mənfi obraz kimi təqdim edilməsə də, verilən bəzi məlumatlar (Tufan divin ölü tilsimini istifadə etməsi) onun mənfi obraz olduğunu təsdiqləyir. Təbiətə təsir etmə. Tufan div bir yerdə görünməzdən əvvəl bərk gurultu qopara və ildırım çaxdıra bilər. Div Gün xanımdan ayrıldığı zaman kədərlənir, göz yaşları havaya qalxıb, damla-damla yerə süzülürdü. Ustadlara görə, bulud, duman, yağış, qar, dolu Tufan divin göz yaşlarından əmələ gəlirdi. Tufan div Gün xanımı gördükdən sonra onun göz yaşlarından dəryalar, ümmanlar, göllər əmələ gəlir və ya göz yaşları od olub ətrafı yandırırdı. Uçma və qeyri-insani sürət.
İmri Ziv
İmri Ziv (ivr. ‏אימרי זיו‏‎; d. 12 sentyabr 1991, Hod-ha-Şaron, İsrail) və ya sadəcə IMRI — İsrail müğənnisi. O, İsraili 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İmri Ziv 12 sentyabr 1991-ci ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olmuşdur. O ibtidai təhsilini İlan Ramon adına orta məktəbdə almışdır. Hərbi xidmətdə ikən İmri İsrail Silahlı Qüvvələrinin Təhsil və Gənclik Korpusu Dəstəsinin orkestrində musiqi ilə məşğul olmuşdur. Ali təhsil olaraq o, Herzliya şəhərində yerləşən Daxili İntizam Mərkəzi kollecində kommunikasiya elmləri ixtisası üzrə təhsil almışdır. İmri ivrit, ingilis və ispan dillərində sərbəst danışa bilir. 2012-ci ildə İmri Ziv İsrailin The Voice səs yarışmasında iştirak etmişdir.
HİV dissidentlik
İİV ing. HİV dissidentlik (HIV/AIDS denialism, bu hərəkatın tərəfdarları HİV inkarçıları kimi də tanınırlar ) insanın immunçatışmazlığı virusunun yoluxucu agenti olduğuna dair ümumi qəbul edilmiş sübutları inkar edir. Hərəkət iştirakçılarının fikirləri müxtəlifdir. Onların bəziləri HİV-in və müvafiq olaraq QİÇS-in mövcudluğu faktını inkar edirlər. Digərləri HİV-in mövcudluğunu etiraf edir, lakin onun QİÇS ilə əlaqəsini inkar edərək, sonuncunu digər amillərin nəticəsi elan edirlər. Onların arasında HİV infeksiyası üçün nəzərdə tutulmuş terapiyanın QİÇS-in səbəbi olması ilə bağlı fikir də geniş yayılmışdır. == Tarixi == QİÇS ilk dəfə 1981-ci ildə qeydə alınmış və o zaman "dörd H xəstəliyi" adlandırılmışdı. ing. 4-H disease Haiti sakinlərində və ya ziyarətçilərində, hemofiliyalılarda, heroin istifadəçilərində və homoseksuallarda aşkarlandığı üçün xəstəliyə həmin ad verilmişdi. Lakin getdikcə xəstəliyin yalnız bu kateqoriyalı insanlar üçün endemik olmadığı aydın olduqdan sonra 1982-ci ilin iyulunda keçirilən konfransda QİÇS abbreviaturası təqdim edilmişdir.
Tiv (illüstrator)
Tiv (25 fevral 1981, Seul) – koreyalı qadın manqaka və illüstrator. Hal-hazırda Yaponiyanın Saytama prefekturasında yaşayır. Annyeong! -We are Peanuts- (2007-2009, Futabasha) Bokura wa Minna Ikiteiru! (2010-2012, Ichijinsha) Heaven's Memo Pad - Hikaru Suqii (2010-2012, Dengeki Daioh) Komori Quintet! - Hikaru Suqii (2013-2015, Dengeki Daioh) Masamune-kun's Revenge - Hazuki Takeoka (2012-hazırda, Comic Rex) School! Scoop? (2012-2013, SD&GO!) Ao Haru! - Şun Uçida (2012, MF Bunko J) Azukete! Jikan Ginkō-cho - Nobuki İto (2009, Sneaker Bunko) Hiru mo Yoru mo, Ryōte ni Akujo-cho - İko Torimura (2011, Gagaga Bunko) Ima, N Kaime no Kanojo - Garu Kobayashi (2016, Fujimi Shobo) Inutsuki-san - Yosuke Karabe (2009, Square Enix) Manga no Kami-sama - İkko Sono (2015-hazırda, Dengeki Bunko) Masamune-kun's Revenge - Hazuki Takeoka (2013 & 2016, Ichijinsha Bunko) Shōjo Kaidan - Çiya Fucino (2008, Bungei Shunjū) Shugei Onna - Ritsuko Nosaka (2015, TO Books) Yoshi Yume ga Kuru!
Vinnifred Riv
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Xiv rayonu
Xiv rayonu - Rusiya Federasiyasının bir subyekti olan Dağıstan Respublikasında yerləşən rayon. Rayonun sahəsi 501 km² , inzibati mərkəzi Xiv kəndidir . 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 20.747 nəfər əhali yaşayır . Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Xiv kəndidir (2.243 nəfər) . 2010 - cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 59.8%-ni tabasaranlılar , 38.8%-ni ləzgilər , 0.7%-ni isə digər xalqlar təşkil edir . Rayonda 42 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir .
Yakob Ziv
Yakob Ziv (Jacob Ziv; 27 noyabr 1931, Tiberiya, İsrail şimal dairəsi – 25 mart 2023) — İsrailli elektrik mühəndisi. Yakob Ziv 27 noyabr 1931-ci ildə Britaniyanın idarə etdiyi Fələstində Tiberias şəhərində anadan olmuşdur. Yakob Ziv 1954-cü ildə Texnion-İsrail Texnologiya İnstitutunu və 1957-ci ildə elektrik mühendisliyini, 1962-ci ildə Massachusetts Texnologiya İnstitutu bitirmişdir. O, İbrahim Lempellə birlikdə LZ ailəsi kayıpsız məlumatların sıxılma alqoritmlərini inkişaf etdirmişdir. LZ77 sıxma alqoritminin müəlliflərindən biri, israilli kompüter üzrə alim Yakob Ziv 2008-ci ildə "BBVA Foundation Frontiers of Knowledge Awards" fondunun təsis etdiyi İnformasiya-Kommunikasiya Texnologiyaları Mükafatı ilə təltif edilmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
XIV Benedikt
XIV Benedikt (lat. Benedictus XIV; d. 31 mart 1675 - ö. 3 may 1758) — Roma papası. Healy, Patrick (1907).
XIV Klement
XIV Klement (lat. Giovanni Vincenzo Antonio Ganganelli;31 oktyabr 1705[…] – 22 sentyabr 1774[…], Roma) — Roma papası.
XIV Lüdovik
XIV Lüdovik (fr. Louis XIII de France; 5 sentyabr 1638[…], Sen-Jermensk sarayı[d] – 1 sentyabr 1715[…], Versal sarayı) — Fransa kralı. 1643–1715-ci illərdə hakimiyyətdə olmuşdur. 1643-cü ildə XIII Lüdovik öləndən sonra taxta 4 yaş 8 aylıq olan XIV Lüdovik və ya əsl adı ilə Louis çıxmışdı. O 1638-ci ildə XIII Lüdovik və Anna Avstriyalının oğlu kimi dünyaya gəlmişdi. Onun yaşı çatmadığından isə dövləti İtalyalı olan Kardinal Culio Mazarini idarə edirdi. Bu zaman Fronda kimi məşhur olan üsyan başvermişdi. Bu üsyan 1648–1653-cü illərdə baş vermişdi. Üsyanın səbəbi isə Kardinal Rişelyenin zadəganların nüfuzunu qıraraq məclisin gücünü məhdudlaşdırma siyasətinin Kardinal Mazarini tərəfindən davam etdirilməsi idi. Üsyana təkan verən səbəblərdən digərləri isə bu zaman yaşanan qiymət artımı, qıtlıq və sair kimi səbəblər oldu.
XIV əsr
XIV əsr — 1300-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1300-cü ilin 1 yanvar tarixi, son günü isə 1399-cu ilin 31 dekabrıdır. XIV əsrdən sonra isə XV əsr gəlir.