Kiv

Kütləvi informasiya vasitələri (KİV) — informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir.[1] Kütləvi kommunikasiya anlayış baxımından bir şəxs və ya bir qrup insan tərəfindən yaranan ötürücü cihaz (medium) vasitəsilə böyük bir auditoriyaya göndərilən ismarışdır. Kütləvi informasiya vasitələri isə kütləvi kommunikasiyanı ötürmək üçün istənilən mediumdur. Dövrümüzə qədər kütləvi informasiya vasitələri müəyyən edilmiş və səkkiz KİV industriyası tərəfindən təşkil olunmuşdur: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet.

  • İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış "Günün hadisələri" adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir. İlk jurnallar qəzetlərdən və kitab tacirlərinin kataloqlarından təşkil olunmuşdu. Radio və televiziya isə yalnız keçən yüzüllikdə meydana gəlmişdir.
  • Ən populyar kütləvi informasiya vasitəsi televiziyadır. Televiziya görüntünü və səsi birbaşa insanların evlərinə çatdırır. Belə ki, televiziyanın vasitəsilə kürsüdən ayrılmadan dünyanın müxtəlif nöqtələrində baş verən hadisələri seyr etmək mümkündür.
  • Ən geniş yayılan KİV radiodur. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla özünlə daşıya bilərsən. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü musiqidir.
  • Ən ucuz KİV jurnaldır. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.

Mobil telefon[redaktə | mənbəni redaktə et]

Mobil telefon və ya hər hansı bir telefon kütləvi medium hesab oluna bilərmi?

Mobil telefon və ya istənilən telefon bu mənada adətən kütləvi media növü hesab olunmur. Telefon iki tərəfli kommunikasiya cihazı hesab olunarak, eyni zamanda bir neçə nəfərə xidmət edə bilir. KİV anlayışına baxdıqda, burdan aydın olur ki, kütləvi informasiya vasitəsi eyni zamanda ismarışını böyük qrup insana göndərir. Lakin müasir mobil telefonlar artıq bir istiqamətli cihaz deyil. Bir çox mobil telefonlar internetə çıxaraq, onun vasitəsilə kütləvi medium hesab olunan istənilən sayta qoşula bilər. Bəs bu səbəb mobil telefonları kütləvi medium yoxsa sayta girişi olan sadə cihaz edir?

Hal-hazırda marketoloq və reklamçılara istifadəçi tərəfindən razılaşmayan peyk və televiziya kommersiya və reklamlarını birbaşa milyonlarla mobil telefonlarına daxil olmağı icazə verən hərəkətli bir plan var. Milyonlarla insanlara kütləvi reklamı ötürmək həqiqətən kütləvi kommunikasiyadır[2].

Video oyunlar[redaktə | mənbəni redaktə et]

Video oyunlar da kütləvi medium kimi inkişaf edə bilər. Təsəvvür edin ki, video oyunlar istifadəçilərə müəyyən ismarış və ideologiyaları çatdırırıq. . Bu, bizim də Azərbaycan Salam olsun ki, o, öz . Online oynayan istifadəçilər bəzən öz təcrübələrini paylaşdığı kimi, video oyunları ayrı-ayrılıqda oynayan istifadiçələr də təcrübələrini paylaşa bilər. Video oyunu heç vaxt bu oyunu oynamayan dostunuz ilə ətraflı müzakirə edə bilərsiniz, çünki bu təcrübə hər ikiniz üçün eynidir[3]. Beləliklə, rəqəmsal kommunikasiya texnologiyası daha da inkişaf etməsi gələcəkdə kütləvi informasiya vasitələrinin daha da inkişaf və genişlənməsinə səbəb ola bilər.

KİV[redaktə | mənbəni redaktə et]

KİV böyük auditoriya üçün nəzərdə tutulan mediadır. Bu televiziya və radio formasında olan yayımlanan media, qəzet və jurnal kimi çap media formasında ola bilər. İnternet də həmçinin KİV statuslu media növüdür, dünyanın müxtəlif bölgələrində ondan geniş sürətdə faydalanırlar. Dünyada bir çox insanlar mediadan sadəcə xəbər almaq və əylənmək üçün istifadə edir, beləliklə KİV qlobal olaraq böyük sənayedir.

Adətən Kütləvi İnformasiya Vasitələri ölkənin əksəriyyət əhalisi kimi, böyük bir bazar üçün çalışır. Bunun əksinə olaraq, ixtisas media xüsusi demoqrafik qruplar üçün təmin olunduğu halda, yerli media regional səviyyəli xəbər maraqlarında cəmlənərək daha az əhalisi olan əraziləri əhatə edir. Bəzi yerli media tədqiqat jurnalistikası sahəsində dövlət və əyalət xəbərlərini əhatə edir. Məsələn, Əvvəllər Manchester Guardian kimi tanınan The Guardian regional gündəlik kimi başlamış İngiltərənin milli tanınmış qəzetidir.

Televiziya[redaktə | mənbəni redaktə et]

İnsanlar tez-tez KİV yalnız xəbər kimi fikirləşirlər, lakin KİV həmçinin televiziya şouları, kitab və kino kimi əyləncəni də özündə birləşdirir. Eyni zamanda o təbiətcə təhsil də özündə birləşdirir, beləki ictimai yayımlanan stansiyalar timsalında əhali təhsil proqramları ilə təmin olunur. Siyasi kommunikasiya da propaqandanı daxil edərək KİV vasitəsilə paylanır. Beləliklə, KİV insan cəmiyyətinin tənqidi bir hissəsidir. KİV anlamaq əhali və mədəniyyətin başa düşülməsi üçün əsas məqamdır və buradan media sahəsinin nə üçün bu dərəcədə geniş olması ortaya çıxır. Hər hansı bir xalqın KİV izləmək, oxumaq və əlaqədə olmaq insanların düşüncələrinin başa düşülməsində əsas açardır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kütləvi informasiya vasitələri[ölü keçid]
  2. Plural form of the word medium.
  3. Center for Media Literacy (CML).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]