Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolqulu bəy Zülqədər
Yolqulu bəy Zülqədər — I Şah Təhmasibin dövründə fəaliyyət göstərmiş Səfəvi sərkərdələrindən biri. == Haqqında == Fəaliyyət dövrü XVI əsrdədir. Türk tayfalarından biri olan Zülqədər elinə mənsub olmuşdur. Yolqulu bəy I Təhmasibin ən inandığı şəxslərdən olmuş və 1560-cı illərdə ona ən yaxın şəxslərdən biri olaraq yüksəlmişdir. I Təhmasibin siyasətlərindən biri də daxildə öz muxtariyyətlərini saxlamış feodal bəyliklərini tamamilə dövlətə tabe etmək idi. Belə dövlət qurumlarından biridə Gilan ostanıın Biyəpiş (Gilanın şərqi) vilayətində hakimiyyət olan və Kərkiyə sülaləsinə mənsub olan Xan Əhməd xan idi. Əhməd xan I Təhmasibin bu siyasətinə qarşı gəldi və sülalə ilə qohumluğu olmasına, I Təhmasibin qızı Məryəm Bəyimlə evli (bu evlilikdən Yaxan Bəyim olmuşdur) olmasına baxmayaraq, üsyan başlatdı. I Təhmasib bu üsyanı başlamamış bitirmək və qan tökülməsinin qarşısını almaq üçün bir qrup qızılbaşla birlikdə Yolqulu bəy Zülqədəri onunla danışıqlara göndərdi. Lakin Xan Əhməd xan I Təhmasibin təklifini rədd etdi və Yolqulu bəyin başını kəsərək I Təhmasibə göndərdi. Beləliklə, Yolqulu bəy 1567-ci ilin iyununda öldürülmüşdür.
Bolsulu
Bolsulu — Azərbaycan Respublikasının Beyləqan rayonunun Təzəkənd inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Orconikidze adına kanaldan 4 km. aralı, Mil düzündədir. Qəsəbə kanalın yaxınlığında, Bolsulu adlanan ərazidə salındığı üçün belə adlandırılmışdır. Bəzi mənbələrdə Boluslu variantında da qeydə alınmışdır. Gürcüstanın Bolnisi rayonu 1948-ci ilədək Bolus adlanırdı.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Bolsulu bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güllü Yoloğlu
Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri və televiziya aparıcısı. == Həyatı == Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər. O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar. Canallıda 8 illik məktəbi bitirdikən sonra 9-10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-ci ildə orta məktəbi başa vuran G.Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983-1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdirYeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki qızı var. == Elmi yaradıcılığı == Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir. Dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının müxtəlif yerlərindəki universitetlərdə konfranslar vermişdir.
Körpülü
Aşağı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. == Keçəl təpə qışlağı == Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
İsa Körpülü
İsa Körpülü təxəllüsü ilə şeirlərini imzalayan İsa Həsən oğlu Mansurov 1956-ci ildə Ermənistanda - Barana (Noyemberyan) rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. 1977-ci il Bakıda Mədəni-Maarif Texnikomunu bitirmişdir. 1978-88 ci illərdə Yuxarı Körpülü kəndində mədəniyyət evinin müdiri işləmiş, eyni zamanda, texniki peşə məktəbində etika və estetikadan dərs demişdir. 1988-cildə Azərbaycanlıların Ermənistandan son deportasiyası zamanı ailəsi ilə Bakıya köçmüşdür. 1992-ci ildə İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. Dövlət Statistika Komitəsində və Gənclər və İdman Nazirliyi sistemində işləmişdir. == Yaradıcılığı: == İsa Körpülü təxəllüsü ilə şeirlərini imzalayan İsa Həsən oğlu Mansurovun kitablar toplusu 2 cilddə buraxılmışdır. 1-ci cild 2002-ci ildə “Günəş” nəşriyyatinda buraxilmişdir və kitabin adi "Sevməzdim dünyanı sən olmasaydin" adlandırılmışdır. 2-ci cild isə ölümündən sonra 2008-ci ildə "Səda" nəşriyyatında çap olunmuşdur. Kitabın adı isə “Gəl şağollasaq” adlandırılmışdır.
Körpülü Mehmed Paşa
Köprülü Mehmed Paşa (1580, Bərat – 31 oktyabr 1661, Ədirnə) — IV Mehmed dönəmində 15 sentyabr 1656 - 31 oktyabr 1661 tarixlərində ümumilikdə 5 il 1 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin banisidir. == Həyatı == İndiki Albaniyanın Rudnik kəndində 1578-ci ildə dünyaya gəlmişdir. Dəvşirilərək İstanbula gətirildi və Əndərundakı təhsili bitdikdən sonra saray mətbəxində vəzifələndirildi. IV Murad dövründə has odabaşı oldu və ardından xəzinədarın qulluğuna verildi. Çox keçmədən buradan ayrıldı və Amasiyaya göndərildi. Burada Vəzirkörpü qəsəbəsinə yerləşdi və yerlilərdən birinin qızı olan Ayşə xanımla evləndi. Bu səbəblə də Körpülü ləqəbi ilə tanınır. Köhnə dostu olan Hüsrəv Paşa sədrəzəm olduqdan sonra onun xəzinədarı olaraq paytaxta qayıtdı. Hüsrəv Paşanın edamından sonra bir müddət Amasiya sancaqbəyi olsa da, daha sonra geri döndü.
Körpülü Numan Paşa
Körpülü Numan Paşa (1670, Konstantinopol – 6 fevral 1719, İraklion) — III Əhməd səltənətində 4 il 1 ay 12 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Behcetî, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, vr. 182b-186a; Şeyhî, Vekāyiu’l-fuzalâ, II-III, 463-467, 485, 595-596, 708, 709, 710, 711; Râşid, Târih, III, 137, 245-246, 323-327, 330, 331; Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271, s. 12-14; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 100; Hammer, HEO, XIII, 196, 218-223; İsmet, Tekmiletü’ş-Şekāik, s. 164; Sicill-i Osmânî, IV, 568-569; Ahmed Refik [Altınay], Memâlik-i Osmâniyye’de Demirbaş Şarl, İstanbul 1332, s. 30-31; Osmanlı Müellifleri, I, 267; Uzunçarşılı, Osmanlı Tarihi, VI/1, s. 32, 99-101, 137; Danişmend, Kronoloji2, IV, 3; Tayyib Gökbilgin, “Köprülü”, İA, VI, 905-907; a.mlf. - R. C. Repp, “Köprülü”, EI2 (İng.), V, 262-263.
Körpülü Fazil Mustafa Paşa
Körpülü Fazil Mustafa Paşa (1637 – 19 avqust 1691 və ya 20 avqust 1691) — II Süleyman və II Əhməd dövrlərində ümumilikdə 1 il 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1637-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. 4 yaşında ikən atasıyla birlikdə İstanbula getdi. Böyük qardaşı Fazil Əhməd Paşa kimi mədrəsə təhsili və xüsusi müəllimlərdən dərslər aldı. Atasının sədarəti dövründə 1660-cı ildə saray xidmətinə alındı. Kiçik qardaşı Əli bəylə birlikdə böyük qardaşı Fazil Əhməd Paşanın Uyvar səfərinə qatıldı və Yeniqalanın fəthində iştirak etdi. Anası və bacısıyla birlikdə Kritə getdi və burada ikən qardaşının Kandiyə mühasirəsində vəzifələndirildi. Burada ikən anasıyla birlikdə həccə getdi. Bacısının yoldaşı olan Mərzifonlu Mustafa Paşanın istəyilə 1680-ci ilin iyulunda yeddinci vəzir olaraq divana daxil oldu.
Körpülü Fazil Əhməd Paşa
Köprülü Fazil Əhməd Paşa (1635[…] – 3 noyabr 1676, Ədirnə) — IV Mehmed dönəmində 30 oktyabr 1661 – 3 noyabr 1676 tarixlərində ümumilikdə 15 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin üzvüdür. == Həyatı == 1635-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. Anası isə buranın yerli zadəganlarından Yusif ağanın qızı Ayşə xanımdır. 7 yaşında ikən atası ilə birlikdə İstanbula gəldi və burada dövrün məşhur alimlərindən dərslər alaraq Qaraçələbizadə Əbdüləziz Əfəndidən məzun oldu. 16 yaşından etibarən Qara Əhməd Paşa, Qasım Paşa, Sahn-ı Səman və Sultan Səlim mədrəsələrində "paşazadə" ləqəbi ilə müdərrislik etdi. Ancaq alimlər arasındakı ixtilaf və dedi-qodular səbəbilə 10 ilə yaxın xidmət göstərdiyi bu sahədən ayrıldı. 1659-cu ildən etibarən Ərzurum və Şam bəylərbəyi oldu. Şamda etdiyi bəzi vergi endirimləri səbəbilə xalqın sevgisini qazandı.
Körpülü Hacı Hüseyn Paşa
Körpülü Hacı Hüseyn Paşa (1644, Qozluq, Batman vilayəti – 1702, Silivri, İstanbul ili) — II Mustafa dövründə 5 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Körpülü Mehmed Paşanın kiçik qardaşı Həsən ağanın oğludur. Əmisi oğlu Fazil Əhməd Paşanın sədarəti dövründə Əmizadə olaraq şöhrət qazandı. Atasıyla birlikdə sərbəst həyat sürən Hüseyn bir müddət sonra Lehistan səfərinə çıxan Sultan Mehmed və hasəki sultana bəzi hədiyyələr göndərdi və beləliklə, hasəki sultanın xidmətinə alındı. Daha sonra Mərzifonlu Mustafa Paşanın himayəsində Vyana səfərinə qatıldı (1683). Bu səfərin məğlubiyyətlə nəticələnməsinin ardından əvvəlcə həbs olundu, daha sonra Şəhrizor bəylərbəyi təyin edilərək mərkəzdən uzaqlaşdırıldı. Ardından Kastamonu sancaqbəyliyi və Gəlibolu mühafizəsi ilə vəzifələndirildi. 1689-cu ildə vəzirlik rütbəsi aldı və 1691-ci ilin mayında İstanbul naibi oldu. Sultan Əhmədin cülusunun ardından İstanbulda baş verən bahalıq və digər məsələlərdə təqsirkar görülərək naiblikdən alındı və 1692-ci ilin fevralında yenidən Çanaqqala mühafizəsinə göndərildi. Bir müddət sonra qısa müddətliyinə də olsa, sədarət naibi oldu və 13 dekabr 1694 tarixində kaptan-ı dəryalıqla Saqqız adasının işğaldan azad edilməsiylə vəzifələndirildi.