Aşağı Körpülü

Aşağı KörpülüYelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd.

Tarixi Azərbaycan əraziləri
Aşağı Körpülü
Ümumi məlumatlar
Ölkə Ermənistan
Bölgə Loru mahalı
Əhalisi 319 (1931)

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır.

Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır[1]. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir[2]. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Görkəmli şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Roza Arazova (Arazova Roza Binnət qızı) - Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müdiri

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.100-101
  2. Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, «Elm», 1983, s.112