Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pap Yonqa
Pap Yonqa (1 iyul 1997) — Qambiyalı üzgüçü. Pap Yonqa Qambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pap Yonqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.48 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur. Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.
Yonqar (film, 1993)
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Yonca
Yonca (lat. Trifolium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (lat. Medicaqo sativa) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (lat. Trifolium pratense) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çox bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var.
Yonma
Yonma — səthlərin, profillərin və kanovların emalı üçün tətbiq olunan mexaniki emal üsuludur. Proses iskənə adlanan alətin köməyi ilə aparılır. Burada alət iskənələmə dəzgahında sərt bərkidilir. Baş və köməkçi hərkətləri isə üzərində pəstah bərkidilmiş stol yerinə yetirir. Frezləmə üsulunun inkişaf etdirilib istehsalatda tətbiqindən sonra iskənələməni sıxışdımağa başlamışdır. Bu prosesin üstün cəhəti onun ucuz başa gəlməsi, kəsmədə tenperaturun aşağı olması və səthin keyfiyyətinin yüksək olmasıdır. Mənfi cəhəti isə emalın uzun çəkməsi və dəzgahın böyük qabariti və boş gedişlərin sayıdır. Yonma əməliyyatı yonma dəzgahlarında aparılır. Bu dəzgahlar Yönəldicilərdən, Dəzgahın gövdəsindən, Mühərrik və sürətlər qutusundan, Stol, Ayaqlarınan ibarətdr.
Yonna
Yonna (fr. Yonne) — Fransanın şərqində yerləşən, Burqundiya-Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 89. İnzibati mərkəzi — Oser. Əhalisi — 353 366 nəfər (departamentlər arasında 68-ci yer, 2010-cu ilin məlumatları) Ərazisi — 7,427 km²-dir. Departamentin ərazisində Yonna çayı axır. Departamentə 3 rayon, 42 kanton və 454 kommun daxildir.. Yonna — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burqundiya əyalətinin ərazisində yerləşir. Adı Sona çayı olan Yonna axınından gəlir.
Yoqa
Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir.[mənbə göstərin] "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.
Ağ yonca
Ağ yonca (lat. Trifolium repens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax.
Boşmeyvə yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják == Yarımnövləri == Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Tonqa bayrağı
Tonqa bayrağı — Tonqanın Dövlət bayrağı
Tonqa dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqa himni
Tonqa adaları kralının mahnısı (Tonqaca: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga)- Tonqanın dövlət himnidir. Lakin gündəlik həyatda fasi fakafonua ("milli mahnı") adlandırılır. Sözlərinin müəllifi Şahzadə Uelinqatoni Nqu Tupoumalohi və bəstəkarı isə Karl Qustavus Şmittdir və 1874-cü ildə təsdiq olunub. ʻE ʻotua māfimafi ko homau ʻeiki koe ko koe ko e falalaʻanga mo e ʻofa ki Tonga. ʻAfio hifo ʻemau lotu ʻaia ʻoku mau faí ni mo ke tali homau loto ʻo maluʻi ʻa Tupou. Ey,hər şeyə qadir Tanrı! Sən bizim Rəbbimizsən, Sənsən Tonqanın sütunu Və Tonqa üçün sevgi. Bizim dualarımıza bax O indi etdiyimiz işdir Olsun ki istəklərimizə cavab verəsən Tupounu qorumaq üçün.
Tonqa paanqası
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Yonca bağacığı
Yonca bağacığı (lat. Adelphocoris lineolatus) — buğumayaqlılar tipinin həşəratlar cinsinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ. Uzunluğu 6,5–9,5 mm-dir. Bədəni uzunsovdur. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır. Ayaqları qonur sarıdır. Sürfəsi yaşılımtıl-qonur olmaqla, ya tamamilə qanadsızdır, yaxud da kiçik qanad başlanğıclarına malikdir. Yonca bağacağı yumurta fazasında qidalandığı bitkilərin gövdələri daxilində qışlayır. Dişi bağacıqlar yumurtasını bitkinin gövdəsi daxilinə qoyur.
Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür.
Yonca taxtabitisi
Yonca taxtabitisi (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. Yonca taxtabitisi Miridae fəsiləsinə mənsubdur. Bu zərərvericinin rəngi açıq yaşıl və ya bozumtul – yaşıldır. Erkək fərdlərdə bu rəng bir qədər tutqun olur. Belin qabaq hissəsi üzərində iki dənə qara nöqtə vardır. Qalxancığın üzərində bir – birinə paralel iki tutqun xətt gedir. Başı üçbucaq şəklində olub parlaqdır. Bığcıqları 4 buğumludur. Uzuluğu 7,5 – 9 mm – dir.
Yonca yoğunayağı
Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ. Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır.
Çiyələyəbənzər yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria fragifera (L.) Roskov Galearia fragifera (L.) C.Presl Xerosphaera fragifera (L.) Soják Trifolium fragiferum var. fragiferum Trifolium fragiferum var.
Üçyarpaq yonca
İlya Yorqa
İliya Yorqa(Serbcə: Ilija Jorga) (d. 15 noyabr 1899, Nyu-York, Nyu-York ştatı) — Serbiyalı döyüş sənəti ustasıdır, Doktor İliya Yorqa (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. Dr. İliya Yorqa (Serbcə: Ilija Jorga) — Serbiyalı döyüş sənəti ustası, (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. Karatenin o dövrdə çox populyar olmasına baxmayaraq, Yaponiyanın bu milli xəzinəsində daha dərin bir məna axtaran, fiziki çərçivədən kənara çıxan və bu intizamı sənətə yaxınlaşdıran çox az adam var idi. 1960-1970 -ci illərdə bu Yapon döyüş sənətinə olan həvəs, film sənayesi tərəfindən də stimullaşdırılırdı çox sayda insan üçün tameshivari Yapon döyüş sənəti ilə sinonim idi. O dövrdə mütləq kateqoriyada Avropa çempionu olan professor Yorqa üçün karate təhsili insanın yaradıcı prosesinin bir bir parçası idi ki, bu isə öz növbəsində yaradıcı impulsu, ixtiraçılıq ruhunu, təxəyyülü və təxəyyülün və azadlığın inteqrasiyası deməkdir.Sensey Yorganın karate aləmində sonrakı bütün uğurlarını izah edən əsas sirr budur. İlia Yorqanın Senseyləri Tatsuo Murakami, Taiji Kase və Hidetaka Nişiyama idi.
Qaralan yonca
Qaralan yonca (lat. Trifolium nigrescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Amoria nigrescens (Viv.) Fourr. Trifolium nigrescens subsp. nigrescens Trifolium nigrescens subsp.
Donqa departamenti
Donqa departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Donqa departamentinin ərazisi 11 126 km2-dır. Donqa departamentinə 4 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Donqa departamentinin əhalisi 542 605 nəfərdir.
Sahaca Yoqa
Sahaca Yoqa — dini cərəyan. Cərəyanın qurucusu Şri Mataci Nirmala Devi 1923-cü ildə Hindistanın Çindvare (indiki Madhya Pradeş ştatı) şəhərində vaxtilə brahmanlar kastasına aid protestant ailəsində dünyaya gəlmişdir. Atası Hindistanın azadlığı uğurunda mübarizə aparmış və Hindistan parlamentinin üzvü olmuşdur. Nirmala özü isə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Çandrika Prasada Şrivasta ilə ailə qurmuşdur. Nirmala böyük rəhbər hesab edilən Racnişin ilk tələbələrindən olmuşdur. Ehtimal olunur ki, məhz müəllimin təkidi sayəsində Nirmala özünü "quruiney" (Allahın təcəssüm etdiyi şəxs) elan etmişdir. O, insanları inandırmağa çalışır ki, 1970-ci ildə ona və bir neçə nəfərə "özlərini mənəvi cəhətdən kamilləşdirmək" qabiliyyəti verilmişdir. Nirmala məqsədini həyata keçirmək üçün istifadə etdiyi metodu "sahaca-yoqa" (yüngül yoqa) adlandırmışdır. Bu metodun əsas ideyasına görə, insanın Tanrı ilə asan əlaqə yaratması üçün bədənə Nirmala tərəfindən mənəvi qüvvə yerləşdirilmişdir. O, qurduğu cərəyanı yeganə "həqiqi din" adlandıraraq, ardıcıllarını özləri ilə fəxr etməyə çağırır.
Evlərinin önü yonca
"Evlərinin önü yonca" (yaxud "Ninnə yarım") – Kərkük türkmanlarının xalq mahnısı. == Tarixçəsi == 1958-ci ildə Bakı radiosunun yeni açılan ərəb şöbəsinə İraqdan Kərkük türkmanı olan Sinan Səid dəvət olunur. O, burada görkəmli ssenarist və yazıçı Nahid Hacızadə ilə birlikdə işləyir. Nahid Hacızadə xatirələrində qeyd edir:“Sinan Səidin evinə getmişdim. Sinan nəsə bişirir, eyni zamanda dodaqaltı şirin mahnılar oxuyurdu. Mahını eşitcək, Sinandan bir də oxumasını xahiş etdim. Mahnı çox xoşuma gəldi və Sinana təklif etdim ki, bunu lentə yazdırsın, lakin qəbul etmədi. Dedi ki, “bunu Bağdadda, Kərkükdə elə oxuyurlar ki, eşitsən, mənim oxumağım gülünc gələr”. Uzun xahişdən sonra onu razı sala bildim, amma bir qadınla duet oxuyacağını dedi. Ona bir neçə görkəmli sənətkarımızı dinlətsək də, onun qərarı Nərminə Məmmədova oldu.”Sinan Səid Nərminə Məmmədova ilə bir neçə Kərkük türküsü oxudu və onları “Kərkük-İraq mahnıları” adı ilə verdilər.
Aristolochia longa
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Typhlodromus longa
Typhlodromus longa (lat. Typhlodromus longa) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus longa Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Yongma Land
Yongma Land (kor. 용마랜드) – Cənubi Koreyanın Seul şəhərinin Çunnan rayonunda yerləşən tərk edilmiş əyləncə parkı. Nostalji görüntüsü səbəbilə fotoqraflar, kospleyerlər, eləcə də, K-pop müğənniləri və qrupları arasında populyar yerdir. "Yongma Land" 1980-ci ildə ailəvi əyləncə parkı kimi açılmışdır. Həmin dövr Cənubi Koreyada tema parkalarının populyarlaşdığı və xaricə səyahətin geniş yayılmadığı dövr olduğu üçün "Yongma Land" 1990-cı illərin ortalarına qədər popular əyləncə parkı olmuşdur. Parkda həmin dövr üçün Cənubi Koreyada nadir olan açıq üzgüçülük hovuzu və ən böyük qarda sürüşmə təpəsi yerləşirdi. 1989-cu ildə "Lotte World" adlı daha böyük əyləncə parkının açılmasından sonra "Yongma Land" öz populyarlığını itirməyə başlamışdır. 1995-ci ildə parkda yenidənqurma işləri aparılsa da, parka bitişik olan beşmərtəbələli idman kompleksinin tikintisi iqtisadi böhran səbəbilə 1999-cu ildə dayandırılmışdır. 2011-ci ildə əyləncə parkı kimi fəaliyyət göstərməsi üçün müvafiq lisenziya verilməmiş və park fəaliyyətini dayandırmışdır. Park tərk edilmiş və baxımsız vəziyyətdədir.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.