Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kortala
Kortala — Azərbaycan Respublikasının Balakən rayonunun Kortala kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin adı türk dilindəki kora (təzə doğulmuş quzuların saxlandığı yer) və tala (meşədə açıq sahə)komponentlərindən düzəlib. Kəndin ərazisi keçmişdə maldarların qışlaq yeri olmuş, ona görə də kənd belə adlandırılmışdır. Kortala kəndinin tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Kortala kəndinin dəqiq tarixi məlum olmasa da, kənd tarixini iki hissəyə bölmək olar. İlkin dövr və müasir dövr. İlkin dövr eramızdan əvvəl VII–IV yüzilliklərə aid arxeolojo tapintilardan məlum olur ki, bu ərazilərdə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşma isə, XVIII əsrin əvvəllərinə təsadüf edir. Bunu kəndin mərkəzindəki qəbiristanlıqdakı XVIII əsr qəbirlərinə nəzərən demək olar. Kortala kəndinin əhalisi bu ərazilərdə bir neçə dəfə məskunlaşmaq məcburiyyətində qalmışdılar.
Montana
Montana (ing. Montana) — Amerika Birləşmiş Ştatlarında ştat. Ştatın qərb hissəsində çoxlu dağ silsilələri yerləşir. Bunlar Qayalı dağlar silsiləsinə aid dağ silsilələridir. Ştat ərazisindəki dağ silsillərinin ümumi sayı 77-dir və ştatın ərazisinin 1/3-ni əhatə edir. Ştatın coğrafi xarakteristikası onun adına da yansıyıb. Montana ispan dilindən tərcümədə dağ deməkdir. Mərkəzi Helena şəhəridir. Montana ərazisinə görə Amerikada dördüncü, əhalisinin sayına görə isə 44-cü ştatdır. Buna uyğun olaraq, Montana Amerikadakı ştatlar arasında 3-cü ən aşağı əhali sıxlığına malik ştatdır.
Qoztala
Qoztala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində yer adı (toponim).
Yoncalı
Yoncalı (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Yoncalı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Yonava
Yonava — Litvanın ikinci ən böyük şəhəri. Şəhərin adı Litva mənşəli şəxs adındandır. Yonava FK futbol klubu.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Ficus montana
Ficus montana (lat. Ficus montana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Garcinia montana
Garcinia montana (lat. Garcinia montana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Garcinia montana Ridl.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Inula montana
Inula montana (lat. Inula montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kortala bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Leysera montana
Oreoleysera (lat. Oreoleysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Mentha fontana
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha montana
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Mikania montana
Mikania montana (lat. Mikania montana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Oreoleysera montana
Oreoleysera (lat. Oreoleysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Passiflora montana
Passiflora montana (lat. Passiflora montana) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü.
Pentala Harikrişna
Pentala Harikrişna (d. 10 may 1986; Andhra Pradeş, Hindistan) — Hindistan qrosmeysteri. Pentala Harikrişna 10 may 1986-cı ildə Hindistanın Andhra Pradeş şəhərində anadan olmuşdur. O, 12 sentyabr 2001-ci ildə ən gənc hindistanlı qrosmeyster ünvanını qazanmışdır. 2004-cü ilin noyabrında gənclər arasında Dünya Çempionatının qalibi olmuşdur. Harikrishna beynəlxalq komanda yarışlarında, o cümlədən 2000-2015-ci illərdə altı Şahmat Olimpiadasında öz ölkəsini təmsil etmişdir. 2011-ci ilin mayında o, Asiya Çempionatının qalibi olmuşdur. Pentala Harikrişnanın qazandığı bir sıra uğurlar bunlardır: 2012-ci ilin yanvarında "Tata Steel" turnirinin B Qrupunun qalibi oldu. A qrupunda ilk çıxış edən oyunçu kimi o, 7-ci yeri tutdu və Elo əmsalı 2700-i keçdi. 2013-cü ilin avqustunda 11 oyundan 8.5 xal yığaraq "Biel" turnirinin ("Masters Open") və 9 oyundan 7.5 xal ilə "Biel" Sürətli turnirinin qalibi oldu.
Picea montana
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Poa montana
Soğanaqlı qırtıc (lat. Poa bulbosa) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion bulbosum var. viviparum (Koeler) Lunell Poa alpina Pall. ex Roem. & Schult. [Invalid] Poa attenuata var. desertorum (Trin.) Griseb. Poa briziformis Trab. Poa bulbillifera Chrtek& Hadac Poa bulbosa subsp.
Qlazqo (Montana)
Qlazqo — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər. 2020-ci il aprelin 1-də aparılan siyahıyaalmaya əsasən əhalisi 3202 nəfər təşkil edir.
Scutellaria montana
Scutellaria montana (lat. Scutellaria montana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Satureja montana
Dağ kəkotusu (lat. Satureja montana) – dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Clematis montana
Dağ ağəsməsi (lat. Clematis montana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Əfqanıstanı, Pakistanı, Hind-Çini və Tayvanı əhatə edir. Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 8 m-dək olan oduncaqlı lianadır. Yarpaqları çox vaxt üçər, qısa saplaqlı, uzunluğu 3-10 sm, ucu biz, kənarları dərin dişli, bəzən kənarları bütöv, çılpaq və ya təxminən çılpaq yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 1-5 ədəd dəstələrdə, əsasən ağ, diametri 3,5-5 sm, nazik, uzunluğu 5-10 sm olan çiçək saplaqlarında yerləşir. Kasayarpaqları ellipsvari və ya uzunsov, üst tərəfi zəif tükcüklü, erkəkcikləri sarıdır. Toxumcaları çılpaq, uzunluğu 7 mm, eni 4-4,5 mm, lələkvari olub, uzunluğu 5 sm-dəkdir. Mayda çiçəkləyir.
Amoria montana
Trifolium montanum (lat. Trifolium montanum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amoria montana (L.) Soják Lagopus montanus (L.) Bernh. == Yarımnövləri == Trifolium montanum var. gayanum Godr. Trifolium montanum subsp. humboldtianum (A.Braun & Asch.) M.Hossain Trifolium montanum subsp. montanum Trifolium montanum subsp.
Göytala
Göytala (əvvəlki adı: Qanaçtala)— Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Göytala kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kəndi Qanaçtala adlandırmışdılar (qanaç erm. "göy, yaşıl" deməkdir). 1991-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir.
Höytala
Höytala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Oytala kəndi Höytala kəndi adlandırılmışdır. == Tarixi == Höytala kəndinin tərkibində 4 oba var (Padaroba, Yuxarı oba, Qallaoba, Ferma). Höytalada 5 çöl var (Böyükçöl, Yeniçöl, Bostançöl, Kilsəçöl, Qabaqlıq çölü). == Coğrafiyası və iqlimi == Kənddən Qaraçay, Deretap çayı və Qobu çayı axır. == Əhalisi == Əhali əsasən avarlardan və azərbaycanlılardan ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq təşkil edir. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.. == Mədəniyyəti == Kənddə 2 kitabxana, mədəniyyət evi və klub fəaliyyət göstərir. == Təhsil == Kənddə 1 ümumi orta məktəb fəaliyyət göstərir.
Vöhtala
Vöhtala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Voytala kəndi Vöhtala kəndi adlandırılmışdır. Kənddə tarixi abidə kimi məscid və qəbiristanlıq var. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdan ibarətdir. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kəndə məscid və qəbiristanlıq var.