Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kortala
Kortala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı türk dilindəki kora (təzə doğulmuş quzuların saxlandığı yer) və tala (meşədə açıq sahə)komponentlərindən düzəlib. Kəndin ərazisi keçmişdə maldarların qışlaq yeri olmuş, ona görə də kənd belə adlandırılmışdır.Kortala kəndinin tarixi hələ eramızdan əvvəllərə gedib çıxır. Kortala kəndinin dəqiq tarixi məlum olmasa da, kənd tarixini iki hissəyə bölmək olar. İlkin dövr və müasir dövr. İlkin dövr eramızdan əvvəl VII-IV yüzilliklərə aid arxeolojo tapintilardan məlum olur ki, bu ərazilərdə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşma isə, XVIII əsrin əvvəllərinə təsadüf edir. Bunu kəndin mərkəzindəki qəbiristanlıqdakı XVIII əsr qəbirlərinə nəzərən demək olar. Kortala kəndinin əhalisi bu ərazilərdə bir neçə dəfə məskunlaşmaq məcburiyyətində qalmışdılar. Belə ki, bu əraziləri dəfələrlə su basmalarə və müharibələr, yaşayış yerlərini tamamilə dağılmış, əhali başqa ərazılərə köç etmək məcburiyyətində qalmışdı.
Montana
Montana (ing. Montana) — Amerika Birləşmiş Ştatlarında ştat. Ştatın qərb hissəsində çoxlu dağ silsilələri yerləşir. Bunlar Qayalı dağlar silsiləsinə aid dağ silsilələridir. Ştat ərazisindəki dağ silsillərinin ümumi sayı 77-dir və ştatın ərazisinin 1/3-ni əhatə edir. Ştatın coğrafi xarakteristikası onun adına da yansıyıb. Montana ispan dilindən tərcümədə dağ deməkdir. Mərkəzi Helena şəhəridir. Montana ərazisinə görə Amerikada dördüncü, əhalisinin sayına görə isə 44-cü ştatdır. Buna uyğun olaraq, Montana Amerikadakı ştatlar arasında 3-cü ən aşağı əhali sıxlığına malik ştatdır.
Qoztala
Qoztala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində yer adı (toponim).
Yoncalı
Yoncalı (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Yoncalı (Marağa) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Yonava
Yonava — Litvanın ikinci ən böyük şəhəri. == Adı == Şəhərin adı Litva mənşəli şəxs adındandır. == İdman == ==== Futbol ==== Yonava FK futbol klubu.
Abies montana
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Acacia montana
Acacia montana (lat. Acacia montana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia clavata Schltdl. Acacia montana var.
Arenaria montana
Arenaria montana (lat. Arenaria montana) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü.
Arnica montana
Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır.
Artemisia montana
Artemisia montana (lat. Artemisia montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis montana
Baccharis montana (lat. Baccharis montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia montana
Banksia montana (lat. Banksia montana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Cardamine fontana
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Clomenocoma montana
Comaclinium (lat. Comaclinium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Comaclinium montanum (Benth.) StrotherSinonimClomenocoma montana Benth. Comaclinium aurantiacum Scheidw. & Planch.
Coronilla montana
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Crucifera fontana
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə rəğmən ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Ficus montana
Ficus montana (lat. Ficus montana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Garcinia montana
Garcinia montana (lat. Garcinia montana) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Hanna Montana
Hanna Montana - Disney Channel kanalının seriallarından biridir. Serialda ikili həyat sürən Mayli Stüartdan mövzu edilir. Hanna Montananın 4.Sezon Çəkilişləri bitmişdir və serial finalı 16 yanvar 2011-ci ildə Wherever I Go hissəsi ilə tamamlanmışdır. == Məzmun == Mayli, 16 yaşında sıravi bir gəncdir. Amma onun ikinci üzü Hanna Montana isə dünya tərəfindən məşhur bir pop ulduzudur. Maylinin sinif yoldaşları onun ikinci şəxsiyyətini bilməməkdədirlər. Dünyanı gəzər, pərəstişkarlarını eyni zamanda menajeri olan atasının yazdığı musiqilə əyləndirər. Mayli hər uşağın xəyalındakı həyatı yaşar. Ancaq gözqamaşdırıcı həyatın və şöhrətin limuzinlər, qəşəng geyimlər, məşhurlarla olmaq kimi xüsusiyyətləri olsa da Miley ən çox özünə digər gənclər kimi davranılmasını və yaşıdları kimi bir həyat sürməni istəyir...
Inula montana
Inula montana (lat. Inula montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kortala bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Leysera montana
Oreoleysera (lat. Oreoleysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Mentha fontana
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mentha montana
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5-10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10-15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5-7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Göytala
Göytala (əvvəlki adı: Qanaçtala)— Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kəndi Qanaçtala adlandırmışdılar (qanaç erm. "göy, yaşıl" deməkdir). 1991-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Kənd salındığı ərazinin adını daşıyır. Göytala "yaşıl çəmən" deməkdir. == Tarixi == Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.
Höytala
Höytala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Oytala kəndi Höytala kəndi adlandırılmışdır. == Tarixi == Höytala kəndinin tərkibində 4 oba var (Padaroba, Yuxarı oba, Qallaoba, Ferma). Höytalada 5 çöl var (Böyükçöl, Yeniçöl, Bostançöl, Kilsəçöl, Qabaqlıq çölü). == Coğrafiyası və iqlimi == Kənddən Qaraçay, Deretap çayı və Qobu çayı axır. == Əhalisi == Əhali əsasən avarlardan və azərbaycanlılardan ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq təşkil edir. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.. == Mədəniyyəti == Kənddə 2 kitabxana, mədəniyyət evi və klub fəaliyyət göstərir. == Təhsil == Kənddə 1 ümumi orta məktəb fəaliyyət göstərir.
Vöhtala
Vöhtala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Voytala kəndi Vöhtala kəndi adlandırılmışdır. == Tarixi == Kənddə tarixi abidə kimi məscid və qəbiristanlıq var. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdan ibarətdir. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kəndə məscid və qəbiristanlıq var.