Höytala

HöytalaAzərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Oytala kəndi Höytala kəndi adlandırılmışdır.[1]

Höytala
41°34′49″ şm. e. 46°29′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Höytala xəritədə
Höytala
Höytala

Höytala kəndinin tərkibində 4 oba var (Padaroba, Yuxarı oba, Qallaoba, Ferma). Höytalada 5 çöl var (Böyükçöl, Yeniçöl, Bostançöl, Kilsəçöl, Qabaqlıq çölü).

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənddən Qaraçay, Deretap çayı və Qobu çayı axır.

Əhali əsasən avarlardan və azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq təşkil edir.

2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[2].

Kənddə 2 kitabxana, mədəniyyət evi və klub fəaliyyət göstərir.

Kənddə 1 ümumi orta məktəb fəaliyyət göstərir.

Kənddə 1 məscid mövcuddur.

  1. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine socar.az, 17.06.2015  (az.)