Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
MARF
MARF (Modular Audio Recognition Framework) - Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
Zara
Zara — ad. Zara Yılmaz — Türkiyəli müğənni. Zara Larsson — İsveçli müğənni. == Qurumlar == ZARA — İspaniya brendi.
Zarl
𐔵 (səslənməsi: /z/; transkripsiyası: Z, z) — Alban əlifbasının altıncı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զառլ (Zar̄l) kimi verilmişdir. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴆ hərfinin prototipi əsasında yaradılıb. Alban əlifbasında [z] səsinin qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 6 olmuşdur.
Zərf
Zərf- Hər hansı bir materialın içinə yerləşdirildiyi qorumaq, gizlətmək və ya estetik görünüş məqsədli, kağız və ya plastik maddədən hazırlanan qablaşdırma vasitəsi. Dəftərxana ləvazimatı olaraq,daha çox məktubların içinə yerləşdirilərək qorunduğu və gizləndiyi kağız parçası olan zərflər eyni zamanda pul, kart və hər cür çap sənədi daşıya bilən vəsaitlərdir. == Pəncərəli zərflər == Pəncərəli zərflər, ön tərəflərində kəsmə dəlik olan zərflərdir ki, daxilindəki kağızın göründüyünə imkan verir. == Təhlükəsizlikli zərflər == Təhlükəsizlikli zərflər- daxillərində çap olmuş naxışlı bir boyaya malikdirlər ki məzmununu görməyini çətin edirlər.Müxtəlif nümunələridə mövcuddur.
Zar
Zar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Zar (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Melo zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Parf dili
Parf dili — Parfiyada yaşayan parfların dili. Eyni zamanda Arşakid pəhləvicəsi kimi də bilinir. == Tarixi == Tarixdə Parfiya ölkəsində (İranın şimali qərbi və Xorasanın böyük bir qismini əhatə eden ərazidə danışılan, günümüzdə itmiş bir İran dilidir. Parfca Arşakid parflarının (MÖ 248 — MS 224) rəsmi dövlət diliydi. Antik müəllif Pompey Troq yazır ki, parfiyalıların dili skiflərin və midiyalıların ortasında durur (Pompey Troq, XI, 2, I).
Zara (Sivas)
Zara (türk. Zara) — Sivas ilinin ilçəsi.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. == Mağazaları == Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Zara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Zari Ərəşi
Zari Ərəşi XVIII əsri şair, xəttat Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır. Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir.
Zaro Ağa
Zaro Ağa (kürd. Zaro Axa; 16 fevral 1764 və ya təq. 1824 – 29 iyun 1934, İstanbul) – Türkiyənin ən uzunömürlü şəxsi. 157 il yaşamışdır. Bəzi mənbələrə görə isə dünyanın ən uzunömürlü şəxslərindən biridir. Kürd əsillidir.Zaro Ağa ömrü boyunca 10 Osmanlı hökmdarı, 1 Türkiyə prezidenti və 5 Türkiyə baş nazirinin hakimiyyətinə şahidlik edib. Zaro Ağanın neçə dəfə evlənməsi barədə məlumatlar mənbələrə görə dəyişir: 10, 13, 27 və 29 dəfə evləndiyi barədə mənbələr var. Sonuncu həyat yoldaşının adı Qüdrət idi. Zaro Ağanın 13 uşağı (bəzi mənbələrdə 36), 26 nəvəsi (dəqiq bilinkir), 29 kötükcəsi olmuşdur. Ancaq 1 uşağı uzunömürlü (97 il) olmuşdur.Məvlüt Çələbi tərəfindən Zaro Ağanın həyatından bəhs edən kitab nəşr olunmuşdur.
Cahid Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi.
Cahit Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi.
Zar (Kəlbəcər)
Zar (digər tarixi adı Şəhrizər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zar kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020- ci il Noyabr ayının 25-də işğaldan azad edilmişdir. == Tarixi == Zar kəndi Qarabağ yaylasının ətəyindədir. İlk dəfə XIII əsrə aid mənbədə adı çəkilir. 1590-ci il sənədinə görə, şamr qəzasında Zar nahiyyəsi olmuşdur. XIX əsrdə Tiflis quberniyasında Zar kəndi, Qars vilayətində Zaruşad kəndi və çayı qeydə alınmişdir. Ermənistanda Zar, Cənubi Azərbaycanda isə Kəlbəzar kəndləri mövcuddur. Favst Buzandın (V əsr) əsərində və VII əsr mənbələrində Cənubi Azərbaycanda Zaravand, Zarişat (Türkiyənin indiki Zaruşt ərazisində) yaşayış məntəqəlarinin adı çəkilir. Mənbələrdə zar tayfa adı kimi qeyd olunur və onların fars vilayətinin cənubunda, Fars körfəzin sahillarindən Kirməna qədər olan ərazidə yaşadiqları göstarilir. İran mənşəli zarlar qədim dövrlərdə İranın şm.-q.-inda, habelə keçmiş Sünik ərazisində (Qarabağın müəyyən hissəsi, Qubadlı-Zəngilan zonası, Ermənistanın c.-ş.
Zar (Qırxbulaq)
Zar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «yarğan» mənasında işlənən car sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 89 nəfər, 1873 - cü ildə 490 nəfər, 1886-cı ildə 634 nəfər, 1897-ci ildə 757 nəfər, 1914 - cü ildə 1250 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən köçürülən ermənilər 1918-1919 - cu illərdə burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır.
Zar mağarası
Zar mağara düşərgəsi — Paleolit dövrünə aid, ölkə əhəmiyyətli abidə. Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşən mağara. Zar mağarası Üst Paleolit dövründə insanlıqdan əvvəlki yaşayış yerinin arxeoloji yeridir. == Haqqında məlumat. == Мağara, xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir.
Zar nahiyəsi
Zar nahiyəsi — Naxçıvan ərazisində nahiyə. == Osmanlı dövründə == Zar nahiyəsi 25 kənd və 1 məzrəədən ibarət idi.
Pərviz Zare Şahmərəsi
Pərviz Zare Şahmərəsi (1972)—tədqiqatçı, tərcüməçi. == Həyatı == Pərviz Zare Şahmərəsi 1972-ci ildə Təbriz şəhərinin Maralan məhəlləsində anadan olub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Ali təhsil almaq üçün Zəncan şəhərinə yollanıb. Zəncan Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1998-ci ildən Tikmədaş şəhərində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Hazırda Təbriz şəhərində tarix müəllimi kimi çlışır. Pərviz Zare Şahmərəsi doktorluq mövzusu Qarabağ tarixidir. Pərviz Zare Şahmərəsi Azərbaycanın orta əsrlər tarixi, Qarabağ tarixi və İran tarixinə dair 10-dək monoqrafiya, kitab, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.
Vir və Zara
"Vir və Zara" rejissoru Yaş Çopranın olduğu və oğlu Aditya Çopra ilə birgə ərsəyə gətirdiyi, romantik dram janrına məxsus və hind dilində qələmə alınmış filmdir. Talehsiz sevgililərin adını alan bu filmdə baş rolları Şahrux Xan ilə Priti Zinta canlandımışdır. Vir Hind Hava Qüvvələrinin pilotu, Zara isə Pakistan siyasi xadiminin qızıdır. Vir yanlış ittihamlardan dolayı həbs edilir və Rani Mukercinin canlandırdığı gənc pakistanlı hüquqşünas onun azadlığı üçün mübarizə aparır. Amitab Baççan, Hema Malini, Divya Dutta, Mənuc Bacpayi, Boman İrani, Anupam Ker və Kirron Ker kimi tanınmış aktyor və aktrisalar digər rolları canlandırmışlar. == Məzmun == Hind pilotu Vir Prataph Sinqh, Zara adlı qızın həyatını xilas edir. Bu hadisədən sonra onlar öz vaxtlarının çoxunu birgə keçirirlər və Vir Zaranın nə üçün Hindistana gəldiyini öyrənir. Zaranın ailəsi əvvəldən kimsəsiz bir qadına baxmışdılar. Bu yaşlı qadın vəfat etməzdən əvvəl Zaradan onun külünü Hindistandakı bir çaya atmasını istəyir. Zara yaşlı qadının diləyini qəbul edir və anasını, atasını xəbərdar etmədən yola çıxır.
Zara (Türkiyə müğənnisi)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Zara (Türkiyəli müğənni)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Zara (müğənni, 1976)
Zara və ya doğum adıyla Neşe Yılmaz (15 yanvar 1976 İstanbul, Türkiyə) — kürd əsilli Türkiyə musiqiçisi.
Zauf Cəfərov (pauerliftinqçi)
Zaur Cəfərov (tam adı: Cəfərov Zaur Əliağa oğlu; d. 5 sentyabr 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan pauerliftinqçisi, Azərbaycanın Əməkdar Idman ustasi, Elitar idmançı, 6 qat dünya, 6 qat Avropa çempionu, dopinq kontrol diviziyonunda dünya və Avropa rekordçusu, mütləq dünya və mütləq Avropa çempionu, dünya kubokunun sahibi, 3 dəfə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olmuş Beynəlxalq turnirin qalibi və 2 dəfə mütləq çempionu, 9 qat Respublika çempionu, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli idman ustası. Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini 2 dəfə yerinə yetirmış yeganə Elitar idmançı. 2022-ci ildə Rusiyada keçirilən dünya kubokunda Azərbaycan pauerliftinq tarixində ilk dəfə olaraq (AWPC versiyası üzrə, dopinq kontrol diviziyonunda) ən yüksək dərəcə tələbini yerinə yetirərək “Elitar idmançı” titulunu qazanıb. 2023-cü ildə Qırğızıstanda keçirilən Avropa çempionatında ikinci dəfə “Elitar idmançı” tituluna yiyələnib. Göstərdiyi yüksək nəticələrə görə Pauerliftinq üzrə Ümumdünya İdman Təşkilatının rəhbərliyi tərəfindən 2023-cü ildə Rusiyada keçirilən Qran-Pri turnirində pauerliftinqin ən yüksək mükafatı olan “Elitar üzüklə” təltif olunub. [1] == Bioqrafiyası == === Təhsili === 5 sentyabr 1982-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhəri 32 nomrəli Texniki və Təbiət Elmləri liseyində alıb. 1998-2002-ci illərdə Azərbaycan Texniki Universitetinin (MBM) mühəndis biznesi və menecment fakültəsini bakalavr, 2002-2004-cü illərdə Azərbaycan İqtisad universitetinin İqtisadiyyat və idarətmə fakültəsini fərqlənmə diplomu ilə magistraturasını bitirib. 2004-2007-ci illərdə Sumqayıt Dövlət Universitetinin "Aqrar sahədə heyətin idarə edilməsi" ixtisası üzrə doktoranturanı müdafiə etmişdir.