Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zillur Rəhman
Zillur Rəhman (benq. জিল্লুর রহমান) — banqladeşli siyasi və dövlət xadimi. Zillur Rəhman, 1929-cu il, martın 9-da vəkil ailəsində anadan olmuşdur. Ali təhsilini Dəkkə Universitetində tarix və hüquq ixtisası üzrə almışdır. 1952-ci ildə benqal azadlıq hərəkatına qoşulmuşdur. 1970-ci ildə o zaman Pakistanın bir hissəsi olan Banqladeş parlamentinə seçilmişdir. Banqladeşin tanınmayan milli hökümətinin fəal əməkdaşı idi. Ölkədə müstəqilliyin bərqərar edilməsindən sonra da siyasi fəaliyyətini davam etdirərək "Liqi Avami" partiyasının baş katibi oldu. 1973-cü ildən Banqladeş Parlamentinin üzvü idi. Prezident Micibur Rəhmanın ölümündən sonra ölkənin yeni hərbi rəhbərliyinin represiya təzyiqlərinə məruz qaldı.
Zinnur Uraksin
Zinnur Uraksin (başq. Ураҡсин Зиннур Ғәзиз улы; 5 noyabr 1935 – 3 mart 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus dilçi-türkoloq, yazıçı, ictimai xadim. Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1991), filologiya elmləri doktoru (1976), professor (1983). 1956-cı ildən Fedorovski rayonunun Saitovskaya kəndində ibtidai məktəbində, 1957-ci ildən Orenburq vilayətinin Allaberdin 7 illik məktəbində dərs demişdir. 1958-1959-cu illərdə Zarya Kommunizma qəzetinin (Orenburq vilayətinin Tyulqan kəndində) şöbə müdiri idi. 1963-cü ildə Başqırd Dövlət Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyir. 1968-ci ilin iyulundan baş elmi işçi, dekabrdan sektor müdiri, 1977-ci ildən direktor müavini, 1988-ci ildən direktor, 2002-ci ildən şöbə müdiri, 2005-ci ildən baş elmi işçi işləyir. 1966-cı ildə Talmas Qaripovun rəhbərliyi altında "Müasir başqırd ədəbi dilində frazeoloji sinonimlər" namizədlik dissertasiyasını, 1975-ci ildə "Başqırd dilinin frazeologiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda 1992-ci ildən Humanitar Elmlər Bölməsinin akademik-katibi, 1996-2005-ci illərdə Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti olur. 1993-1998-ci illərdə Elmi Redaksiya Şurasının sədri və Başqırd Ensiklopediyasının baş redaktoru, 1994-2004-cü illərdə Başqırdıstan Respublikası Prezident Şurasının üzvü, 1995-2002-ci illərdə Başqırdların Ümumdünya Qurultayının (Konqresinin) İcraiyyə Komitəsinin sədr müavini.
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Zlata Kolariç-Kişur
Zlata Kolariç-Kişur (xorv. Zlata Kolarić-Kišur; 29 oktyabr 1894, Slаvоnski-Brоd, Transleytaniya – 24 sentyabr 1990, Zaqreb) — Xorvat yazıçısı. Kolariç-Kişur Slavonski Brodda anadan olub. Lakin sonradan ailəsi ilə birlikdə Pojeqaya köçüb. O uşaqlığını "Moja Zlatna Dolina" (Mənim Qızıl vadim) adlı əsərində təsvir edir. O, 1919-cu ildən 1990-cı ilə qədər Zaqrebdə yaşayıb. O Hinko Kolariç Kişur ilə evlənib. 24 sentyabr 1990-cı ildə Zaqrebdə 96 yaşında vəfat edib. Bizim şən dünyamız (1933) Uşaq yalanından (1935) Gülün, uşaqlar!
Milli şüur
Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi. Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Ali şüur
Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin. Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər. Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər. Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. == Fəlsəfəsi == === Fixte === Yohann Qotlib Fixte (1762–1814) İmmanuel Kantın nəzəri və etik yazılarından inkişaf edən Almaniya idealizminin qurucu simalarından biri idi. Onun fəlsəfəsi Kantın ideyaları ilə alman idealisti Georq Vilhelm Fridrix Hegelin fikirləri arasında körpü təşkil edir. Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər. Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır". === Şopenhauer === 1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı.
Pisuar
Pisuar - əsas xüsusiyyəti ayaq üstə istifadə edilməsi olan kişilər üçün xüsusi hazırlanmış tualetdir . Qadın pisuarı və Interaktiv pisuar növləri də mövcuddur. Qədim Roma Dövrünə aid tapılmış pisuarın o dönəm müxtəlif məqsədləri var idi. Məlumdur ki, müasir pisuar üçün ilk patent 1866-cı il martın 27-də amerikalı Endryu Renkin tərəfindən alınıb. Dəyişən həyat tərzinin yaratdığı ehtiyaclar səbəb olaraq qadınlar üçün də məxsusi hazırlanmış pisuarlar da ortaya çıxmışdır, amma ümumi götürəndə istifadəsi kişilər üçün daha faydalıdır.
Anal fissur
Anal fissur və ya Anal çat — Anus dərisinin cırılmasına anal çat və ya anal fissur deyilir. Anal çat əsasən anal kanalın arxa komissurunda yerləşir. Nadir hallarda, xüsusilə qadınlarda ön komissurda da yerləşə bilər. Anal çatın uzunluğu 5–10 mm olur.
Suur-Munamyaqi
Suur-Munamyaqi (est. Suur Munamägi) — Estoniyada və bütövlükdə Baltikyanı ölkələrdə ən yüksək zirvədir. Hündürlüyü dəniz səviyyəsindən 318 metrdir. Estoniyanın cənub-şərq hissəsindəki Haanya təpəli yüksəkliyində yerləşir. Haanja kəndi ərazisinə daxildir. Müxtəlif dövrlərdə dağın üstündə 5 qüllə tikilmişdir. Birincisi 1812-ci ildə inşa edildi və yerli əfsanəyə görə, hündürlüyü "gəmiləri utandırdığı" üçün dağıdılmışdır. İkinci qüllə 1870-ci ildə yerli bir restoran sahibi sayəsində ortaya çıxdı. 8 metr hündürlüyü olan qüllə əsasən meyxanaya görə yerli sakinlər arasında populyarlaşdı. Üçüncü qüllə (hündürlüyü 12 metr) eyni meyxananın binasında inşa edilmişdir.
Stiv Zissu ilə su həyatı
Stiv Zissu ilə su həyatı (ing. The Life Aquatic with Steve Zissou) — 2004-cü il ABŞ istehsalı macəra, komediya-dram filmi. Filmin rejissoru olan Ves Anderson ssenarisini Noa Baumbax ilə birlikdə yazıb. Film sənədli film ulduzu, okeanoloq Stiv Zissunun dəniz macəralarından bəhs edir. Stiv Zissu ilə su həyatı — Internet Movie Database saytında.