Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nina Zilli
Nina Dzilli (2.2.1980, Pyaçentsa, İtaliya) — İtalyan müğənnisi. == Həyatı == 2012-ci ilin may ayında Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı təmsil edən iştirakçı.
Zilli Namazov
Namazov Zilli Yunus oğlu — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakultəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır...Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb.Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir.Gənc aktyorların formalaşmasında yaxından iştirak edir.Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib.Hal-hazırda kino fəaliyyəti ilə yanaşı,televiziya sahəsində də,çalışır.Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır. Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129) Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-rol: Səlimov Bəlkə... (film, 1985) Bəyaz həyat (film, 2003) Bəyin oğurlanması (film, 1985) Bir ovuc torpaq (film, 2009) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bumeranq (film, 1982) Dad (film, 1984) Dağıdılmış körpülər (film, 1996) Dalan (film, 2012) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) Əlavə iz (film, 1981) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Hər şey yaxşılığa doğru (film, 1997) Heydər Əliyev. Birinci film. General (film, 1996) Heydər Əliyev.
Rzaqulu mirzə Zilli
Rzaqulu mirzə Əhməd mirzə oğlu Zilli (d. 1906 — ö. 1945) — Qacar şahzadəsi, müğənni. == Həyatı == Əhməd mirzənin dördüncü oğlu Rzaqulu mirzə 1906-cı ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Musiqişünas idi. İranda böyük xanəndə kimi tanınmışdı. Əbülhəsən xan İqbali Azərin və Arif Qəzvininin şagirdi olmuşdu. Rzaqulu mirzə 1945-ci ildə vərəm xəstəliyindən vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Zillisultan
Sultan Məsud mirzə Qovanlı-Qacar (1847-1918)-şahzadə, əyalət valisi == Həyatı == Sultan Məsud mirzə Nasirəddin şah oğlu 1847-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Anası İffətüssəltənə Mirzə Qulu bəy qızıdır. İffətüssəltənə Qacar elindən olmadığına görə Sultan Məsud mirzə vəliəhd təyin edilməmişdi. O, mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Yəminüddövlə və Zilliüssultan ləqəblərini daşıyırdı. Daha çox ikinci ləqəbi ilə tanınırdı. Nasirəddin şah böyük oğlunun xətrini çox istəyirdi. Ona şahlığında heç nəyi əsirgəməmişdi. Sultan Məsud mirzə çox ərköyün böyüdüyündən qaba xasiyyət olmuşdu. Var-dövlətə, hakimiyyətə çox hərisliyi vardı.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Billi Ayliş
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — Amerikalı müğənni-bəstəkar. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il ​​o, Ceyms Bond filmi "No Time to Die" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Billi Kid
Billy the Kid - (azərb. Uşaq Billi‎) XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Billi Makkreken
Billi Makkreken - XX əsrin ilk rübünün Şimali İrlandiyalı futbolçusu. 1902-ci ildən 1925-ci ilədək "yukasl" və Şimali İrlandiya yığma komandasında oynamış mərkəz müdafiəçisi. Bu hiyləgər taktik süni "oyundan kənar" vəziyyət yaratmağın banisi ("bir müdafiəçi ilə oyun" adını almış taktiki kələk) və üç oyunçuya görə "oyundan kənar" vəziyyəti müəyyənləşdirən köhnə qaydanın 1925-ci ildə dəyişilməsinin əsas günahkarı olmuşdur.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958 – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billi Milliqan
Uilyam Stenli Milliqan (14 fevral 1955 – 12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar. Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi. Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı. == Uşaqlıq illəri == Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib. Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu. Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.
Billi Uaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Billi Uaytlou
Billi Uaytlou (ing. Billie Honor Whitelaw; 6 iyun 1932[…], Koventri, Uest-Midlends[d] – 21 dekabr 2014[…], Nortvud[d], Hillinqdon[d]) — britaniyalı aktrisa. == Həyatı və yaradıcılığı == Billi Uaytlou 6 iyun 1932-ci ildə İngiltərənin Koventri şəhərində anadan olmuşdur. Aktrisalıq fəaliyyətinə teatrda başlayan Billi Uaytlou məşhur irland dramaturqu Samuel Bekketin yazdığı pyeslərdəki obrazları canlandırmışdır."The Omen" (azərb. "İşarə"‎, 1976) və "Krey brother" (azərb. "Krey qardaşları"‎, 1990) filmləri ilə şöhrət tapmışdır.Aktrisa 21 dekabr 2014-cü ildə 82 yaşında vəfat etmişdir. == Mükafatları == Yüksək aktrisalıq bacarığına görə 1991-ci ildə "Britaniya İmperatoru" nişanına layiq görülmüşdür.
Billi Uilan
Billi Oqastin Uilan (ing. William Augustine Whelan; 1 aprel 1935, Dublin, İrlandiya – 6 fevral 1958, Münhen), Billi Uilan (ing. Billy Whelan) və ya Liam Uilan (ing. Liam Whelan) kimi də tanınır ― İrlandiya futbolçusu və "Mançester Yunayted"in Münhen aviasiya qəzasında həlak olan səkkiz oyunçudan biri. Öldüyü vaxt onun 22 yaşı var idi. Uilan Dublin şəhərində anadan olmuşdur. O, valdeyinləri Con və Elizabet Uilanın yeddi uşağından biri idi. Billi Uilan səkkiz yaşında olarkən onun atası vəfat etmişdir. == Klub karyerası == 1953-cü ildə 18 yaşında "Mançester Yunayted"ə qoşulmazdan əvvəl karyerasına "Houm Farm"da başladı. İrlandiya Respublikası millisinin heyətində dörd dəfə forma geyinsə də, qol vura bilmədi.
Billi Vaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru.Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh, 30 aprel 1944 — 5 noyabr 2010) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Evancelin Lilli
Nikol Evancelin Lilli (ing. Nicole Evangeline Lilly; 3 avqust 1979[…], Fort-Saskaçevan[d], Alberta) — "Qızıl qlobus" mükafatının sahibi olan Kanada aktrisası. 3 avqust 1978-ci ildə Kanadada Alberta əyalətin Fort-Saskaçevan şəhərində anadan olmuşdur. Daha çox "Lost" serialında Keyt Ostin rolunu ifa etdiyinə görə populyarlıq qazanmışdır. Karyera - "Sağ qalmaq" serialına çəkilməzdən əvvəl Lilli stüardessa və ofisiant kimi çalışmışdır.təhsilini maliyyələşdirmək üçün o, telereklamlarda çəkilir və model kimi çalışırdı. Hərçənd özünü heç vaxt model hesab etməmişdir. Model kimi onu Ford model agentliyinin meneceri Kelonva şəhərinin küçələrində görərkən kəşf etmişdir. Lilli agentliklə müqavilə imzalayır və Vankuverə köçür. O, burada dəb nümayişlərində çıxış edir və Britaniya Kolumbiyasındakı beynəlxalq münasibətlər fakültəsindəki təhsilini maliyyələşdirir. 2004-cü ildə Lillinin əmək haqqısı hər epizoda görə $80 000 təşkil edirdi.
Gilli səhra
Gilli səhra- geniş yayılmış səhra tipi, arid zonada dənizin, gölün, çayın provülial və delivüal gilli çöküntülərində inkişaf etmişdir.Duzlu süxurlardan təşkil olmuş çöküntülərin (mergel, gil) üzərində halofitli şoranlıqlar və qədim çayların deltalarında-çılpaq (bitki örtüyündən məhrum) takırlar əmələ gəlir.
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Milli Bank
Mərkəzi Bank — ölkənin və ya ölkələr qrupunun pul-kredit sistemini tənzimləyən orqan. == Mərkəzi Bankın funksiyaları == dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; nağd pul dövriyyəsini təşkil edir; pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; yerli valyutanın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir; qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir; hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir; bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir. == Alternativ təriflər == Mərkəzi bankın institusional tərifi yoxdur, bütün təriflər funksionaldır, yəni mərkəzi bankı yerinə yetirdiyi funksiyalar vasitəsilə təsvir edirlər. Beynəlxalq Valyuta Fondu: mərkəzi bank maliyyə sisteminin əsas məqamlarına nəzarət edən daxili maliyyə qurumudur (rəsmi statistik məlumatların tərtib edildiyi zaman istifadə olunan tərif)Avropa Mərkəzi Bankı: bir ölkənin və ya bir qrup ölkənin valyutasını idarə edən və eyni zamanda pul kütləsini tənzimləyən bir dövlət qurumu . Beynəlxalq Hesablaşmalar Bankı: əsas hədəfləri pul sabitliyini qorumaq və maliyyə sabitliyini təşviq etmək olan dövlət siyasət qurumudur. Britannika Ensiklopediyası: milli pul kütləsinin həcmini, kreditin mövcudluğunu və dəyərini və valyutanın dəyərini tənzimləməkdən məsul qurum . Yeni Palqreyv:iqtisadiyyat lüğəti: pul siyasəti məqsədləri üçün pul təklifini, pul miqdarını və krediti idarə edən qurum; ölkənin beynəlxalq ehtiyatlarının meneceri. Bankçılıq və Maliyyə Lüğəti (London): Ölkədə əsas faiz dərəcələrini təyin etmək, pul buraxmaq, kommersiya banklarına nəzarət etmək və məzənnəyə nəzarət etmək istəyərək ölkənin maliyyə işlərini idarə edən əsas hökumət tərəfindən idarə olunan bank. «Financial Times» leksikonu: funksiyaları ölkənin valyutasını buraxmaq və idarə etmək, pul siyasətini həyata keçirmək və pul bazarında əməliyyatlara nəzarət etmək, qızıl və valyuta ehtiyatlarını idarə etmək, ticarət üçün son çarə verən kimi çıxış edən pul qurumları və ölkənin ən böyük tənzimləyici bankıdır. banklar və hökumətə bank xidmətləri göstərilməsi.
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. == Yaranması == Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. == Məqsədi == Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır == Simvolu == Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. == Loqo == Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. == Özəllikləri == Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Milli Firqə
Milli Firqə ( azərb. Milli Partiya‎ krımtat. Milliy Fırqa) - Krım yarımadasında fəaliyyət göstərmiş Krım tatarlarının siyasi partiyası. == Haqqında == Milli Firqə 1912-ci ildə Çar Rusiyası zamanı qurulmuşdur. Krım türklərinin Rusiya müstəmləkəçiliyindən qurtulmaq, siyasi və kültürəl haqlarını geri qazanmaq və vətənlərində müstəqil yaşamaq məqsədilə Noman Çələbi Cihan tərəfindən qurulmuşdur. Hökumətə müxalif siyasi xətt izləmişdir. Partiya mənsubları 1918-ci ildə bolşeviklər ilə silahlı mübarizəyə girsə də, sonda məğlub olmuşdur. Partiya sədri Noman Çələbi Cihanın öldürülməsindən sonra partiya dağıdıldı və bir çox üzvü həbs edildi. Bəzi partiya mənsubları 18 oktyabr 1921-ci ildə qurulan Krım Muxtar Sovet Sosialist Respublikası hökumətində yer almağa başladılar.
Xıllı
Xıllı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür çayı sahilində, Salyan düzündədir. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqələrinin adı ərəb işğalları dövründə İraqın Xilə əyalətindən Azərbaycana köçürülmüş və sonralar xıllı adlandırılmış tayfanın adını əks etdirir.