Sultan Məsud mirzə Qovanlı-Qacar (1847-1918)-şahzadə, əyalət valisi
Məsud mirzə Qovanlı-Qacar | |
---|---|
Sultan Məsud mirzə Nasirəddin şah oğlu Qovanlı-Qacar | |
Digər adı | Sultan Məsud mirzə Zillisultan |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Atası | Nasirəddin şah Qacar |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Məsud mirzə Nasirəddin şah oğlu 1847-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Anası İffətüssəltənə Mirzə Qulu bəy qızıdır. İffətüssəltənə Qacar elindən olmadığına görə Sultan Məsud mirzə vəliəhd təyin edilməmişdi. O, mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı. Yəminüddövlə və Zilliüssultan ləqəblərini daşıyırdı. Daha çox ikinci ləqəbi ilə tanınırdı.
Nasirəddin şah böyük oğlunun xətrini çox istəyirdi. Ona şahlığında heç nəyi əsirgəməmişdi. Sultan Məsud mirzə çox ərköyün böyüdüyündən qaba xasiyyət olmuşdu. Var-dövlətə, hakimiyyətə çox hərisliyi vardı. Qardaşları Müzəffərəddin mirzəni və Kamran mirzəni görmək belə istəmirdi.
33 il Fars və İsfahanda vali olmuş şahzadə Məsud mirzə Zillüssultan bu müddət ərzində İsfahanda və ordan kənarda həm xalisə, həm də xüsusi mülkləri zəbt etməklə və ucuz qiymətə satın almaqla İranın ən böyük torpaq sahibinə çevrilmişdi. Özünün yazdığına görə, onun malikanələri Tehran, Ləncan, Kərvən, Marbin, Fəridon, Məhəllat və b. yüzlərlə idi.
Öz silahlı qüvvəsinə arxalanan Zillüssultan başqalarının əmlakına sahib olmaq məqsədini həyata keçirməkdə hər cür vasitəyə əl atırdı. Məsələn, 1879-cu il aprelin 17-də Rusiyanın İrandakı işlər vəkilinin Xarici işlər Nazirliyinə göndərdiyi məlumatda göstərilir ki, Züllüsultan üç nəfər varlı qardaşın əmlakına sahib olman üçün onları dövlət tərəfindən təqib olunan «bab» təriqinə mənsubiyyətdə günahlandıraraq, ikisini öldürməyi əmr edir və beləliklə də qardaşların var yoxu onun xeyrinə müsadirə olunur.
Bu qarətlər nəticəsində xalq içərisində narazlıq son dərəcə artır və Züllüsultana qarşı çıxışlar baş verirdi. Züllüssultandan hökumətə və şaha gələn şikayətlərin arası kəsilmirdi. Şah Zillüssultanın şahlığı ələ keçirmək istədiyindən şübhələndiyi üçün onun hakimiyyəti məhdudlaşdırır. 1887-ci ildə onun öz silahlı qüvvələrin altında yalnız İsfahan əyaləti qalmışdı.
Məsud mirzə Zillüssultanın nüfuz dairəsinin məhdudlaşmasına baxmayaraq o, öz qarətlərini davam etdirirdi.
Züllüssoltanla bərabər, İranın cənubunda onun qohumları da qarətçiliklə məşğul olurdular. 1900-cü ildə İsfahandan xəbər verilirdi ki, Zillüssultanın qardaşı uşaqları İsfahanın 7 ağaclığında olan Riz kəndini qarət edərək, kəndin ağsaqqalına məxsus olan hissəsini zəbt etmişlər.
Həmin dövrdə İranda belə qarətlər nəticəsində zərər çəkən adamları müdafiə edəcək az-çox ədalətli heç bir qanun-qayda olmadığından bu və ya digər feodal və ya hakim tərəfindən sıxışdırılan şəxs şəriət məhkəməsinə-ruhanilərə müraciət edirdi. Lakin bu da onun vəziyyətini dəyişdirməmiş, əksinə, bu dəfə də həmin din xadimi (müctəhid və ya b.) sıxışdırılan kəndli və ya xırda mülkədarlı himayə etmək adlı ilə onun torpaqlarını zəbt edirdi. Çar Rusiyasın xarici siyasət arxivinin İran stolu fondunun müxtəlif qovluqlarında da belə materiallara rast gəlirik. 1901-ci ilin sentyabrında rus konsulluğunun İsfahandan verdiyi məlumatda Zillüssultanın kəndlilərə məxsus Kirm və Kemçə adlı kəndlərin torpaqlarını zəbt emək üçün həmin kəndliləri- hədə-qorxu gəlməsi gətirilir. Kəndlilər torpaqları zəbtdən xilas etmək üçün Zillüssultana bir dəfə 5 min tümən vermişlər. Lakin bir qədər sonra Məsud mirzə onlara yenidən təzyiq göstərməyə başlamışdır. Kəndlilər ya ona yenidən 8000 tümən verməli, yaxud da uzun illərdən bəri istifadlə etdikləri öz xüsusi torpaqlarından əl çəkməli idilər. Tehrandakı rus konsulu Vlasovun 11 dekabr 1902-ci ildə verdiyi məlumatdan görünür ki, Zilliüssultan və İsfahanın baş müctəhidləri bu torpaqların çoxunu zəbt etmişlər. İsfahandakı rus konsulluğunun rəisi 1903-cü ilin əvvəlindəki məlumatında yazırdı ki, Zillüssultan və baş müctəhidlər yerli mülkədarların torpaqlarını və rəiyyətlərini cüzi qiymət dəyərində onlara satmağa məcbur edirdilər.
İsfahandakı rus konsulu 1903-cü il mayın 10-da yazdığı hesabatında göstərirdi: «Kərvən bölgəsinin əkiin üçün yararlı torpaqlarının demək olar ki, hamısı İsfahanda olduğu il müddətində onların həqiqi mülkiyyətçilərindən hər cür vasitələrlə zəbt etmək nəticəsində ələ keçirmişdir». Züllüssultana qarşı çıxışlar XX əsrin əvvələrində, xüsusən İran inqilabının ilk dövründə çox şiddətlənmiş və 1907-ci ilin əvvəlində məclisdə onun məsələsinə baxılmışdı. Həmin ilin martında isə qofyester Qartiviqin Tehrandan verdiyi teleqramda şahın Züllüssultanı İsfahan əyalətindən kənar etməyə məcbur olması xəbəri verilirdi. 1906-1911-ci illərdə Azərbaycanda və İranda Səttar xanın başçılığı ilə məşrutə inqilabı olanda Zillüsultan Avropaya getmiş, əzazil və zalım şəxs olduğuna görə yenidən İrana qayıtmaq istəyəndə üsyan edən xalq onu İrana buraxmamış və əmlakının müsadirə olunmasını tələb etmişdi.
Sultan Məsud mirzə 1918-ci ildə vəfat edib. Onun soyu Məsudi kimi tanınır.