Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Daxma
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. == Tərtibatı == Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. == Yaşayış == Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "doqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format Formulyar Forma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Poemada isə təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Qoxua
Qoxua (Çin dilində:milli boyakarlıq) — XX əsrin əvvəllərində meydana gələn və müasir Çin boyakarlığını ifadə edən termin. Qoxua termini ipək parça və kağız üzərində sulu boyalarla, əsasən, tuşla işlənən ənənəvi Çin boyakarlığını Avropa boyakarlığından fərqləndirmək məqsədilə yaradılmışdır. E.ə. III–II əsrlərdə özünə məxsus texniki və janr xüsusiyyətləri, eləcə də spesifik təsvir metodu olan milli boyakarlıq ənənələrinin bərpası və yeniləşdirilməsində qoxua mühüm rol oynamışdır. Qoxuada işləyən ilk rəssamlar (Jen Bo-nyan, Tsi Bayşi və b.) ənənəvi metodları zənginləşdirmək üçün naturaya müraciət etmişlər. Sonralar, milli boyakarlıq iki istiqamətdə -ənənəvi bədii ifadə vasitələrindən istifadə və Avropa boyakarlığı nailiyyətlərinin qoxua prinsiplərinə birləşdirmək yolu ilə inkişaf etmişdir. 1940–50-ci illərdə qoxua sujet etibarilə daha da müxtəlifləşir, müasir mövzularda lirik və məişət kompozosiyaları yaranır. "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979.
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Toxta
Toxta xan - Qızıl orda xanı. 1291-ci ildə Noğay xanın köməyi ilə taxta gəlmişdi. Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Ruslar arxivlərində "Batu geri döndü" yazırdılar. Tezliklə Toxta və Noğay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. 1300-cü ildə Noğay xanla döyüşdə məğlub olan Toxta geri çəkildi.
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Yonma
Yonma — səthlərin, profillərin və kanovların emalı üçün tətbiq olunan mexaniki emal üsuludur. Proses iskənə adlanan alətin köməyi ilə aparılır. Burada alət iskənələmə dəzgahında sərt bərkidilir. Baş və köməkçi hərkətləri isə üzərində pəstah bərkidilmiş stol yerinə yetirir. Frezləmə üsulunun inkişaf etdirilib istehsalatda tətbiqindən sonra iskənələməni sıxışdımağa başlamışdır. Bu prosesin üstün cəhəti onun ucuz başa gəlməsi, kəsmədə tenperaturun aşağı olması və səthin keyfiyyətinin yüksək olmasıdır. Mənfi cəhəti isə emalın uzun çəkməsi və dəzgahın böyük qabariti və boş gedişlərin sayıdır. Yonma əməliyyatı yonma dəzgahlarında aparılır. Bu dəzgahlar Yönəldicilərdən, Dəzgahın gövdəsindən, Mühərrik və sürətlər qutusundan, Stol, Ayaqlarınan ibarətdr.
Zoman
Zoman (metilflorfosfin turşusunun pinakolin efirdir) — rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 °C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3–4 dəfə çox toksikdir. Maye — damla halında isə zarindən 15–20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar. Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır.
Zorba
Zorba bu mənaları ifadə edə bilər:
Zosima
Atıl-batıl (lat. Zosima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Pichleria Stapf & Wettst. Yovşanyarpaq atıl-batıl (Zosima absinthiifolia (Vent.) Link) Zosima gilliana Rech.f. & Riedl Zosima korovinii Pimenov Zosima radians Boiss. & Hohen.
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Foxia
Bellevaliya (lat. Bellevalia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Emil Zolya
Emil Zolya (fr. Émile Zola; 2 aprel 1840[…], Sen-Jozef küçəsi[d] – 29 sentyabr 1902[…], Paris[…]) — məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi. == Həyatı == Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə yoxsul bir ailədə dünyaya gəlmiş, lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirmişdir. Atası Venesiya immiqrantı mühəndis Fransua Zolya, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolyanın üzərinə düşmüşdü. Emil Zolya Burbon kollecində təhsil almışdır. Ədəbiyyata olan marağı məktəb çağında dram, poeziya və teatra olan marağı ilə başlayıb. Aleksandr Düma, Ejen Syu, Pol Feval kimi bir çox məşhur yazıçıların bütün kitablarını oxumuşdur. Məktəb illərində Pol Sezan və onun yaxın dostu Jan Batist Bayl ilə tanış olur. Həmin bu üçlük Viktor Hüqonun əsərlərini oxuduqdan sonra onun şəxsiyyətindən təsirlənərək bir ilə kimi onu özlərinə ustad seçirlər.
Euphorbia noxia
Euphorbia noxia (lat. Euphorbia noxia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Forma (predmet)
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.