SIXMA-BOĞMA

is. Bir-birini sıxma, sıxışdırma, basabas.
[Əliqulu:] Sonra yavaş-yavaş sıxma-boğma başlandı. S.Rəhman.
Bu sonsuz sıxma-boğmaya daha nə qədər dözmək olar. İ.Hüseynov.

◊ Sıxma-boğmaya salmaq – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq.
[Pərişan:] Telli xala kimi ağbirçəklər milçəkdən dəvə qayıranda yazıq kişilər neyləsin, qulaqlarına çatır, arvadı salırlar sıxma-boğmaya. M.İbrahimov.
Sona … içəridə əmisi arvadını sıxmaboğmaya salanlara da eşitdirmək istəyib bərkdən dedi. Ə.Əbülhəsən.

SIXMA
SIXMAQ

Значение слова в других словарях