Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atbatan
Atbatan — Atbatan palçıq vulkanı. Atbatan — Tovuz rayonunda bataqlıq; Atbatan — Abşeron yarımadasında gol. Atbatan (Bostanabad) — İranda kənd.
Atbatan (Bostanabad)
Atbatan (fars. آتباتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (88 ailə).
I Əhsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.
Atbatan palçıq vulkanı
Abşeron yarımadasının şimal-qərb hissəsində, Pirəkəşkül N saylı hərbi-hissəsindən 3 km cənubda, şose yolunun sol tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 130–140 m-dir. Səthin forması və xarakteri ilə bərabər palçıq vulkanlarının ölçülərinə təsir edən digər faktorlar püskürülmüş brekçiyanın miqdarından, konsistensiyasından da asılıdır. Vulkanın morfologiyasını dəyişdirən digər şərtlər əraçinin iqlim şəraiti və hidrogeoloji rejimidir. Günəş şüasının və küləklərin təsiri ilə baş verən buxarlanma, atmosfer yağıntıları səthdə kəskin çatların, eroçiya kəsiklərinin yaranmasına səbəb olur. Zaman keçdikcə bu kəsiklər dərin yarğanlara çevrilir. Belə dərin yarğanlar Otman Bozdağı üçün çox xarakterikdir. Bəçən kraterdə yaranan salza və qrifonlardan çıxan iri həcmli su kütləsi onun yamaclarının parçalanmasına səbəb olur. Belə vəziyyət Şonqar palçıq vulkanında müşahidə edilir. == Mənbə == Yusifov, Elman.
Ekbatan
Ekbatan (q. türk.: Aqbatan, arami. אַחְמְתָא, q.yun. Ἀγβάτανα , lat. Ecbatana, ivr. ‏אַחְמְתָא‏‎, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) — Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi Midiyanın ən böyük şəhərlərindən biri. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi. Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib. Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub.
Köhnə əşya satan və oğulları (roman)
Köhnə əşya satan və oğulları - Orxan Kamalın yazdığı psixoloji və sosial romandır. == Məzmun == “Köhnə əşya satan və oğulları” romanı baş qəhrəman Topal Antikvar və iki oğlunun həsrət və arzularını, bu həsrətlərlə arzularını həyata keçirmək üçün mübarizə aparmalarını, əllərində qalanı itirdikdən sonra çökmələrini əks etdirir. == Personajlar == 1. Antikvar- Hər kəsə hirsli və küsmüş, ailəsinə, xüsusən də uşaqlarına rəğbət bəsləyir. O, baş qəhrəmandır. Döyüşdə bir ayağını itirdiyi üçün axsaqdır. 2. Qocanın arvadı- O, övladları ilə əri arasında körpüdür, ailəsinin dağılmasını istəməsə də, gəlinini heç sevmir. Keçmişi öyür və gələcək üçün də eynisini istəyir. O, zəngin qayınatasını qonşularına şişirdir və buna görə də qonşularına qəribə gəlir.
Daşatan (Bostanabad)
Daşatan (fars. داش اتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Daşatan (Marağa)
Daşatan (fars. داش اتان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,250 nəfər yaşayır (328 ailə).
Iris ensata
Iris ensata (lat. Iris ensata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.