Словарь лексики азербайджанских дастанов

  • HƏMAYİL

    Bax: hamayıl. (“Koroğlu” dastanının lüğəti) Əyləşibdi Çənlibelin elində, Deyil işlərində naşı Koroğlu

    Полностью »
  • HƏMRAH

    fars. rah – yol Yol yoldaşı, yoldaş. Əmrah dedi: – Xanım, Əmrah demirəm, həmrah deyirəm. Bizlərdə həmrah yol yoldaşına deyirlər

    Полностью »
  • HƏNA

    ər. qina Xına. (“Koroğlu” dastanının lüğəti) Bu gün bir gəlin görmüşəm, Əlində toy hənası var, Yoxlamışam, var-yoxusu, Bir inək, bir danası var

    Полностью »
  • HƏNDƏVƏR

    Ətraf, dövrə, yan-yörə. (“Koroğlu” dastanının lüğəti) Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib

    Полностью »
  • HƏNƏK ELƏMƏK

    Bax: hənək etmək.

    Полностью »
  • HƏNƏK ETMƏK

    Zarafat etmək, zarafatlaşmaq, şuxluq etmək.

    Полностью »
  • HƏNƏK ƏRƏB

    Zarafat. Mən Dilsuzam, talan sallam elinə, Zənən kimi hənək gəlmə dilinə. İgidsən, qılıncı sən al əlinə, Namərd olan bu cəngana gəlməsin

    Полностью »
  • HƏNƏKLƏŞMƏK

    Bax: hənək etmək.

    Полностью »
  • HƏP

    Tamam, bütün. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • HƏR VƏCHLƏ

    Hər necə olursa-olsun.

    Полностью »
  • HƏRAMİ ƏRƏB

    Quldur, çapovulçu, yolkəsən. Bir qədər getdikdən sonra həramilərə rast olur. (“Baxış-Leyla”)

    Полностью »
  • HƏRAMİ ƏRƏB

    Quldur, çapovulçu, yolkəsən. (“Koroğlu” dastanının lüğəti) Meşədən enərkən Çəmli dağıdan, Çəkinməyin həramidən, yağıdan, Səflər pozan, düşmənləri dağ

    Полностью »
  • HƏRAMİBAŞI

    Quldurbaşı. Başına döndüyüm həramibaşı, Doğramayın məni, aman günüdü. Gözümdən axıtma qan ilə yaşı, Doğramayın məni, aman günüdü

    Полностью »
  • HƏRBƏ ƏRƏB

    1. Mizraq, süngü. 2. Hədə-qorxu, hərbə-zorba. (“Koroğlu” dastanının lüğəti) Yağı düşmanın hərbəsi Qaçırtmaz meydandan məni

    Полностью »
  • HƏRBƏ-ZORBA

    Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. Qorxmayıram sənin hərbə-zorbandan, Nə bəyindən, nə paşandan, nə xan

    Полностью »
  • HƏRBƏ-ZORBA

    Qorxutmaq, dəhşətə salmaq üçün edilən hərəkət və ya deyilən söz; hədə-qorxu, hədə. (“Koroğlu” dastanının lüğəti) Belə deyəndə Koroğlu sazı alıb, görək

    Полностью »
  • HƏRBƏ-ZORBA GƏLMƏK

    Hədələmək, qorxutmaq, hədə-qorxu gəlmək. İgidlərdə üç nişan olar. Bir-birinə hərbə-zorba gəlmək, at oynatmaq, güləşmək

    Полностью »
  • HƏRBƏ-ZORBA GƏLMƏK

    Hərbələmək, qorxutmaq, hədə-qorxu gəlmək. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • HƏRCAYI FARS

    1. Avara, sərsəri, heç bir işlə məşğul olmayan. 2. Mənasız, boş. Xəbər aldım təbrizlidən, Məni hərcayı çağladı, Viran bağlar xəzəl oldu, Didələrim qan

    Полностью »
  • HƏRCAYI FARS

    1. Avara, sərsəri, heç bir işlə məşğul olmayan. 2. Mənasız, boş. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, deyim düzü Saymaram əllini, yüzü, Hərcay

    Полностью »
  • HƏRCAYİ

    Bax: hərcayı. Öpmədim gülər üzündən, Doymadım ala gözündən; Nakəs, hərcayi sözündən Gül uymaz xara deynən

    Полностью »
  • HƏRCAYİ

    Bax: hərcayı. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • HƏRÇİ

    Hər nə qədər, nə qədər. (“Koroğlu” dastanının lüğəti) Koroğlu minarənin başından Çənlibelə tərəf baxdı

    Полностью »
  • HƏRÇİ-BADABAD FARS

    Olsun, qoy nə olur, olsun (nəticəsi bəlli olmayan bir işə girişdikdə deyilən ifadə). (“Koroğlu” dastanının lüğəti)  Hasan paşa gördü iş şuluqdur

    Полностью »
  • HƏRGİZ FARS

    Əsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti) İgid odu aza-çoxa baxmaya, Məlulun, miskinin könlün yıxmaya, Qılınc bozaranda hərgiz qorxmaya,

    Полностью »
  • HƏRİF ƏRƏB

    1. Gözə tanış gəlməyən, şübhəli görünən tip. 2. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan). 3. Rəqib

    Полностью »
  • HƏRRAC ƏRƏB

    Ən çox pul verənə satılması üçün açıq satış; müzaidə. (“Koroğlu” dastanının lüğəti) Balam, bu Hasan paşa mənim yolumda qızlarını nə yaman hərrac bazar

    Полностью »
  • HƏRZƏ ƏRƏB

    Mənasız, boş, cəfəng, nalayiq. Hər məclisdə sən hərcayi söyləmə! Xançal alıb bağrım başı teyləmə! Daldalarda lafı-kəzaf eyləmə! Saxla hərzə dilin aman

    Полностью »
  • HƏRZƏ-HƏRZƏ ƏRƏB

    Mənasız, boş, cəfəng, nalayiq. (“Koroğlu” dastanının lüğəti) Mən bilmənəm hərzə-hərzə söz nədi, Əlli nədi, altmış nədi, yüz nədi, Nəzərimdə dərə-təpə,

    Полностью »
  • HƏSƏD ETMƏK

    Qibtə etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • HƏSƏKLƏMƏK

    Tövşümək. (“Koroğlu” dastanının lüğəti) Tüpdağıdan həsəkliyə-həsəkliyə soruşdu: – Koroğlu, gecədi ya gündüz?  (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ

    Полностью »
  • HƏŞT FARS

    Səkkiz. (“Koroğlu” dastanının lüğəti) Adı Eyvazxan ola, həşt behiştin çəməni, Sənəti qəssab ola, özü ki, gövhər kanı

    Полностью »
  • HƏVALA ƏRƏB

    Yönəlmə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • HƏYBƏÇƏ

    Bax: heybəçə. Qarı bir həybəçəni doldurdu ağac qırıqları ilə, getdi Cahan xanımın otağının yanında “ay xırdavat alan” deyib qışqırdı

    Полностью »
  • HƏZAR FARS

    1000 (min). Qurbanam gözünə, yaşına sənin, Ağını kim qatdı aşına sənin? Əgər bir iş gəlsə başına sənin, Mən özümü həzar para eylərəm

    Полностью »
  • HƏZARAN

    Bax: həzəran.

    Полностью »
  • HƏZƏRAN

    Minlər, minlərlə. Ay ilə gün gərdiş eylər, ötüşər, İki sevgi peymanına bitişər, Ruzi müqərrərdi, gələr yetişər, Həzəran ölkə gəz, həzəranda çap

    Полностью »
  • HƏZƏRAT ƏRƏB

    Hazırda olanlar, hüzurda hazır olanlar, iştirak edənlər (məclis əhlinə müraciət zamanı işlədilir). Həzərat, yaxşı baxın Qarşıda duran gözələ

    Полностью »
  • HƏZƏRAT ƏRƏB

    Hazırda olanlar, hüzurda hazır olanlar, iştirak edənlər (məclis əhlinə müraciətlə işlədilir). (“Koroğlu” dastanının lüğəti) Ay həzərat, ay camaat, Ürə

    Полностью »
  • HOQQA1 ƏRƏB

    Kələk, fırıldaq, hiylə // oyun. (“Koroğlu” dastanının lüğəti) Ay oğul, bə deyirlər, onların minbir hoqqası var

    Полностью »
  • HOLƏ

    Bir cismin çevrəsi; ov yeri, qoruq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • HOTAZ

    Qotaz. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Полностью »
  • HOV

    Dastanlarda kömək mənasında işlənir. Hoy variantı da var. Günbəzlərdə etdim mənzili-mava Ədalət olmadı, yetişsin hova

    Полностью »
  • HOV

    Dastanlarda kömək mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti) Hoy variantı da var. Göndərdim durna ovuna, Eyvaz əyləndi, gəlmədi

    Полностью »
  • HOVUR

    Az vaxt, an, müddət. (“Koroğlu” dastanının lüğəti) Dəlilər girib qocanın zəmisini bir hovurun içində yığıb qurtardılar

    Полностью »
  • HOY

    1. Bax: hov. 2. Bax: hay. (“Koroğlu” dastanının lüğəti)  Koroğlu sazı götürüb tacirə dedi: Mərd igidlər çəkər hoyu, Kəskindi şəmşirin soyu, Sizsiz Kor

    Полностью »
  • HOY ÇƏKMƏK

    İmdada çağırmaq, köməyə çağırmaq. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »
  • HOYDU

    Haydı (çağırış və əmr mənalı nida). (“Koroğlu” dastanının lüğəti) Hoydu, dəlilərim, hoydu, Yeriyin meydan üstünə! Havadakı şahin kimi, Tökülün al qan

    Полностью »
  • HU

    Ərəbcə O mənası verən və sufi ədəbiyyatında Allaha aid olan kəlmədir. (“Koroğlu” dastanının lüğəti)  İgidə yoldaş olmasa, Bir qoşuna baş olmasa

    Полностью »
  • HU DEMƏK

    Allahı çağırmaq. (“Koroğlu” dastanının lüğəti)

    Полностью »