BÜZÜLMƏK – AÇILMAQ Yadımdadır indi də dodaqlarım büzüldü (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılır evlərin pəncərələri (H
BÜZÜŞÜK – AÇIQ Büzüşük duruşdan hiss olunurdu ki, o çox əsəbi və narahatdır. Əyin yuxa, baş açıq; Bilmədim necə edim?! (H
CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M
CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas canlı şahid Məmmədağa idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata
CANSIXICI – ŞƏN Məclisimiz cansıxıcı keçir (“Ulduz”); Bu gün ömrü-günü azad; Ürəyi şən insanlarıq (C
CARİ – ƏSASLI Bu il məktəbdə cari təmir, gələn il isə əsaslı təmir aparılmalıdır
CAVAB – SUAL Suallar, cavablar, mübahisələr; Uzanır axşamdan sabaha qədər (H.Hüseynzadə)
CAVAN – BÖYÜK – Əlbəttə, böyüklərin qayğısına qalmaq cavanların borcudur (S.Qədirzadə). CAVAN – YAŞLI Çingiz xan ağıllı, kamallı cavandır (S
CAVANLANMAQ – QOCALMAQ Hacı getdikcə cavanlanır (M.S.Ordubadi); Bir günün içində on il qocaldım (S.Rüstəm)
CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il cavanlaşdı (Ə.Vəliyev); Tarverdi, Pərzad ilə qoşa qarıyasan (M
CAVANLIQ – QOCALIQ Oğul, cavansan, cavanlığın səhv və xətası olar, çalış xəta etmə (Ə.Haqverdiyev); Bilirəm onu da gözləyir qocalıq (R
CAVANLIQDA – QOCALIQDA Cavanlıqda daş daşı, qocalıqda ye aşı (Ata. sözü)
CAYDAQ – GÖDƏK Yoldaşı əl ağacına oxşayan uzun, caydaq adam dinmir (Mir Cəlal); Yarın boyu gödəkdi; Gözəl eyibsiz olmaz
CƏFA – SƏFA Mən yazıq çəkdim cəfanı; Müxənnət sürdü səfanı (Aşıq Ələsgər)
CƏFALI – SƏFALI Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir (S
CƏFƏNG – DUZLU Onun hekayələrində cəfəng, uydurma hadisələr verilir. Salman yenə ona duzlu, məzəli məktublar yazır, şeirlər göndərirdi (M
CƏFTƏLƏMƏK – AÇMAQ Fərzəli içəri daxil olub arxasınca qapını cəftələdi (S.Rəhimov); Gecdən gec qapını açdı (“Azərbaycan”)
CƏHALƏT – MƏDƏNİLİK Cəhalət nə qalın divar imiş (M.İbrahimov); Mədənilik də inkişaf, tərəqqi ilə bağlıdır
CƏLD – ASTA Qulluqçu cəld qapını açdı (Ə.Haqverdiyev); Asta gedən tez gedər (Ata. sözü)
CƏLDLƏŞMƏK – YAVAŞIMAQ Qız pambıq yığımında cəldləşir. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu (Mir Cəlal)
CƏMLƏMƏK – ÇIXMAQ Bu ədədləri bir-birinə cəmlə, onların cəmindən beşi çıx (“Hesab”). CƏMLƏMƏK – DAĞITMAQ Pristav kəndliləri bir yerə cəmlədi (S
CƏNNƏT – CƏHƏNNƏM Cənnətin yazlığı, cəhənnəmin payızlığı (Ata. sözü)
CƏSARƏT – QORXU Səni bu fəlakətdən yalnız bilik və cəsarət qurtaracaq (A.Şaiq); Mənim qayadibi kəndim nə qədər davam edərsə; buranın qorxusu yoxdur (S
CƏSARƏTLƏNMƏK – QORXMAQ Emin guya cəsarətlənmişdi (S.Qədirzadə); Ancaq açılmayır o qorxur ki, sən; Onu birdəfəlik rədd eləyəsən (S
CƏSARƏTLİ – QORXAQ Bilirsinizmi, çox fikri açıq, çox cəsarətli uşaqdır (M.İbrahimov); Belə qorxaq başı saxlamağa dəyməz (S
CƏSARƏTLİLİK – ACİZLİK Bu yarışda cəsarətlilik göstərdi. Acizlik adamın birinci düşmənidir, yadında saxla (M
CƏSARƏTSİZ – ÜRƏKLİ Ancaq cəsarətsiz ağlın da kəsəri olmaz (M.İbrahimov); Sərvinaz ürəkli cavab verdi (“Ulduz”)
CƏSUR – ACİZ Dağlara səyahət cəsurların idmanıdır (S.Qədirzadə); Övladlarım, bu işdə bir qanun var ki, onu pozmaqda biz acizik (S
CƏSURLAŞMAQ – QORXAQLAŞMAQ İftixar hissi onu cəsurlaşdırdı (“Ulduz”); Bilirəm, adam evləndikdə bir balaca qorxaqlaşır (M
CƏSURLUQ – QORXAQLIQ Qardaşın cəsurluğundan doğan iftixar hissi Anatolinin qəlbini doldurdu (S.Vəliyev); Hər bir xəsis adamda olduğu kimi, bunda da tə
CIĞAL – SAKİT Ancaq bu başdan bil ki, bizim arvad yaman cığaldır (S.Qədirzadə); Təbiət çox sakitdir (M
CILXA – QARIŞIQ Mən də adi insanam; Nə başdan-başa tərif, nə də cılxa nöqsan (R.Rza); Suyumuz da qarışıqdır
CILIZ – GÜCLÜ Cılız, arıq oğlan idi Məhərrəm (M.Eynullayeva); Bilirəm siyasət güclüdür səndə (S.Vurğun)
CINDIR – TƏZƏ Başında cındır yaylıq, əynində cırıq köynək (S.Rüstəm); Təzə yaylığı ilə üzünün tərini sildi (“Azərbaycan”)
CIRIQ – TƏZƏ Deyir otuz arşın təzə parça olsaydı, yorğan-döşəyi düzəldərdim (Ə.Vəliyev); Erkək atın çulu cırıq gərək (Ata
CIRMAQ – TƏZƏLƏMƏK Bir döyüş və bir zəfər yarpağını cırıram (S.Rüstəm); Yer kürəmiz fəsil-fəsil; təzələyir döşəyini (R
CIRNATMAQ – ŞƏNLƏNDİRMƏK Poladla Kamran Muradı cırnatmaq, məclisi şənləndirmək üçün ona söz atır, bir-birinə göz vururdular (Mir Cəlal)
CIRTDAN – NƏHƏNG – Əyə, a Cırtdan, bu nəhəngə gücün necə çatar, – dedi (İ.Şıxlı)
CIZMAQ – YAZMAQ Yazdın, cızdın; Qabağımda (İ.Tapdıq)
CİDDİ – MÜLAYİM Xanım ciddi və sevincli bir sima ilə Muxtarın qolundan dartdı və təkidlə dedi (Çəmənzəminli); Açıq və mülayim hava Kərəmin ürəyini oxş
CİDDİLƏŞMƏK – MÜLAYİMLƏŞMƏK Aslanın sifəti ciddiləşdi, dərin fikrə getdi (S.Vəliyev); Sonra o bir qədər mülayimləşərək: Əziz, sən mənim yanıma xəstə g
CİDDİLİK – YUMŞAQLIQ Əliqulu xan həmişə quru görünən sifətinə bir qədər də ciddilik artırırdı (A.Məmmədrza); O macal vermədi, mənim yumşaqlığımdan ist
CİNGİLTİLİ – KAR Samitlər səs tellərinin iştirakına görə cingiltili və kar olmaqla iki yerə bölünür
CİNLƏNMƏK – SAKİTLƏŞMƏK Əvvəllər qız bu sözü eşidəndə cinlənərdi, onlardan heyfini alardı (S.Qədirzadə); Hirsi soyuyandan sonra sakitləşərdi
CİSMANİ – RUHƏN Cismani olaraq zindandayam, ruhən isə buludlar kimiyəm (F.Kərimzadə)
CİYƏRLİ – QORXAQ Ciyərli oğul özünü hər yerdə göstərir (İ.Şıxlı); Simasından qorxaq bir şəxs olduğu hiss olunur
COMƏRD – XƏSİS Dəli-dolu, üzügülər, comərddir (A.Şaiq); Xəsis kaftar it sümüyü yığan kimi, anbarı doldurubdur mıx ilə
COMƏRDLİK – XƏSİSLİK O, comərdlik timsalıdır (“Azərbaycan”); Qardaş, bura xəsislik yeri deyil (S.S.Axundov)
COŞQUN – SAKİT Coşqun Xəzər, qumsal üzüm bağları yadıma düşdü (S.Vəliyev); Axırsınız sakit, lal; Bu sahildən o sahilə (R
COŞQUNLUQ – SAKİTLİK Hardan alım o həvəsi, coşqunluğu (C.Novruz); Kənddə sakitlikdir (M.İbrahimov)