XOŞQILIQ – AMANSIZ Düşmənə amansız ol; dosta xoşqılıq (R.Rza)
XOŞLAMAQ – PİSLƏMƏK İndi Fatmanisə xala elə bilir ki, sən xoşlayıbsan (Ə.Haqverdiyev); İşi-gücü elə onu-bunu pisləməkdir
XOŞLUQ – PİSLİK Mən mağaraya girib; Cüməyə yalvarıram; Əgər xoşluq ilə gəlsə heç (A.Şaiq); Pislik onun əlində bir qurtum su içmək kimi bir şeydir
XOŞLUQLA – ZORLA Xoşluqla gəlməsə, o vaxt zorla və güc ilə durub ayaqlarımı da tərpədərəm (A.Şaiq)
XOŞSİFƏT – MISMIRIQ Xoşsifət, zarafatcıl, baməzə kişidir (Ə.Vəliyev); İncidən, mısmırığına dəyən odur
XUDBİN – TƏVAZÖKAR Bu bir az da deyəsən xudbindir (M.İbrahimov); Təvazökar, ağıllı bir qızdır (“Ulduz”)
XÜBAR – CÜNUN Sən bir varlı, mən bir fəqir, sən bir xübar, mən bir cünun (C.Cabbarlı)
XÜLYA – REAL Birinin görürsən ki, başında xülyası var (S.Rüstəm); Yazıçı real hadisələri qələmə almışdır
XÜSUSİ – RƏSMİ Hərgah xüsusi kağıza qulaq asmasa, onda rəsmi təliqəni verərsən (Ə.Vəliyev). XÜSUSİ – ÜMUMİ Səttar xanla Bağır xan qalxıb xüsusi otağa
XÜSUSİYYƏTÇİLİK – KOLLEKTİVLİK Yoxsa “mən aldım, işini düzəltdim, ortadan çıxdım, qalanlarının canı çıxsın, nə vecimə” demək xüsusiyyətçilik və əclafl
İBARƏLİ – SADƏ Armudboğaz, şişbığ satıcının belə ibarəli nitqindən baş açmayan Leylək istər-istəməz əsəbiləşdi (S
İBLİS – MƏLƏK Ədavət toxumu səpmək üçün siz; Gah mələk oldunuz, gah da bir iblis (S.Rüstəm)
İBTİDAİ – MÜASİR İbtidai alətlərlə qazıldığı üçün baltanı çıxartmaq son dərəcə böyük əhəmiyyət kəsb edir (M
İCTİMAİ – XÜSUSİ İctimai və xüsusi təsərrüfatlar arasında fərq qoymaq lazımdır
İÇ – BAYIR Əvvəl evin içi, sonra bayırı (Ata. sözü). İÇ – ÇÖL İçim özümü yandırır, çölüm sizi (A.Məmmədov)
İÇƏRİ – BAYIR Bayırı kaşı-çini, içərisi toyuq hini (Ata. sözü)
İÇMƏK – TÖKMƏK Kim içməsə, yaxasına tökəcəyik (Mir Cəlal)
İDBAR – GÖZƏL Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Vaqqıldama bayquş kimi idbar, dilənçi! (M.Ə.Sabir); Özünüz gözəl və göyçəksiniz (C
İDDİALI – BAŞIAŞAĞI Nə soxulmusan araya, a başıbəlalı, fələ? Nə xəyal ilə olubsan belə iddialı, fələ?! (M
İDEAL – ÇİRKİN Ən ideal adamlardan biri də Ramizdir. Osmanlı işğalçıları çirkin məqsədlərini xalqa izah edirdi (M
İDXAL – İXRAC Hazırda ölkəmiz... dərman maddələrinin idxalından tamamilə azad olmuşdur (R.Əliyev); Sənayeləşdirmə hələ başa çatdırıldığı zaman biz xam
İDRAKLI – SƏFEH Sən idraklı olduğun üçün bilirdim ki, sözümü tez anlayacaqsan (C.Cabbarlı); Hansı səfeh oğlu bundan sonra qaymaq satar (Mir Cəlal)
İDRAKSIZ – DÜŞÜNCƏLİ İdraksız bir kütlənin səfeh qorxaqlığına, qurban olub gedir (C.Cabbarlı); Özü də ağıllı, düşüncəli uşaqdır (M
İFRİTƏ – GÖZƏL O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük (M.Hüseyn); Babaxanın oraya yolu düşür, belə gözəl bir qızın yayın istisində tarla
İĞTİŞAŞ – SÜLH Hər yerdə iğtişaş, hər yerdə üsyan;Alovlu nəğmələr ucalır göyə (S.Rüstəm); Hamı sülh istəyir (Mir Cəlal)
İXTİLAF – BİRLİK Hər kiçik ixtilaf ailəni pozarsa, onda nə olar? (Mir Cəlal); Birlik lazımdır bizə! (M
İXTİYAR – GƏNC Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C
İXTİYARLIQ – GƏNCLİK İxtiyarlıq ölümün qonşusudur (H.Cavid); Təhqir olunmuş gənclik vüqarımı müdafiə edərək, əsəbi və titrək barmaqlarımla ağzıma gələ
İKİBAŞLI – AYDIN Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi, birbirindən soyuq ayrıldılar (M
İKİDİLLİ – SƏMİMİ Yox böylə ikidilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz! (M.Ə.Sabir); ...Püstəxanımla səmimi salamlaşandan sonra onları yerbəyer e
İKİLƏŞMƏK – TƏKLƏŞMƏK Səs ikiləşdi, üç oldu, sonra tamam kəsildi (G.Hüseynoğlu); Ədhəm bilirdi ki, Səlim təklənəndə öz təsir gücünü xeyli itirir, çaşı
İKİLİKDƏ – TƏKLİKDƏ Teymurla Güldəstə ikilikdə qalmışdılar (H.Seyidbəyli); Təklikdə heç nə eləyə bilməzsən (“Ulduz”)
İKİMƏNALI – AÇIQ Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz (Ə.Vəliyev); Əsil etika açıq danışmağı sevir (M
İKİTİRƏLİK – BİRLİK Kəndə ikitirəlik salıb; Pirəli getdi; İstəyincə paşalıq (M.Rahim); Güc birlikdədir (Ata
İKİÜZLÜ – SƏMİMİ Siz bağışlayın, yoldaş Mədəd, ba Tarıverdi xalis ikiüzlüdür (S.Rəhimov); O çox səmimi yoldaşdır
İKİÜZLÜLÜK – SƏMİMİLİK İkiüzlülük qorxudan əmələ gələn bir xəstəlikdir (M.Hüseyn); Xüsusən Nazim Hikmətlə əlaqədar yazılmış səhifələrdə səmimilik və d
İQRAR – İNKAR İkidir gərçi pəriçöhrələrin küftarı; Bir imiş bunların iqrarı ilə inkarı (Q.Təbrizi)
İLHAMLI – SÖNÜK S.Vurğunun dərin ilhamlı lirikası... mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur (M
İLIQ – SOYUQ Günəşin ilk ilıq şüaları sularda oynaşırdı (S.Vəliyev); Bu nadir möcüzə, hiss edir soyuğu, istini (R
İLIQLIQ – SOYUQLUQ İstilər çəkilmişdi, lakin havada xoş ilıqlıq var idi (Çəmənzəminli); Bu sualların buz soyuqluğunu Məryəm bütün bədəni ilə hiss etdi
İLK – AXIR Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var (S.Vurğun)
İLLƏTLİ – SALAMAT Bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir
İNAD – ÜZÜYOLA Gülsabahın atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
İNADCIL – SADƏLÖVH İnadcıl qızın da başına görün nə gəldi (G.Hüseynoğlu); Yeja bu sadəlövh adamın beynəlxalq vəziyyətlə tanış olmasına heyrət edərək d
İNADKAR – ÜZÜYOLA O da bilir ki, sən inadkarsan (S.Vəliyev); Qıraqdan qulaq asan, lakin onu görməyən adam güman edirdi ki, kabinetdə Anketovdan başqa
İNAMSIZ – ETİBARLI İnamsız hərəkətləri bizi təngə gətirdi. Öz ətrafımıza etibarlı adamlar yığaq (S.Vəliyev)
İNAMSIZLIQ – ETİBARSIZLIQ Axı bu inamsızlıq nədən irəli gəlir? (İ.Şıxlı); Bizim yanımızda öz etibarlılığını itirmişdir (“Azərbaycan”)
İNCƏ – KOBUD Arvadım, arvadım, sən bir qədər incə sözlər öyrənsəydin, heç zərər görməzdin (C.Cabbarlı); Mən burada kobud bir səhv buraxdım (Mir Cəlal)
İNCƏLİK – KOBUDLUQ Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz (S.Rüstəm); Mən onun hərəkətində bir kobudluq hiss edirəm
İNCƏLMƏK – KÖKƏLMƏK Hərzəvü hədyan oxumaqdan; İncəldi uşağım (M.Ə.Sabir); Bəlkə, heç kökəlməyəcək (S