BUMBUZ – İSTİ Bu doğma dərdimi bumbuz ürəklər nə duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S
BURMAQ – AÇMAQ Gədələr Qədim dayının qollarını burdular (S.Rəhimov); Çərkəz yorğanı üstündən atıb ayağa durdu
BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, büdrəmişəm, yenə durmuşam (T.Şahdağlı)
BÜKMƏK – AÇMAQ Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü (S.Hüseyn); Yenə Səmayənin açılmış başı; Qara hörükləri titrəd
BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına bükülmüşdü (C.Məmmədquluzadə); Vəlinin gətirdiyi bağlama açılmadı ki, açılmadı
BÜRKÜ – SOYUQ Onsuz da boğuluram, bürküdür, otağa girəsi halım yoxdur (M.İbrahimov); Soyuq, dəhşətli bir soyuq Mayanı titrətdi (M
BÜRKÜLÜ – SOYUQ İsti bürkülü bir gün idi (S.Sərxanlı); İstiyə də tab etdim; Soyuğa da alışdım (H.Hüseynzadə)
BÜRÜMƏK – AÇMAQ Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü (M.Hüseyn)
BÜRÜNCƏKLİ – ÇILPAQ Tüstü bürüncəkli qara saçında; Üzünü xəmirlə oxlov ağardır (Abbasağa); Buradan çılpaq bir balaca qız çıxdı (S
BÜRÜŞMƏK – AÇILMAQ Quraqlıqdan pambığın qozaları bürüşdü. Sakit açılır qapı; Gəlir müəllimimiz (H.Hüseynzadə)
BÜRÜŞÜK – AÇIQ Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın – dedi (A
BÜTÖV – YARIMÇIQ Yarımçıq bir mahnı gör nələr deyir; Bütöv bir aləmdir, bir kainatdır (H.Hüseynzadə)
BÜTÜN – YARI Bütün var-yoxum sənə qurbandır (“Azərbaycan”); Varımı səninlə yarı bölərəm (S.Rüstəm)
BÜZMƏK – AÇMAQ Lyudmila küsəyən qızlar kimi dodaqlarını büzdü (C.Əmirov); Açsın isti qoynunu; Doğma sinif otağı (H
BÜZÜK – AÇIQ Hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı (M.İbrahimov); Açıq qapıdan musiqi səsi gəlirdi (S
BÜZÜLMƏK – AÇILMAQ Yadımdadır indi də dodaqlarım büzüldü (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılır evlərin pəncərələri (H
BÜZÜŞÜK – AÇIQ Büzüşük duruşdan hiss olunurdu ki, o çox əsəbi və narahatdır. Əyin yuxa, baş açıq; Bilmədim necə edim?! (H
CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M
CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas canlı şahid Məmmədağa idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata
CANSIXICI – ŞƏN Məclisimiz cansıxıcı keçir (“Ulduz”); Bu gün ömrü-günü azad; Ürəyi şən insanlarıq (C
CARİ – ƏSASLI Bu il məktəbdə cari təmir, gələn il isə əsaslı təmir aparılmalıdır
CAVAB – SUAL Suallar, cavablar, mübahisələr; Uzanır axşamdan sabaha qədər (H.Hüseynzadə)
CAVAN – BÖYÜK – Əlbəttə, böyüklərin qayğısına qalmaq cavanların borcudur (S.Qədirzadə). CAVAN – YAŞLI Çingiz xan ağıllı, kamallı cavandır (S
CAVANLANMAQ – QOCALMAQ Hacı getdikcə cavanlanır (M.S.Ordubadi); Bir günün içində on il qocaldım (S.Rüstəm)
CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il cavanlaşdı (Ə.Vəliyev); Tarverdi, Pərzad ilə qoşa qarıyasan (M
CAVANLIQ – QOCALIQ Oğul, cavansan, cavanlığın səhv və xətası olar, çalış xəta etmə (Ə.Haqverdiyev); Bilirəm onu da gözləyir qocalıq (R
CAVANLIQDA – QOCALIQDA Cavanlıqda daş daşı, qocalıqda ye aşı (Ata. sözü)
CAYDAQ – GÖDƏK Yoldaşı əl ağacına oxşayan uzun, caydaq adam dinmir (Mir Cəlal); Yarın boyu gödəkdi; Gözəl eyibsiz olmaz
CƏFA – SƏFA Mən yazıq çəkdim cəfanı; Müxənnət sürdü səfanı (Aşıq Ələsgər)
CƏFALI – SƏFALI Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir (S
CƏFƏNG – DUZLU Onun hekayələrində cəfəng, uydurma hadisələr verilir. Salman yenə ona duzlu, məzəli məktublar yazır, şeirlər göndərirdi (M
CƏFTƏLƏMƏK – AÇMAQ Fərzəli içəri daxil olub arxasınca qapını cəftələdi (S.Rəhimov); Gecdən gec qapını açdı (“Azərbaycan”)
CƏHALƏT – MƏDƏNİLİK Cəhalət nə qalın divar imiş (M.İbrahimov); Mədənilik də inkişaf, tərəqqi ilə bağlıdır
CƏLD – ASTA Qulluqçu cəld qapını açdı (Ə.Haqverdiyev); Asta gedən tez gedər (Ata. sözü)
CƏLDLƏŞMƏK – YAVAŞIMAQ Qız pambıq yığımında cəldləşir. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu (Mir Cəlal)
CƏMLƏMƏK – ÇIXMAQ Bu ədədləri bir-birinə cəmlə, onların cəmindən beşi çıx (“Hesab”). CƏMLƏMƏK – DAĞITMAQ Pristav kəndliləri bir yerə cəmlədi (S
CƏNNƏT – CƏHƏNNƏM Cənnətin yazlığı, cəhənnəmin payızlığı (Ata. sözü)
CƏSARƏT – QORXU Səni bu fəlakətdən yalnız bilik və cəsarət qurtaracaq (A.Şaiq); Mənim qayadibi kəndim nə qədər davam edərsə; buranın qorxusu yoxdur (S
CƏSARƏTLƏNMƏK – QORXMAQ Emin guya cəsarətlənmişdi (S.Qədirzadə); Ancaq açılmayır o qorxur ki, sən; Onu birdəfəlik rədd eləyəsən (S
CƏSARƏTLİ – QORXAQ Bilirsinizmi, çox fikri açıq, çox cəsarətli uşaqdır (M.İbrahimov); Belə qorxaq başı saxlamağa dəyməz (S
CƏSARƏTLİLİK – ACİZLİK Bu yarışda cəsarətlilik göstərdi. Acizlik adamın birinci düşmənidir, yadında saxla (M
CƏSARƏTSİZ – ÜRƏKLİ Ancaq cəsarətsiz ağlın da kəsəri olmaz (M.İbrahimov); Sərvinaz ürəkli cavab verdi (“Ulduz”)
CƏSUR – ACİZ Dağlara səyahət cəsurların idmanıdır (S.Qədirzadə); Övladlarım, bu işdə bir qanun var ki, onu pozmaqda biz acizik (S
CƏSURLAŞMAQ – QORXAQLAŞMAQ İftixar hissi onu cəsurlaşdırdı (“Ulduz”); Bilirəm, adam evləndikdə bir balaca qorxaqlaşır (M
CƏSURLUQ – QORXAQLIQ Qardaşın cəsurluğundan doğan iftixar hissi Anatolinin qəlbini doldurdu (S.Vəliyev); Hər bir xəsis adamda olduğu kimi, bunda da tə
CIĞAL – SAKİT Ancaq bu başdan bil ki, bizim arvad yaman cığaldır (S.Qədirzadə); Təbiət çox sakitdir (M
CILXA – QARIŞIQ Mən də adi insanam; Nə başdan-başa tərif, nə də cılxa nöqsan (R.Rza); Suyumuz da qarışıqdır
CILIZ – GÜCLÜ Cılız, arıq oğlan idi Məhərrəm (M.Eynullayeva); Bilirəm siyasət güclüdür səndə (S.Vurğun)
CINDIR – TƏZƏ Başında cındır yaylıq, əynində cırıq köynək (S.Rüstəm); Təzə yaylığı ilə üzünün tərini sildi (“Azərbaycan”)
CIRIQ – TƏZƏ Deyir otuz arşın təzə parça olsaydı, yorğan-döşəyi düzəldərdim (Ə.Vəliyev); Erkək atın çulu cırıq gərək (Ata