ƏCNƏBİ – ANA Onları əcnəbi dillərdə oxutmuşam (M.S.Ordubadi); Onlar ana dilində danışırdılar (M.Hüseyn)
ƏDALƏT – ZÜLM Aldadır bəşəri yalan vədləri; Haqdan, ədalətdən yoxdur bir əsər (S.Vurğun); Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır (M
ƏDALƏTLİ – İNSAFSIZ Heç bundan ədalətli qərar olmaz (M.İbrahimov); Bəzən onun gözlərində parıldayan sevinc bir an qədər qısa və insafsız idi (M
ƏDALƏTSİZ – İNSAFLI Heç bir zaman hökumət ədalətsiz iş görməz (C.Cabbarlı); İnsaflı və mehriban bir adamdır (“Ulduz”)
ƏDALƏTSİZLİK – İNSAFLILIQ Məgər mən az ədalətsizlik, az insafsızlıq görürəm? (Ə.Haqverdiyev); İnsaflılığına söz ola bilməz (“Azərbaycan”)
ƏDAVƏT – DOSTLUQ Bizim qaçdığımıza görə, Pərviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hər sözə min məna veri
ƏDƏB – QABALIQ Təzə gəlinlər, cavan qızlar yanına girə bilməzdi; ədəb, həya, hörmət vardı (Q.Qantəmir); Bax, mən gəncliyin bu qabalığı ilə razılaşa bi
ƏDƏBLİ – KOBUD Vaqiən Qasım əmi çox ədəbli və söz eşidən idi (C.Məmmədquluzadə); O mənə tərəf əyilib, kobud bir pıçıltı ilə adımı çağırdı (Y
ƏDƏBLİLİK – KOBUDLUQ Oğlan ədəbliliyindən başını aşağı saldı və cavab vermədi (“İzahlı lüğət”); Düzdür, biz onun kobudluğuna öyrənmişdik (Y
ƏDƏBSİZ – ABIRLI Xain, alçaq, ədəbsiz, aç qapını (H.Cavid); Mən... təmiz və abırlı böyümək istərkən, nə iş idi başıma gəldi (Mir Cəlal)
ƏFƏL – ZİRƏK Hə, bala, belə bir kişinin mənim kimi əfəl nəticəsi var (B.Bayramov); Varlıdır, arxalıdır, özü də elə bu Səlim kimi zirəkdir, gözüaçıqdır
ƏFƏLLİK – ZİRƏKLİK Çox görmüşük dürlü-dürlü ölümləri; Qocalıqdan, xəstəlikdən, əfəllikdən ölənləri (X
ƏFSANƏ – HƏQİQƏT Bunlar həqiqətdir, əfsanə deyil; insan nələr qurdu, nələr yaratdı (H.Hüseynzadə)
ƏFSANƏVİ – ƏSİL Qartal dedikləri o əfsanəvi qəhrəman budur (M.Hüseyn); Çox sağ ol, oğlun Fərid bütün vuruşlarda əsil igid olduğunu sübut etmişdir (M
ƏĞYARLIQ – DOSTLUQ Kim olub əğyarə yar, eylər mənə əğyarlıq (M.Füzuli); Elə bil o, ...dostluğu, sədaqəti əsil ürək döyüntüsü ilə tərənnüm edən bir şai
ƏHATƏLİ – BİRTƏRƏFLİ Daha əhatəli iclas çağırılsın; Yaxın bir gün, ətraflı danışmaq üçün (R.Rza); Məsələni birtərəfli həll etmişlər
ƏXLAQLI – POZĞUN Püstəxanım əxlaqlı, namuslu qadındır. Gözəl olmasına baxmayaraq, pozğun arvaddır (C
ƏXLAQSIZ – NAMUSLU Şeyx Nəsrullah həyasız, yalançı və əxlaqsız bir adamdır (M.İbrahimov); Bu evin sahibi səndən min pay namuslu adamdır (Ə
ƏXLAQSIZLIQ – NAMUSLULUQ ...Onun hörmət və nüfuzunun azalması və xidmətlərinin əlindən çıxması Mehribanın əxlaqsızlığından irəli gəlmişdir (S
ƏKİN – BİÇİN Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi? (M.Ə
ƏKİNÇİ – BİÇİNÇİ Özünüz də yaz əkinçi, qış dilənçi (Ə.Haqverdiyev); Biçinçi haqqını yerdən yığar (Ata
ƏKMƏK – BİÇMƏK Gecə, gündüz əkir, biçir yoxsul; Yenə görməz evində bir məhsul (A.Şaiq). ƏKMƏK – ÇIXMAQ Arpa əkdim, darı çıxdı (Ata
ƏKSİNƏ – DÜZÜNƏ Vəziyyəti büsbütün əksinə məna edirsiniz (M.S.Ordubadi); Şərait məsələyə düzünə yanaşmağı tələb edir
ƏQİDƏLİ – MƏSLƏKSİZ ...Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduğunuzu görürəm (M.İbrahimov); O, məsləksiz adamdır
ƏQİDƏSİZ – MƏSLƏKLİ ...Bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır (M
ƏQLİ – FİZİKİ Əqli əməklə fiziki əmək arasındakı ziddiyyət aradan qaldırılmalıdır
ƏLALTI – AŞKAR Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt etmişdi (S
ƏLALTINDAN – AŞKARCA O, əlaltından öz işini görürdü (M.İbrahimov); Aşkarca bizim əleyhimizə danışır
ƏLBİR – TƏK Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm); Özün də meydanda tək qaldın
ƏLƏK-VƏLƏK – SAKİTLİK Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S
ƏLƏM – NƏŞƏ Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə (S.Rüstəm)
ƏLİAÇIQ – XƏSİS Dədəm kimi əliaçıqsan, verəndə üzünü görmə (M.İbrahimov); Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olm
ƏLİAÇIQLIQ – XƏSİSLİK Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur (“Qaçaq Nəbi”); Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini e
ƏLİBOŞ – ƏLİDOLU Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram (S
ƏLİƏYRİ – DÜZ Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar (C.Əmirov)
ƏLLƏŞMƏK – AVARALANMAQ Fatma arvad hələ də təndir başında əlləşir (Mir Cəlal); Orda-burda avaralanırdı
ƏLLİ – YAVAŞ Dedik: Öyrən hər şeyi; Əlli tərpən, əlli, qız (M.Rahim); Yaman yavaş işləyirsən (“Ulduz”)
ƏLSİZ – BACARIQLI Bizə əlsiz adamlar yox, bacarıqlı adamlar lazımdır
ƏLÜSTÜ – GEC Məhəmmədhəsən əlüstü girdi həyətə (C.Məmmədquluzadə); Bəli, Klara xanım, gecdir, çox gecdir (C
ƏLVERİŞLİ – FAYDASIZ Əlverişli yerlərdə gizlənmiş düşmən snayperləri bir an belə susmur (S.Vəliyev); Baş qoşmaq da faydasız idi
ƏLVERİŞLİLİK – YARARSIZLIQ Lənkəran zonasının subtropik bitkilər yetişdirmək üçün əlverişliliyi çoxdan məlumdur
ƏLVERİŞSİZ – MÜNASİB Yaxşı və səmərəli işləmək üçün əlverişsiz yox, münasib şərait yaradılmalıdır
ƏMƏKÇİ – MÜFTƏXOR Gec-tez əməkçilər qələbə çalacaqlar (Çəmənzəminli); Bizim aramızda müftəxorlara yer yoxdur
ƏMİN-AMANLIQ – MÜHARİBƏ Əmin-amanlıq olmaz, olmasa əmniyyətlər (S.Rüstəm); Müharibə deyildir qurbansız, təhlükəsiz (S
ƏMR – XAHİŞ – Lyudmilacan, sizin hər bir xahişiniz mənim üçün əmrdir (C.Əmirov)
ƏNDAMLI – ARIQ Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.İbrahimov); Polis idarəsi rəisi ucaboy, arıq və kürən bir adamdı (M
ƏNDƏRMƏK – DOLDURMAQ Çuvalın ağzını açıb unu təknəyə əndərdi (“İzahlı lüğət”); Maşını doldurub yola saldılar (“Azərbaycan”)
ƏNGƏLLİ – ASAN Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! (H.Cavid); Baş sahibi olmaq asandır, amma bu başı salamat gəzdirmək
ƏNTƏR – GÖZƏL Qızların ən əntəri Güldəstə idi. Dilarə gözəl idi, bəlkə də, yer üzündəki bütün qızlardan gözəl idi (Ə
ƏNTƏRLİK – GÖZƏLLİK Onun sir-sifətindən əntərlik yağır (“Ulduz”); İndi onun üzündə zərrə qədər də gözəllik yox idi (Ə