SARSAQLAMAQ – AĞILLANMAQ Sənsə sarsaqladın (Mir Cəlal); Əgər ağıllanmısansa, mənə yenə yoldaş Mərdanov deyə bilərsən (S
SARSILMAQ – MÖHKƏMLƏNMƏK Sarsılır cümlə əqrəbası onun; Daima yaslı, daima məhzun (H.Cavid); O, çəkişmələrdə, vuruşmalarda möhkəmlənmişdi (“Ulduz”)
SARSIMAQ – MÖHKƏMLƏNMƏK Gözlərin mənliyimi sarsıdır (C.Cabbarlı); Sənin sözlərin ona təsəllidir, onu möhkəmlədir
SATİRA – KOMEDİYA Satira nöqsanlara və zəif cəhətlərə istehza deyil, nəcib bir şimşək və ildırım allahıdır (V
SATİRİK – KOMİK Satirik və komik əsərlərdən isə mütləq müsbət qəhrəman istəmək məncə, doğru olmaz (M
SAVADLI – BİLİKSİZ Sənə bir savadlı adam lazımdır (Ə.Haqverdiyev); Biliksiz ömrün nə mənası var? (S.Rüstəm)
SAVADSIZ – BİLİKLİ Mən isə savadsız bir adamam (C.Əmirov); Şəxsən mən Əzizi təşəbbüskar, bilikli bir işçi kimi, yaxşı bir mütəxəssis kimi müdafiə edir
SAVAŞ – BARIŞIQ Qurd qardaş, savaş nə gərək, ətin yerini tapmışam (A.Şaiq); Barışıq məsələləri ilə o məşğuldur
SAVAŞQAN – SAKİT Təbiətən savaşqan və kinli olan Kəlbiyev bu görüşlər zamanı Mina xanımla əylənməkdən çox, onun əri ilə maraqlanır
SAVAŞMAQ – BARIŞMAQ Axı onsuz da bədbəxt olan bu adamlar niyə də savaşsınlar? (S.Vəliyev); Onu verim, tülkü lələ ilə məni barışdır (A
SAZ – NAXOŞ O saz adamdır (İ.Fərzəliyev); Məni naxoş və ya xudbin hesab edir (M.İbrahimov). SAZ – SINIQ Demək ki, işiniz sazdır? (M
SAZAQ – İSTİ Alışdı istiyə, dözdü sazağa; Bağladı meylini suya, torpağa (H.Hüseynzadə)
SAZAQLI – İSTİ Sazaqlı bir külək əsir canımda (M.Ələkbərli); İsti gün idi (“Ulduz”)
SEHRLİ – ADİ Xan, Eloğlunun bir sehrli tütəyi var (A.Şaiq); Əsərdə adi hadisələr təsvir olunmuşdur
SEVGİ – ƏDAVƏT Sevgi küçəsi ilə gəzdiyin yerdir (S.Vəliyev); Tökün dənizlərə, tökün çaylara; Axı insan hara, ədavət hara?! (C
SEVİNC – HEYRƏT Sevinc inciləri axsın gözündən (S.Rüstəm); Gözlərini qırpmadan təəccüb, heyrət və dəhşətlə ata baxdı (İ
SEVİNMƏK – QƏMLƏNMƏK Sevinir, gülürsünüz, bəzən qəmlənirsiniz (R.Rza)
SEYRƏK – BASIRIQ Seyrək yerlərə əlavə toxum səpirlər (Ə.Vəliyev); Mədənin qapısı da çox basırıq idi (M
SEYRƏKLƏŞMƏK – SIXLAŞMAQ Arabir sıxlaşır səyyar buludlar (Ə.Kürçaylı); Getdikcə soldatlar seyrəkləşir, dəhliz tez-tez lap boş qalırdı (C
SEYRƏKLİK – SIXLIQ Seyrəklikdir, amma sakitlik yox (“Ulduz”); ...Sıxlıqda yaşadıqları üçün yaş, hörmət nəzərə alınırdı (M
SEYRƏLMƏK – SIXLAŞMAQ Tüstü azacıq seyrəldi (İ.Şıxlı); Buludlar sıxlaşdı, yağış yağmağa başladı
SƏADƏT – BƏDBƏXTLİK Səadətlə bədbəxtlik arasında bir addımdan artıq məsafə yoxdur (M.Talıbov)
SƏBATLI – DƏYİŞKƏN Oğulla qıza bax polad səbatlı (S.Rüstəm); Dəyişkəndir, ona etibar etmək çətindir
SƏBİRLİ – CIRTQOZ Bu, səbirli, dəyanətli, çalışqan uşaqdır (A.Şaiq); Cırtqoz kişidir, bir söz deyən kimi alışır (“Ulduz”)
SƏBİRSİZ – TƏMKİNLİ A kişi, nə səbirsiz adamsan (S.S.Axundov); Bizim yeganə çıxış yolumuz budur: hissiyyata qapılmamaq, səbirli, təmkinli olub iş görm
SƏFALƏT – SEVİNC Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində (C.Cabbarlı); Sevinc içərisində qaldılar (Ə
SƏFEH – ANLAQLI Sən niyə belə səfeh sözlər danışırsan? (Ə.Haqverdiyev); Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim (Ə
SƏFEHLİK – AĞILLILIQ Gələn görüşlərə ümid bəsləmək səfehlikdir (S.Qədirzadə); Kim bunu ağıllılığın nəticəsi kimi qəbul edir (İ
SƏHƏR – AXŞAM Əzəldən həmdəmi təklik, çən, çisək; Bir də səhər yeli, axşam küləyi... (H.Hüseynzadə). SƏHƏR – GECƏ Gecə dost tək səhərin əlini sıxıb ge
SƏHƏRKİ – AXŞAMKI Bütün qadınlar bu səhərki polis qadını kimi mərhəmətli olmayacaq ki (S.Vəliyev); Axşamkı hadisə yaddan çıxmaz (“Azərbaycan”)
SƏHƏRLİ – AXŞAMLI Belə deyib qarı səhərli, günortalı, axşamlı – bütöv bir gün təki Alayın yuxusundan çıxdı (M
SƏHHƏT – MƏRƏZ Səhhətim də qismən düzəlmişdir (M.S.Ordubadi); Mərəzi şiddətlənmişdi (S.Qədirzadə)
SƏHİH – YALAN Bu xəbər səhihmidir? (S.S.Axundov); Qızın verdiyi məlumat yalandır
SƏHİHLİK – YALANÇILIQ İş səhihlik tələb edir (“Ulduz”); Canavarlar yedi bütün qoyunu; İştə, oğlum, yalançılıq oyunu (M
SƏHLƏNKAR – MƏSULİYYƏTLİ Mənim səhlənkar başımı kəs! (Mir Cəlal); Məsuliyyətli adamdır (M.İbrahimov)
SƏHV – DOĞRU Xanım, fikriniz səhv deyil (S.S.Axundov); Doğru xəbərdir, anın üçün darə düşmüşəm (Nəsimi)
SƏXAVƏT – XƏSİSLİK Bu gözlənilməz səxavət zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik xəsisliyi sevməməlidir (M
SƏXAVƏTLİ – SİMİC Bu səxavətli qonaqların hamısından artıq, nədənsə, Təbrizin sovqatlarına fikir verilirdi (Mir Cəlal); Ay simiclər padşahı, nə üçün i
SƏKSƏKƏLİ – RAHAT Gecələr çox səksəkəli yatırdı (S.Qədirzadə); Qoyun xalq rahat yaşasın (M.İbrahimov)
SƏLİQƏLİ – NATƏMİZ Otaq səliqəli, otaq tərtəmiz; Düzülmüş nizamla təzə stullar (H.Hüseynzadə); Otaq natəmizdir
SƏLİQƏSİZ – SAHMANLI Bütün binalar səliqəsiz halda bir-birinin yanına düzülmüşdü (C.Əmirov); Balaca, isti və sahmanlı bir mənzil idi (Mir Cəlal)
SƏLİQƏSİZLİK – SAHMANLILIQ İçəri girən kimi səliqəsizlik gözə çarpır (“Ulduz”); Evdə bir sahmanlılıq, səliqəlilik vardır ki, gəl görəsən (M
SƏMƏRƏLİ – FAYDASIZ Kolxozçuların bir sıra ağıllı və səmərəli təklifləri oldu (M.İbrahimov); Baş qoşmaq da faydasızdır (Mir Cəlal)
SƏMƏRƏSİZ – FAYDALI Heç yerdə heç kəs tərəfindən artıq və səmərəsiz əməyə yol verilməməlidir (M.İbrahimov); Söhbətiniz çox şirin, çox faydalıdır (M
SƏMİMİ – RİYAKAR Deyirlər ki, səmimi eşqin ürəyi geniş olur (C.Cabbarlı); Riyakar, ar olsun sənə! (C
SƏMİMİLİK – RİYAKARLIQ Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə gəldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M
SƏMİMİYYƏT – CİDDİYYƏT Səmimiyyət olmayan yerdə sənət yoxdur (M.İbrahimov); Birdən-birə qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını g
SƏPMƏK – YIĞMAQ Vaxtında səpək, vaxtında yığaq, vaxtında təhvil verək (Ə.Vəliyev)
SƏRBƏST – ASILI Artıq mən sərbəst adamam, sən məni üzüqara edirsən (M.İbrahimov); Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır (S
SƏRFƏLİ – ZƏRƏRLİ Bizə sərfəli deyil, zərərlidir