KİLİDLİ – AÇIQ Qapı kilidli idi. Onun başı açıq idi (Ə.Vəliyev)
KİLKƏLİ – TƏMİZ O qab təmiz deyil, dibi kilkəlidir
KİN – MƏHƏBBƏT Qoy bu sonsuz məhəbbət günəş kimi var olsun! Onlara verməz aman kinimin dalğaları (S.Rüstəm)
KİNLİ – SAKİT Sakit ağaclar; Kinli dolunun; hərbinə düşür (İ.Tapdıq)
KİNSİZ – ƏDAVƏTLİ Güllü qarının xasiyyəti mülayim, ürəyi kinsizdir (T.Kazımov); Ondan özünü gözlə, ədavətli adamdır (“Ulduz”)
KİP – BOŞ Sonuncu dəfə Məstan otağa girəndə qapı kip örtüldü (T.Məmmədov); Pəncərə boş bağlanıb
KİRİMƏK – QIŞQIRMAQ Əllərini bir-birinə vurub kiridi (Mir Cəlal); Qədir sözünü qurtarmamışdı ki, bəy qışqırdı (Mir Cəlal)
KİRLİ – TƏMİZ İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı (Mir Cəlal); Sütuna vurduğu mıxdan tiftikli təmiz məhrəba asmışdı (
KİRLİLİK – TƏMİZLİK Bu qızın ancaq bilikdir, təmizlikdir zinəti (H.Cavid); Onun əynindəki paltarların kirliliyi pintiliyindən irəli gəlir
KİŞİ – ARVAD Arvadın hünəri nədir ki, kişiyə əl atsın (S.S.Axundov)
KİŞİLƏNMƏK – ARVADLANMAQ – Ay kimsən? – deyə Mikola səsinə güc verib yaşına münasib olmayan bir tərzdə kişiləşdi (S
KOBUDLUQ – ZƏRİFLİK Kobud dedim, kobudluq yerində xoşa gəlir (S.Rüstəm); Tıqqıltının zərifliyindən duydum ki, qadın barmaqlarıdır (S
KOLLEKTİV – TƏKBAŞINA Bu işin öhdəsindən kollektiv gələ bilər. Təkbaşına iş görmək də çətindir (M.S.Ordubadi)
KOLLEKTİVLƏŞMƏK – FƏRDİLƏŞMƏK Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır (C
KOMALAŞMAQ – DAĞILMAQ Qadınlar komalaşdılar (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, dağılın (S.Qədirzadə)
KOMİK – QARAQABAQ ...Dəhşətli faciədə komik rol oynayan istedadsız bir aktyor qədər miskindir (M.Hüseyn); Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qa
KONKRETLƏŞMƏK – ABSTRAKTLAŞMAQ Fikri abstraktlaşdırmaq yox, konkretləşdir ki, dinləyici özü üçün bir nəticə çıxartsın (“Ulduz”)
KONKRETLİK – ABSTRAKTLIQ Cavab konkretlikdən çox uzaqdı, buna görə də Bəşirli onun sözünü kəsdi (Ə.Vəliyev); Gəl sən abstraktlıqdan uzaqlaş, bu heç kə
KORAFƏHM – FƏRASƏTLİ O, korafəhm deyil, Bilal (G.Hüseynoğlu); Fərasətlidir, Allah başacan eləsin (G.Hüseynoğlu)
KORAZEHİN – FƏRASƏTLİ Korazehin uşaqdır, məsələni çətin anlayır (“Azərbaycan”); Belə halda cürətli, cəld, güclü, fərasətli adam qalib gəlir (S
KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Bıçağı bülövə çəkdim, indi kəsərləşib. Bu qılınc isə çox korşalmışdı (M.İbrahimov)
KORTƏBİİ – ŞÜURLU İşə kortəbii yox, şüurlu yanaşmaq fayda verə bilər
KOSMOPOLİT – NİHİLİST Nə nihilist deyən var, nə də ki, kosmopolit (R.Rza)
KOŞ – İTİ Bircə koş bıçaq da dəyməsin gözə (C.Novruz); Onların dişi neştərdən də itidir (A.Məmmədrza)
KÖHNƏ – TƏZƏ Təzə qoltuqlarda köhnə falçılar; Nə qədər baş-başa gəlməliyik biz (H.Hüseynzadə)
KÖHNƏLİK – TƏZƏLİK Atar köhnəliyi üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, ürəyim də təzəlik axtarır (S
KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az köhnədir (M.İbrahimov); Ala gözlərini gördüm; Təzələndi köhnə dərdim (Aşıq Ələsgər)
KÖK – ARIQ Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam (S.S.Axundov); Saralmışın biridir, uzun, özü də arıq (C
KÖKƏLMƏK – ARIQLAMAQ Bəlkə heç kökəlməyəcəyəm (S.S.Axundov); O, Kiçik bəy kök, dolğun bir adamdı, arıqlamaq üçün çox səy edirdi (S
KÖKLÜ – ƏSASSIZ Sənin gətirdiyin dəlillər köklü deyil, əsassızdır
KÖKLÜK – ARIQLIQ Dayıdostum anamın köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə); At arıqlıqda, igid qəriblikdə (Ata
KÖLƏ – AZAD Köksündə kölə qəlbi döyünür (C.Cabbarlı); Ağlama, qardaşımsan, yaşa, yarat! Yaxındır gözlənilən azad bir həyat (S
KÖLƏLİK – AZADLIQ Gör nə kökə saldı sənin həyatını köləlik (S.Rüstəm); Azadlıq gözəl yaşamaq üçündür (C
KÖNÜLLÜ – ZORLA O, hərbi çağırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi (Ə.Vəliyev); Heç kəsi dərnəyə zorla yazmırlar (Mir Cəlal)
KÖNÜLSÜZ – ÜRƏKLİ Qaşığı əlinə alıb boşqabdakı dovğanı könülsüz, həvəssiz içməyə başladı (İ.Məlikzadə); Bizim suallara ürəkli cavab verirdi (“Azərbayc
KÖRPƏ – BÖYÜK Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpələnmişdi (Çəmənzəminli); Uca olduğundan ananın özü; Ucadır, böyükdür hədiyyəsi də (B
KÖRPƏLİK – BÖYÜKLÜK Körpəlik gülüşüm qanadlarında; Bir gün geriyə dönə, qaranquş! (M.Araz); Sən haqdan dönmədin həyat naminə; Bundadır böyüklük, bunda
KÖVRƏK – BƏRK Könlümdə həsrətin kövrək sazı var (“Ulduz”); Bizim canımız bərkdir (Ə.Haqverdiyev)
KÖVRƏKLİK – BƏRKLİK Mən bir qranitəm ki, hər parçamda duyulur; bərkliyim; döyüşlərdə bərkliyim; ülfətdə kövrəkliyim (R
KÖVRƏLMƏK – BƏRKİMƏK Səfər tez-tez kövrəlirdi (İ.Tapdıq); Biz mübarizədə böyüyüb bərkimişik (Ə.Vəliyev)
KÜKRƏK – SAKİT Bu adamlar kükrək bir dəniz, daşqın bir çay misalında idilər (Ə.Vəliyev); Həsən adəti üzrə sakit idi (M
KÜKRƏMƏK – SAKİTLƏŞMƏK Gizlənmiş, boğulmuş qəzəb yeni qüvvə ilə kükrəməkdə idi (M.İbrahimov); Uşaq bir xeyli ağladıqdan sonra sakitləşdi (“Azərbaycan”
KÜLƏKLİ – SAKİT Gündə milyon dəfə dəyişir halın; Bakının küləkli günlərin kimi (O.Sarıvəlli); Hava sakit və aydın idi (M
KÜR – RAHAT Sonra ağzı göyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil (M.Hüseyn); O çox rahat uşaqdır, heç kəsə toxunmur
KÜRLƏŞMƏK – RAHATLAŞMAQ Uşaq hey ağlayır, kürləşir, sakitləşmir. Əvvəl aşıb-coşdu, sonra rahatlaşdı (A
KÜRLÜK – RAHATLIQ Uşağın heç rahatlığı yoxdur, kürlük eləyir (“Ulduz”)
KÜSKÜN – RAZI Arıq, zərif, gözləri küskün qadının da təəccübdən gözləri açıla qaldı (M.Eynullayeva); Onlar bu görüşdən çox razıdırlar (Mir Cəlal)
KÜSKÜNLÜK – BARIŞIQLIQ Əkbəri bir uşaq küskünlüyü bürüdü (Mir Cəlal); Ailələr arasında barışıqlıq oldu (“Azərbaycan”)
KÜSMƏK – BARIŞMAQ Küsmək barışmağa yoldur (Ata. sözü)
KÜSÜLÜ – BARIŞIQLI Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü (Ata. sözü); Barışıqlı məsələsinin üstündən keçdilər (“Azərbaycan”)