KÖRPƏLİK
KÖVRƏKLİK
OBASTAN VİKİ
Kövrək
Kövrək, oxlov ya da vərdənə ilə açılan, yumru və incə xəmir yarpağı. Un, su və az miqdarda yağ ilə edilər. Kövrək ilə edilən yeməklərə nümunə olaraq paxlava, piroq, güllaç və kövrək çörəyi verilə bilər.
Kövrək palıd
== Təbii yayılması: == Qafqazda və Şərqi Zaqafqaziyada yayılmışdır. İlk dəfə Oğuz rayonunda qeydə alınıb. == Botaniki təsviri: == Hündürlüyü 20 m, diametri 20 sm olan ağacdır. Zoğları sıx, boz tüklü, ikinci ilə yaxın yavaş-yavaş tüksüzləşən, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqların uzunluğu 4-9 sm, eni 3-6 sm olub, uzunsov - oval və ya ovalşəkillidir. Üst tərəfdən yaşıl, çılpaq, altdan açıq yaşıl, sıx, qısa, nazik tükcüklərlə örtülmüşdür. Qaidə hissədən az ürəkvari və ya pazvaridir. Yarpaq qurtaracağı bir qədər sivriləşmiş və ya kütdür. Kənarlarında 6-8 cüt uzun, nadir hallarda qısa, azca burulmuş, 1-2 dişli dilimləri vardır. Dilimlərarası oyuqlar 1-2 sm-ə qədərdir.
Kövrək söyüd
== Təbii yayılması == Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir. Yumurtalığı yumurtavari-konusvari, uzunluğu 3 mm, çılpaqdır. == Ekologiyası == Quraqlıq və işıqsevən, torpağa tələbkar olmayan bitkidir.
Kövrək çörək
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kövrək çörəyi
Kövrək çörəyi paxlava, piroq istehsalında istifadə edilən kövrəkdən fərqlidir. Oxlov ilə açılmış xəmirin saç üzərində bişirilməsi ilə əldə edilər. Kövrək çörəyinin ən əhəmiyyətli xüsusiyyəti dayanıqlı olmasıdır. Türk mədəniyyətində köməkləşərək bir səfərdə qonşu və qohumların da iştirakıyla edilər. Edildiyi zaman isə hər kəs üçün çox miqdarda edilər. Üst üstə düzülərək lay halında anbarlanar və üzəri örtülər. İstifadə ediləcəyi zaman üzərinə su səpilər bir az gözlədilərək yumşalması təmin edilər. yeyilməyə hazır hala gələn kövrək, eləcə yenilə bildiyi kimi, müxtəlif yemək vəsaiti olaraq da istifadə edilə bilər.
Kövrək şoran
Kövrək şoran - (lat. Salsola futilis Iljin.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. == Qısa morfoloji təsviri == Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15–25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs - yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Kövrək şorəngə
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.

Значение слова в других словарях

вито́к компане́йски лавчо́нка осто́жье презатрудни́тельно пренести́ прога́лок проктоло́гия пунктуа́ция стихи́ра дисфункциона́льный непрофессиона́л по́лный посви́стывание прапра́внучка уника́льно циклогра́фия сходцы backstroke bismuth false flax garlicky pepperidge лычки наперсница