Словарь антонимов азербайджанского языка

  • QARAŞIN

    QARAŞIN – AĞBƏNİZ Qaraşın, yaraşıqlı, bığlı bir kişidir (S.Sərxanlı); Ağbəniz qız gündən qaçırdı (“Jurnalist”)

    Полностью »
  • QARAVAŞ

    QARAVAŞ – XANIM Onun bacısı Səkinə xanım pəncərə qabağında durub qaravaşı Gülsəbanı çağırır (M.F.Axundzadə)

    Полностью »
  • QARAYAXA

    QARAYAXA – HƏYALI Vallah, lap əlindən cana gəlmişəm; Sırtıq, qarayaxa “kavaler”lərin (C.Novruz); Qızdan həyalı oğlana rast gəlmisən, şərbət olmamış və

    Полностью »
  • QARAYAXALIQ

    QARAYAXALIQ – HƏYALILIQ Onun qarayaxalığı məni təngə gətirdi. Həyalılıq hissi onu boğurdu

    Полностью »
  • QARAYANIQ

    QARAYANIQ – DÜMAĞ Kəlbalı alçaqboylu... gödək qılçaları xeyli içəriyə əyilmiş, qarayanıq bir adam idi (S

    Полностью »
  • QARAYEL

    QARAYEL – AĞYEL Əsdi qarayel çəltiyə, bostana nə borcum? (M.Ə.Sabir); Ağyel əsdikcə taxıllar tel-tel olur

    Полностью »
  • QARĞAMAQ

    QARĞAMAQ – TƏRİFLƏMƏK Başmaqlarını sürüyə-sürüyə onun dalınca yortan Məsmə qarı indi də Xasaya qarğıyırdı (M

    Полностью »
  • QARĞIŞ

    QARĞIŞ – ALQIŞ Mənim qarğışım onu tutmasa mən heç nə bilmirəm (M.Hüseyn); Alqış deyir mənim doğma yurdum Azərbaycan da (R

    Полностью »
  • QARI

    QARI – CAVAN Ayna, qarının qolundan tutaraq yanına çəkdi (Ə.Məmmədxanlı); Yanına cavan bir oğlan göndərəcəyəm (S

    Полностью »
  • QARINQULU

    QARINQULU – GÖZÜTOX Belə sualı ancaq tənbəl və qarınqulu adam verə bilər (S.Vəliyev); Şaiq gözütox, başıaşağı bir kəsdir

    Полностью »
  • QARIŞDIRMAQ

    QARIŞDIRMAQ – AYIRMAQ Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qarışdırım? (Ə.Haqverdiyev); Mən səndən ayrılmazdım, ayırdı yağı məni (Ba

    Полностью »
  • QARIŞIQ

    QARIŞIQ – AYDIN Bu çöhrədə saf, aydın, qayğı qarışıq bir təbəssüm var (S.Sərxanlı). QARIŞIQ – AYDIN O axşam bu qarışıq fikirlərlə avara-sərgərdan şəhə

    Полностью »
  • QARIŞMAQ

    QARIŞMAQ – AÇILMAQ Get-gedə şər qarışırdı, səhər açılırdı (S.Qədirzadə)

    Полностью »
  • QARMAQARIŞIQ

    QARMAQARIŞIQ – AYDIN Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı (M

    Полностью »
  • QARMAQARIŞIQLIQ

    QARMAQARIŞIQLIQ – ƏMİN-AMANLIQ Bu evə yenicə köçmüşük, hələ qarmaqarışıqlıqdan heç şey tapmaq olmaz. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bər

    Полностью »
  • QARNITOX

    QARNITOX – GÖZÜAC Qarnıtox adamla yoldaşlıq eləmək çox asandır, amma gözüacla dolanmaq, yol getmək dəhşətdir

    Полностью »
  • QARŞI

    QARŞI – ARXA Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın (M.Müşfiq); Qız arxası üstə uzanıb kitab oxuyurdu (N

    Полностью »
  • QART

    QART – CAVAN Ağır yaralanmış o qart canavar, qəzəblə sıçrayır hey üstümüzə (S.Vurğun); Yaxın gəlin, cavan oğlan (S

    Полностью »
  • QARTLAŞMAQ

    QARTLAŞMAQ – CAVANLAŞMAQ Bu sürünün keşiyini çəkən toplan artıq qartlaşmışdı. Qocaların da könlündən cavanlaşmaq keçir

    Полностью »
  • QARTLIQ

    QARTLIQ – CAVANLIQ İtin qartlığı çox pis olur. Kamalın cavanlığına baxma, tanınmış neftçidir (S.Qədirzadə)

    Полностью »
  • QASIRĞA

    QASIRĞA – BÜRKÜ Pozmamışdır vüqarını nə qasırğa, nə tufan (S.Rüstəm); Axşam qaranlığı düşdüyünə baxmayaraq, hava hələ bürkü idi (S

    Полностью »
  • QASIRĞALI

    QASIRĞALI – BÜRKÜLÜ Dəniz qasırğalı, dəniz əsəbi; Dağ kimi dalğalar verib əl-ələ (O.Sarıvəlli); Bürkülü iyun günlərinin birini Murad Kür qırağındakı s

    Полностью »
  • QAŞQABAQ

    QAŞQABAQ – ÜZÜGÜLƏR Xudayar bəy qaşqabaq ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi üzügülər qarşıladı

    Полностью »
  • QATI

    QATI – DURU Elə et ki, sıyıq qatı yox, duru olsun (“Azərbaycan qadını”). QATI – RƏHMLİ Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da, haqqım var mə

    Полностью »
  • QATILAŞMAQ

    QATILAŞMAQ – DURULMAQ Az sonra ehtiyat çəninə axan maye qatılaşmağa başladı (Ə.Vəliyev); Qatı maye su qarışdıqca duruldu (Ə

    Полностью »
  • QATILMAQ

    QATILMAQ – DURULMAQ Elə bil birdən-birə onun qanı qatıldı (“Ulduz”); Öpdüm dönə-dönə, sinəmə basdım; Elə bil duruldu ürəyimdə qan (S

    Полностью »
  • QATIŞDIRMAQ

    QATIŞDIRMAQ – FƏRQLƏNDİRMƏK Zalım oğlu aləmi bir-birinə qatıb, fikirlərin hamısını bir-biri ilə qatışdırıb ki, indi gəl sən, onları bir-birindən fərql

    Полностью »
  • QATİL

    QATİL – GÜNAHSIZ Meşədə, dağda, güd, qanlı qatili güd (S.Rüstəm); Zavallı qadın nahaqdan üç il günahsız müqəssir olmuşdur (S

    Полностью »
  • QATİLLİK

    QATİLLİK – GÜNAHSIZLIQ Onun boynuna üç təqsir sarınmışdı: saxtakarlıq, israfçılıq və qatillik (S.Rəhimov); Günahsızlığı onu bu dəfə o qovğadan xilas e

    Полностью »
  • QATLAMAQ

    QATLAMAQ – AÇMAQ Asya süfrənin ucunu qatladı (Mir Cəlal); Bir enlikürək, boy-buxunlu oğlan iclası açdı, danışdı (Mir Cəlal)

    Полностью »
  • QATMAQ

    QATMAQ – AYIRMAQ Gözəldir, günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq (M.Müşfiq); Ayırdı məndən o məhruyi biməqam fələk (S

    Полностью »
  • QAYDA-QANUN

    QAYDA-QANUN – HƏRC-MƏRCLİK Qayda-qanun bilmirdi, basıb yeyirdi (M.İbrahimov); Aranı qarışdırmaq, hərc-mərclik törətmək, dünyanı alt-üst etməkdən başqa

    Полностью »
  • QAYDALI

    QAYDALI – SƏLİQƏSİZ Bunun oynamağı gözəl və qaydalı idi (S.S.Axundov); Mariana ürəyində bu səliqəsiz arvaddan şikayətlənərək əl-üzünü yumağa getdi (S

    Полностью »
  • QAYDASIZ

    QAYDASIZ – SƏLİQƏLİ Təcrübədən bilirik ki, məhsulun qaydasız yığılması kolxoza böyük zərər vurur (V.Əliyev); O da təmiz və səliqəli geyinmişdi (M

    Полностью »
  • QAYIDIŞ

    QAYIDIŞ – GEDİŞ Müharibə vaxtı Bakıya gəlmişsiniz? İlk qayıdışımdır (Mir Cəlal); Gedişi köksümə çökür odlu dağ; Görüşü qəlbimdə yandırır çıraq (A

    Полностью »
  • QAYITMAQ

    QAYITMAQ – GETMƏK Məryəm səhər gedir, axşam qayıdırdı (M.İbrahimov)

    Полностью »
  • QAYNAMAQ

    QAYNAMAQ – QURUMAQ Buradan mən görürəm çeşmələri qaynamaqda (A.Səhhət); Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub (C

    Полностью »
  • QAYNAR

    QAYNAR – SOYUQ Əsən yellər ətir saçır bizim qaynar çöllərə (S.Vurğun); Soyuq uşağın əl və ayaq barmaqlarının ucunu ilan kimi sancırdı (A

    Полностью »
  • QAYNARLIQ

    QAYNARLIQ – SOYUQLUQ Su qaynarlıq həddinə çatıbdır. Suyun soyuqluğu bədənini, qollarını gizildətdi (M

    Полностью »
  • QAZANC

    QAZANC – ZİYAN Ziyanın yarısından qayıtmaq da qazancdır (Ata. sözü)

    Полностью »
  • QAZANCLI

    QAZANCLI – ZƏRƏRLİ Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam (M.F.Axundzadə); Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim za

    Полностью »
  • QAZANCSIZ

    QAZANCSIZ – ZƏRƏRSİZ İş xoşuma gəlir, amma qazancsızdır. Bu vasitə ilə onu özü üçün zərərsiz bir hala sala bilərdi (S

    Полностью »
  • QAZANMAQ

    QAZANMAQ – XƏRCLƏMƏK Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın (C

    Полностью »
  • QAZMAQ

    QAZMAQ – DOLDURMAQ Onları vazaya doldurub stolun üstünə qoyar, hər gün sularını dəyişər... (M.İbrahimov); Bu saat dənizdə ən dərin buruq harada qazılı

    Полностью »
  • QEYB

    QEYB – ZÜHUR Gülüşün gülər üzündəki sevinc qeybə çəkildi (Ə.Vəliyev); Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir (C

    Полностью »
  • QEYRƏTLİ

    QEYRƏTLİ – RƏZİL Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi (Çəmənzəminli); Haramzada!

    Полностью »
  • QEYRƏTSİZ

    QEYRƏTSİZ – ŞƏRƏFLİ Qeyrətsizə haram olsun bu torpağın çörəyi (S.Rüstəm); Şərəfli bir ömrün sonuna bir bax! (S

    Полностью »
  • QEYZ

    QEYZ – MƏRHƏMƏT Mən qeyzimdən əsirdim (S.Qədirzadə); Bəli, mən ondan mərhəmət ummaqda səhv eləməmişəm (S

    Полностью »
  • QEYZLƏNMƏK

    QEYZLƏNMƏK – SAKİTLƏŞMƏK Kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar edir (Ə

    Полностью »
  • QEYZLİ

    QEYZLİ – SAKİTCƏ Kassiri qeyzli çağırıb buyurdu ki, “komandir”ə on manat versin (Ə.Haqverdiyev); Gözünü ondan çəkmədən telefondakına qulaq asıb sakitc

    Полностью »