TƏPƏRLİ – TƏNBƏL Rüstəm kişi təpərli adam idi (M.İbrahimov); Tənbəl qızdır, işləməklə, oxumaqla arası yoxdur (“Azərbaycan”)
TƏPİMƏK – YAŞLAMAQ Onun dodaqları təpimişdi (İ.Şıxlı); Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşladı, yenə danışmağa başladı (A
TƏR – KÖHNƏ Üfüqdə qızaran tər çiçəklər; Sənəmi çox gördü tale, mənəmi? (H.Hüseynzadə); Köhnə, bozarmış şalvar geymişdi (S
TƏRBİYƏLİ – ƏXLAQSIZ Bilqeyis olduqca mehriban və tərbiyəli bir qız idi (A.Şaiq); Yalan danışma, əxlaqsız (S
TƏRBİYƏSİZ – ƏDƏBLİ Borcumuzdur, Vətən hər sahədə əmr etsə bizə; Qoymayın tərbiyəsiz kimsəni, hədyan oxusun! (Ə
TƏRBİYƏSİZLİK – MƏDƏNİLİK Uşaqlarımızın tərbiyəsizliyinə ağlamaq lazımdır (Ə.Haqverdiyev); Həddindən artıq mədənilik göstərirdi
TƏRƏFDAR – ƏLEYHDAR Namizədin tərəfdar və əleyhdarını müəyyən etmək üçün komissiya ayrıldı (“Jurnalist”)
TƏRƏFDARLIQ – ƏLEYHDARLIQ Dünən xəlifə tərəfdarlığı ilə xoşbəxt hesab edilənlər, bu gündən dünyanın ən bədbəxt adamlarıdır (M
TƏRGİTMƏK – ALIŞMAQ Müxtəlif vasitələrə əl atdım, birtəhər idarənin yolunu ona tərgitdirdim (İ.Fərzəliyev); Xeyr, Həlimə xanım, mən həmişə gördüyümü d
TƏRİF – SÖYÜŞ Həmişə də tərifinizi eşidib sevinirəm (S.Qədirzadə); Söyüşdür hər zaman bizim payımız (S
TƏRİFLƏMƏK – ACIQLANMAQ Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi (İ.Fərzəliyev); Sənə kimsə acıqlanmaz, Sevil (C
TƏRİFLİ – DANLAQLI İndi gördünmü tərifli atan nə iş tutub? (İ.Şıxlı); Danlaqlı üzünü görmə, ondan hər dəqiqə söyüş eşitmək olar (“Azərbaycan”)
TƏRPƏNİŞ – SÜSTLÜK Onun üz-gözündən tərpəniş yox, süstlük görünürdü
TƏRPƏŞMƏK – SÜSTLƏŞMƏK Başı açıq idi, uzun, qara hörükləri ayrıca bir canlı kimi gərdənində yumşaq-yumşaq tərpəşirdi (M
TƏRS – AVAND Çalış ki, tərs yerindən yox, avand yerindən tutasan (M.İbrahimov). TƏRS – DÜZ Tərs adamdır, amma düz adamdır (M
TƏRSİNƏ – DÜZÜNƏ Ancaq indi işlər tərsinə dönmüşdür (İ.Şıxlı); Düzünə baxsan, anam toyuq-cücə sevmir (M
TƏRSLİK – DÜZLÜK İşin tərsliyindən yolun yarısında maral büdrəyib qıçını sındırdı (S.Sərxanlı); Düzlükdə mahalda ona tay tapılmaz (M
TƏRTƏMİZ – ÇİRKLİ Həyəti elə süpürürəm ki, ayna kimi tərtəmiz (M.Hüseyn); Məktub çox çirkli idi (Ə.Vəliyev)
TƏSADÜF – ZƏRURƏT Gör nə xoş təsadüfdür (S.Vəliyev); Zərurəti dərk etməyincə; Gedirik, gedəcəyik; darısqallıqdan keçə-keçə (R
TƏSDİQ – İNKAR Şəhadət haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə Allah-taalaya veri
TƏŞVİŞ – RAHATLIQ Sifətində dərhal təşviş ifadəsi göründü... (S.Vəliyev); Vəziyyət yaxşıdır, rahatlıqdır (S
TƏVAZÖKAR – LOVĞA O çox az danışan və təvazökar adamdı (S.Vəliyev); Elə buna görə də bəzən lovğa, özündən razı, qeyri-səmimi şəxslər böyük vəzifə tutu
TƏVAZÖKARLIQ – LOVĞALIQ Təvazökarlığına söz ola bilməz (Anar); Bu lovğalıq pambıq yığımı və tədarükü vaxtı özünü daha aydın göstərdi (Ə
TƏZADLI – AYDIN Beləcə təzadlı fikirlər və xoş xəyallarla irəlilədikcə üfüqlər qovuşurdu (M.İbrahimov); Hava aydın, göyün üzü açıq idi (M
TƏZƏ – NİMDAŞ Təzə paltar bir ay da; Dönməz idi əynində (İ.Tapdıq); Kimi içi yun isti çəkmələrdə, kimi nimdaş keçə ayaqqabılarda idi (M
TİKİLİ – SÖKÜK Köynəyin tikili qoluna, sökük çiyninə bax, nəticə çıxart (“Ulduz”)
TİKİLMƏK – SÖKÜLMƏK O hisli daxmacıq söküldü bu gün (S.Vurğun); İclas üçün kənddə klub tikilir (Ə.Vəliyev)
TİTRƏK – SAKİT Qızlarına söyləyirdi, titrək, boğuq bir səslə (R.Rüstəm); Sakit bir avazla oxumağa başladı
TİTRƏMƏ – QIZIŞMA Həkimin bədəninə titrəmə düşdü (Ə.Haqverdiyev); Canına qızışma gəldi (M.Hüseyn)
TİTRƏMƏK – İSİNMƏK Əziz söhbət zamanı gördü ki, Gülsabah titrəyir (Ə.Vəliyev); İçəri keçdi, peçin yanında oturdu, isindi (“Ulduz”)
TOX – AC Biri acdır, biz toxuq (M.Talıbov)
TOXLUQ – ACLIQ Aclıq insanı hər şeyə məcbur edir (Çəmənzəminli); Toxluq mənim təxəyyülümü hərəkətə gətirdi (M
TOXTAQ – TƏNTİK Özünü toxtaq saxla, budur, camaat qayıdır (Ə.Haqverdiyev); O təntik vəziyyətdə içəri keçdi (H
TOXTAMAQ – KARIXMAQ Amma ürəyim yenə də toxtamır (Ə.Haqverdiyev); Səriyyə əvvəl karıxdı, sonra özünü ələ aldı (Ə
TOPA – DAĞINIQ O yanda dağlar; bulud topası kimi; ağappaq (R.Rza); Yumşaq gecələr, dağınıq saçlar; geridə qaldı (R
TOPLAMAQ – DAĞITMAQ Qarışqalar özlərinə yem toplayırlar, dəcəl uşaqlar gəlib dağıtdılar
TOPLAŞMAQ – DAĞILIŞMAQ Di gəl toplaşaq o çəmənzara; Ozanlar səs salsın uzaq dağlara (S.Vurğun); Gecədən bir xeyli keçmiş onlar dağılışdılar (“Azərbayc
TOPLU – DAĞINIQ Sabirin əsərləri əsrə yaxın bir müddət ərzində toplu şəkildə ana dilimizdə dəfələrlə çap olunmuş, rus, fars və digər xalqların dilləri
TORAN – DAN Toran qovuşurdu... (M.Süleymanov); Qəlbində hər çinlinin gün doğar, dan sökülər (S.Rüstəm)
TOTUŞ – ARIQ İlanboğan vaxtındır; O totuş əllərinlə; Boğ dəmir lülələri; Bu əfi “güllələri”; Ehtiyatlı ol; Qurbanın olum!
TOY – XEYRAT Toy mənim, xeyrat babamın (Ata. sözü). TOY – VAY Toy gününü qoyub, vay gününü oynayır (Ata
TOYLUQ – YASLIQ Toyluq qoçlar xınalandı, qulplu qazanlar asıldı (M.Süleymanov); Yaslı paltarını artıq atmışdır (“Azərbaycan”)
TOYSUZ – VAYSIZ Toysuz ev tapılar, vaysız ev tapılmaz (Ata. sözü)
TOZANAQLI – TƏMİZ Xəzrini xoşlamıram; yaman hay-küylü, tozanaqlıdır (R.Rza); Həyət-baca təmiz və səliqəli idi
TOZLAMAQ – TƏMİZLƏMƏK Tozlama həyəti, su səp, süpür (“Ulduz”); Külək elektrik silgəci kimi, bir anda təmizlədi dünyanın tavanını (R
TOZLU – AYDIN Küləkli və tozlu bir payız axşamında Qumru ağlayır (Mir Cəlal); Aydın bir yaz səhərində durub yola baxırdı
TÖHMƏT – MÜKAFAT Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardı (M.İbrahimov); Sən onların yerini mənə de, çox böyük mükafat alarsan (M
TÖKMƏK – DOLDURMAQ Gəlin, tökün, bu daşı ətəyinizdən yerə (S.Rüstəm); Şirəli, mollanın piyaləsini doldur (S
TÖKÜLMƏK – DOLMAQ Sel kimi töküldü göydən yağışlar (S.Vurğun); Həmin bu otağımız qonaq ilə doludu (S
TÖRƏMƏ – İLKİN Bağır Dədə palıdı bu meşənin ulu əcdadı hesab eləyirdi, fikirləşirdi ki, bu meşənin bütün ağacları Dədə palıdın törəmələridi