QİYABİ – ƏYANİ “Satım, satmayım...” deyən miyanə satqınları; Qiyabi satqınları, əyani satqınları (X.Rza)
QİYAMƏT – PİS Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pis iş tut, nə də pis söz eşit (M
QOCA – CAVAN Qocanın biliyi, cavanın biləyi (Ata. sözü)
QOCALI – CAVANLI Uzaqlar, yaxınlar döydü qapını; Qocalı, cavanlı düşdükcə bəndə (H.Hüseynzadə)
QOCAMAN – BALACA Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S
QOÇAQ – QORXAQ Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandığım adamları utandırmaq üçün kartof-soğan soymağa mətbəxə
QOÇAQLAŞMAQ – TƏNBƏLLƏŞMƏK Kamran yaman qoçaqlaşıb (Ə.Vəliyev); Traktorçu son vaxtlar yaman işdən soyuyub, yaman tənbəlləşmişdir (“Ulduz”)
QOÇAQLIQ – TƏNBƏLLİK Cahanın qoçaqlığını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə tə
QOÇU – FAĞIR Qoçular, quldurlar qatar taxardı; Fağır-füqaraya yan-yan baxardı (Aşıq Ələsgər)
QOÇULUQ – FAĞIRLIQ Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri (N
QOHUM – YAD Hazırda mən öz qohumlarım və elim ilə bərabər cəbhəyə gedirəm (M.S.Ordubadi); Azad yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ay
QOHUMLAŞMAQ – YADLAŞMAQ Mən özümü çox xoşbəxt hesab edirəm ki, sənin ilə qohumlaşmaq mümkün olaydı (S
QOHUMLUQ – YADLIQ Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış (C.Məmmədquluzadə); Yadlığı yadına düşüb qəhərləndi
QOXU – ƏTİR Bu rütubət və üfunət qoxusu oradan gəlirdi (M.Rzaquluzadə); Hər tərəfə ətir səpilmişdi (Mir Cəlal)
QOXULU – ƏTİRLİ Ətrafdakı qoxulu bataqlıq məni o qədər də bürüməmişdir ki, ondan xilas olub çıxa bilməyim (Ə
QOLÇOMAQ – KƏNDLİ Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama salındı (B
QONDARMA – TƏBİİ Sonra qondarma bir qəhqəhə çəkib bərkdən güldü (S.Qədirzadə); Təbiidir ki, öz oğluna da hisslər və duyğular aşılamağa çalışmış
QONDARMAQ – DAĞITMAQ Naşı bənna qondarıbdı novdanı, xalq neyləsin? (M.Möcüz); Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri dağıtm
QONUŞMAQ – SUSMAQ Gəl yanıma, sənin ilə qonuşaq; Könlümüzün istəyəni danışaq (H.K.Sanılı); Yaylım atəşi susmaq bilmir, yerə-göyə meydan oxunurdu (S
QOPMAQ – YAPIŞMAQ Kolun budağı ayının gücünə davam etməyib qopdu (S.S.Axundov); Tez əyilib mili yerdən götürdü və arvadına verdi, sonra onun yarıçılpa
QORXAQ – İGİD Ürkək, qorxaq qız uşağı yırtıcının qabağında dura bilmədi (M.İbrahimov); Dəli igiddir, əlindən xata çıxa bilər (Ə
QORXAQLAŞMAQ – İGİDLƏŞMƏK Bayram son vaxtlar yaman qorxaq olub, nədənsə qorxaqlaşıb. Əzəldən qoçaq idi
QORXAQLIQ – İGİDLİK Cəbhədə top gülləsindən baş götürüb qaçmaq qorxaqlıq deyil, cənab zabit, igidlikdir! (S
QORXMAQ – ÜRƏKLƏNMƏK Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? (N.Nərimanov); Baloğlan Qədirov pulun tapılmadığını görüb ürəkləndi (C
QORXMAZ – AĞCİYƏR Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş (A.Şaiq); Adam bu qədər ağciyər olmaz (S
QORXMAZLIQ – AĞCİYƏRLİK Əmirin üsuli-idarəsinə qarşı bir düşmən kimi hücum edən şair öz böyüklüyünü və qorxmazlığını ziyarətdə onların hamısına göstər
QORXU – SEVİNC Bunu hiss etmiş kimi Mələyin ürəyinə bir qorxu çökdü (M.İbrahimov); Gözlərinə səadətə oxşar bir sevincin işığı düşdü (M
QORXUSUZ – CƏSARƏTSİZ Qorxusuz keçib gedir qüdrətli dağ qartalı (R.Rza); Müdirin iri gövdəsinə baxmayaraq, boş adamdı, cəsarətsizdi (S
QOŞA – TƏK Onlar qoşa durdular (Ə.Vəliyev); Sarışın səngərdə tək qaldı (S.Qədirzadə). QOŞA – TƏKBƏTƏK Ceyranlar qoşa gedər; Gözlə, ox boşa gedər; Yar
QOŞALAMAQ – TƏKLƏMƏK Zeyğəm isə əllərini qoşalayıb çırtıq çalırdı (S.Rəhimov); Kamilə gəlinciyini o biri oyuncaqlarından seçib təklədi
QOŞALAŞMAQ – TƏKLƏŞMƏK Atlar qoşalaşdı (İ.Şıxlı); Axsaq qoyun sürüdən aralanıb təkləndi
QOŞALIQ – TƏKLİK Qoşalıq anaya sevinc gətirdi. Təklik, kimsəsizlik onun da qəlbini sıxmırmı? (S.Qədirzadə)
QOŞMAQ – AÇMAQ Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A
QOŞULMAQ – AYRILMAQ Mən də “Qardaşlar” birliyinə qoşuldum (Ə.Məmmədxanlı); Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatd
QOVĞA – ASAYİŞ Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax (Heyran xanım); Şəhərdə asayiş və əmniyyəti pozmaq
QOVUŞDURMAQ – AYIRMAQ Muğanlı Səfərəli qızını sevgilisinə qovuşdurmadımı? (M.F.Axundzadə); Bəli, Mariananı ondan ayırmağı ancaq sən bacararsan (S
QOVUŞMAQ – AYRILMAQ Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur (S.Rəhimov); Münəvvərin səsinə xəyaldan ayrıldım (S
QRUPLAŞMAQ – BÖLÜŞMƏK Sabirin əsərlərini janra görə qruplaşdırmaq da həmişə müəyyən çətinliklər törədir (M
QUBAR – SEVİNC Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar (C.Cabbarlı); Gözlərində sevinc işartısı vardı (S
QUBARLANMAQ – SEVİNMƏK – Ə, ay Fikrət, adamın ürəyini niyə partladırsan, niyə belə qubarlanırsan? (M
QUBARLI – FƏRƏHLİ Dərdli, qubarlı aşiq; Gəlib görüşür yenə (M.Rahim); Raykom katibi ürəkdən gələn fərəhli bir səslə dedi (Ə
QUCAQLAŞMAQ – ARALANMAQ Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım (C.Cabbarlı); Güləsər ondan aralanıb evlərinə doğru yollandı (İ
QUDUZ – MÜLAYİM Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar. Sərhesab ol (N.Vəzirov); Sadə, mülayim xasiyyətli, ağıllı, tərbiyəli qadın idi (S
QUDUZLAŞMAQ – MÜLAYİMLƏŞMƏK Ana, quduzlaşır həyat, ilbəil; Dalayır puç olan ümidlərimi (B.Vahabzadə); Rövşən oğlunu sərt qarşıladı, sonra mülayimləşdi
QUL – AĞA İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq (C.Məmmədquluzadə); Doğru deyir, ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar
QULDUR – RƏHMLİ İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qolu-zorba quldurlar (M.Rzaquluzadə); Nə üçün onların içərisində rəhmli şəxslər
QULDURLUQ – RƏHMLİLİK Balam, mən saqqalımın bu ağ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz (C
QUNDAQLAMAQ – AÇMAQ Adını Leyla qoyub, qızı qundaqladılar (S.Rüstəm); Uşağın qundağını açdılar
QURAQ – YAĞAR Göy xəsis, yer ondan betər; Quraq yerdə toxum yanar (A.Şaiq); Yağar aylarda yerə şitil basdırmaq çətin olur
QURAQLIQ – YAĞARLIQ Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu (A.Şaiq); Bu hadisə yağarlıqla əlaqədardır (Ə