Диалектологический словарь азербайджанского языка.

  • PALAN

    (Bakı, Salyan) küçə. – Suraxanı palanının tinindəki öyləri uçurdub tıramvay çəkillər (Bakı)

    Полностью »
  • PALANBİZ

    (Xaçmaz) palanduz. – Palanbizi gətir, çüvəlin yırtığın tikim

    Полностью »
  • PALANKAŞ

    (Qax, Zaqatala) aşsüzən. – Düyünü palankaşda süzdüm (Zaqatala)

    Полностью »
  • PALANKEŞ

    (Qax, Zaqatala) bax palankaş. – Düyüdən bir palankeş aş çıxdı (Qax)

    Полностью »
  • PALANKƏŞ

    (Qax, Zaqatala) bax palankaş. – Palankəşi gəti, aşı süzüm (Qax); – Bazardan palankəş aldım (Zaqatala)

    Полностью »
  • PALANNAMAX

    (Qazax) qoyunun qarnının altını və baldırlarını qırxmaq. – Qoçu palanna

    Полностью »
  • PALANTÖKƏN

    I (Ağdam) qoz növü. – Bizdə palantökən var II (Xanlar) dağ yolunda yük heyvanlarının çətin keçdiyi yer, yolun narahat yeri

    Полностью »
  • PALAVAR

    (Basarkeçər) künc daşı (binada). – Öyü tix’məx’çin iki yüz dənə palavar lazımdı

    Полностью »
  • PALAZPARÇA

    (Dərbənd) kiçik palaz

    Полностью »
  • PALDA

    (Şamaxı) nişastadan bişirilmiş yemək. – Ay qız, paldanı doğra

    Полностью »
  • PALDAVA

    (Şamaxı) bax palda. – İş tərs tüşəndə paldava tiş çıxardar

    Полностью »
  • PALDIM

    (Şamaxı) minik heyvanlarında palanın irəli gəlməməsi üçün quşğuna köməkçi qayış. – Paldım ənni qeyişdən olur ki, atın qıçını kəsməsün

    Полностью »
  • PALƏNƏ

    (Bakı) avarçəkənlərin oturması üçün qayığın içində eninə bərkidilmiş taxta. – Diyəsən, palanə yerinnən çıxıb, uni yaxçi-yaxçi vur ki, mö:kəm olsun

    Полностью »
  • PALIMPAS

    (Bakı) aciz

    Полностью »
  • PALPAS

    (Xaçmaz) şındır. – Aldığım ət tamam palpasdı

    Полностью »
  • PALTA

    (Əli Bayramlı) bax palda. – Bu palta çox şirindü

    Полностью »
  • PALTARKESDİ

    (Bakı) ərə gedəcək qız üçün toy paltarı tikilmək münasibətilə keçirilən mərasim, yığıncaq

    Полностью »
  • PALTARKƏSDİ

    (Şamaxı) bax paltarkesdi. – Məni paltarkəsdiyə çağırmışdılar, ordan gəlirəm

    Полностью »
  • PALTAVA

    (Bakı, Kürdəmir) bax palda. – İş tərsə tüşəndə paltava tiş çıxardar (Bakı); – İş dara düşəndə de:llər paltava diş çıxarar (Kürdəmir)

    Полностью »
  • PAMBIXLI

    (Böyük Qarakilsə, Cəbrayıl, Oğuz, Zəngilan) sırıqlı. – Pambıxlı soyuxda giyən şeydi (Oğuz)

    Полностью »
  • PAMIŞ

    (Qax) qoyunun dırnağı

    Полностью »
  • PAMPAX

    (Ağdaş, Borçalı, Çənbərək, Gədəbəy, Gəncə, İsmayıllı, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Tovuz, Zəngilan) bax pampaz

    Полностью »
  • PAMPAXLIX

    (Gəncə) acizlik. – Həsəndə də bir əz pampaxlıx var

    Полностью »
  • PAMPAL

    (Cəbrayıl) ortadan boğması olmayan barama. – İmarat xalagilin pampalı çox çıxdı

    Полностью »
  • PAMPALAX

    (Zaqatala) bacarıqsız

    Полностью »
  • PAMPAZ

    (Sabirabad) bacarıqsız. – Sən nə yaman pampaz adamsan!

    Полностью »
  • PAMPIÇLAMAX

    (Zəngəzur) barmaqlamaq. – Məsmə qatığı pampıçlıyıb yedi

    Полностью »
  • PAMPILAMPIZ

    (Zaqatala) göbələk növü

    Полностью »
  • PANCARA

    (Cənubi Azərbaycan) yabanı bitki adı. – Pancaradan yaxşı tərə olmaz

    Полностью »
  • PANG

    (Quba) alma növü. – Pang qırmızı alma oldığı içün uşağların həvəsi unda çoxdı

    Полностью »
  • PANGGÜL

    (Quba) qızılgül növü. – Bağımızda u qədər panggül var ki, yığub qutarmağ olmır

    Полностью »
  • PANXURMAX

    (Axalsxi) fınxırmaq. – Yorğun at çox panxurur

    Полностью »
  • PAPA

    (Axalsxi) qarğıdalıdan bişirilmiş xörək. – Südsüz papa xoş olmaz

    Полностью »
  • PAPAĞ

    (Salyan) şifer. – Qış düşməmiş öyün papağın vırdırmalıyam

    Полностью »
  • PAPAĞAN

    (Cəbrayıl) quş adı. – Papağan sığırçın kimi quşdu; – Ağajda papağan yuvası var

    Полностью »
  • PAPAĞGÖTDİQAÇ

    (Lənkəran, Salyan) uşaq oyunu adı. – Papağgötdiqaç oynıyağ, ama papağı cırmıyağ (Lənkəran)

    Полностью »
  • PAPAX

    I (Ordubad) dirək ilə pərdinin arasına qoyulan taxta parça II (Cəbrayıl, Çənbərək) neft lampasında şüşənin geydirildiyi hissə, qoza

    Полностью »
  • PAPAXLAMMAX

    (Çənbərək) irilənmək. – Qartop yaxıcca papaxlanıf

    Полностью »
  • PAPAQQABAĞI

    (Ağdam, Bərdə) qadınların başlarına qoyduqları qızıl və ya gümüş pullu bəzək. – Papaqqabağını cahıl gəlinnər qo:ardı (Bərdə)

    Полностью »
  • PAPA:LDIQAÇ

    (Ağdam, Ağcabədi, Ağdərə, Cəbrayıl) uşaq oyunu adı. – Papa:ldıqaçda çox uşağ oynuyur (Ağcabədi); – Gəlin, papa:ldıqaç oynuyax (Cəbrayıl)

    Полностью »
  • PAPBABAJI

    (Ucar) bax pabbabacı. –Papbabajı özüyçün yuva düzəldirdi ağaj güyülündə; – Papbabajı xeyirri quşdu, cücüləri yi:r

    Полностью »
  • PAPEY

    papey keçməg: (Yardımlı) fikir, əhəmiyyət vermək. – Papey keçmiyəm, yoxsa sənçün pis olər

    Полностью »
  • PAPIL

    (Lənkəran) kəkil

    Полностью »
  • PAPILLAX

    (Mingəçevir) quşun çinədanı

    Полностью »
  • PAPIRTI

    papırtı salmax: (Göyçay) qovub uzaqlaşdırmaq. – Əyə, niyə to:uğları papırtı salırsan?

    Полностью »
  • PAPIRTIM

    papırtım salmax: (Ucar) nəzərdən salmaq, yersiz təhqir etmək. – Əhməd arvadını papırtım salıp

    Полностью »
  • PAPIRTMA

    (Gəncə, Zərdab) doğramac. – Yayda papırtma yaxşıdı (Zərdab)

    Полностью »
  • PAPOY

    papoy olmağ: (Salyan) bax papey keçməg. – Papoy olmasan uşağ sua duşər

    Полностью »
  • PAPUŞ

    (Quba) köhnəlmiş corab. – Suna qarının ayağında iki papuş vardı

    Полностью »
  • PARABÖ:ÜR

    (Ağdaş) yarısı xarab olmuş (meyvə). – Parabö:ür güalı yeməli olmaz

    Полностью »