Диалектологический словарь азербайджанского языка.

  • ALXIMA

    (Çənbərək) bax alxım II. – Yer alxımdadı deyin su durmur

    Полностью »
  • ALXIT

    (Ağdam, Füzuli, Oğuz, Şəki) ağac nehrə. – Hər alxıt çaxliyəndə əyrən verillər bizə (Şəki)

    Полностью »
  • ALI

    (Şərur) gavalı növü. – Alını aşağıkı ağaşdan yığ

    Полностью »
  • ALICI

    (Qazax, Şəmkir) qov. – Alıcıya su dəyif yanmer (Qazax)

    Полностью »
  • ALIĞ

    (Kürdəmir, Salyan) at, öküz, kəl və başqa heyvanların belinə çəkilən çul, keçə və s

    Полностью »
  • ALIĞLAMAĞ

    (Salyan) çullamaq

    Полностью »
  • ALIX

    (Qazax, Şuşa) bax alığ. – Öküzdərin alığını al, pəyyə sal (Şuşa)

    Полностью »
  • ALIXLAMAX

    (Şuşa) bax alığlamağ. – Hava soyuxdu, öküzləri alıxlamax lazımdı

    Полностью »
  • ALIM

    alımını vermək // alımını ətəyinə bükmək: (Şərur) abır vermək, məzəmmət etmək. – Getdim alımını ətəyinə bük’düm

    Полностью »
  • ALIMÇA

    (Qazax) alça

    Полностью »
  • ALINDIRMAMƏY

    (Cəlilabad) özünü bilməməzliyə vurmaq. – Baxey gennən, o özin saymaməzdigə vırey, özin alındırmey

    Полностью »
  • ALINNIĞ

    (Salyan) alına bağlanan yaylıq, kiçik kəlağayı. – Keçmişdə arvaddar alınnığ bağlardı; – Fatmada iki dənə alınnığ var

    Полностью »
  • ALISIM

    (Meğri) heyvan soyularkən dəri üstündə qalan nazik ət layı. – Sən ət doğramaxdan ol, mən dərinin alısımların söyerəm

    Полностью »
  • ALISIN

    (Gəncə, İmişli, Qazax) payızda bitən ot. – Yazıx Qulu qoyunu alısına saxlıyıf (Gəncə)

    Полностью »
  • ALIŞDIMYANDIM

    (Bakı, Bərdə, Quba) qırmızı yerlikli qiymətli ipək parça adı. – Paltar giyərdig unnan, alışdımyandım diyərdig (Bakı); – Alışdımyandımı dö:lətdilər gey

    Полностью »
  • ALIŞI

    (Qazax, Şəmkir) parlaq, cəlbedici, gözəçarpan. – Alışı tuman vız-vızı, yane:rəm, a dəlləx’ qızı (Qazax); – Qədimlərdə alışı parçalar olardı (Şəmkir)

    Полностью »
  • ALIŞIX

    (Ağdam, Qarakilsə) ocağın gözünə qoyulan quru çör-çöp, yonqar. – Odun yaşdı, ojağın gözünə bir az alışıx qoy yansın (Ağdam)

    Полностью »
  • ALIŞQA

    (Şərur) kibrit

    Полностью »
  • ALIŞQAN

    (Naxçıvan, Ordubad, Şərur, Yevlax) bax alışqa. – Alışqanı gəti, ojağı yandırım (Yevlax); – Alışqannan papruz yandı:rıx, ləmpə yandı:rıx (Şərur)

    Полностью »
  • ALIŞMA

    (Ağdam, Cəbrayıl, Qazax, Şəmkir, Tovuz) bir neçə adamın şərikli (qoyun, mal və s.) müəyyən bir şeyi alıb bölüşməsi

    Полностью »
  • ALIŞMAX

    (Tovuz) dəymək. – Daşı necə atdımsa, düz gediv atın qıyqılısınnan alışdı

    Полностью »
  • ALIŞMALAMAX

    (Çənbərək) şərikli mal alıb kəsmək, bölüşdürmək. – Əhmədin bir cöngəsi vardı, alışmaladıx

    Полностью »
  • ALIŞMALIX

    (Şəmkir) kəsilmək üçün şərikli alınan (heyvan). – Dünən alışmalıx bir qoyun almışdıx, andırı canavar çəpərdən aparıf

    Полностью »
  • ALIVALLATMA

    (Çənbərək) 1. alaq otu. – Güzdüyün alasın çəx’dix’ deyn a:dı içində alıvallatma yoxdu 2. zibil. – Üş put arpa aldıx, elə təmizdi kin, içində alıvallat

    Полностью »
  • ALIZ

    I (Cəbrayıl, Meğri) xəstə. – Əlex’bər bir alız adamdı, nə işx: onnan idişirsəη (Meğri) II (Ağdam) könülsüz

    Полностью »
  • ALIZ-ALIZ

    (Salyan) az-az. – Qoyun xəsdələnib, otu alız-alız ye:r

    Полностью »
  • ALIZDAMAĞ

    (Bakı) qapmaq, qamarlamaq. – Çöldə qu(r)tdar qoyni alızdadı

    Полностью »
  • ALIZDAMAX

    (Meğri) xəstələnmək. – Dədəm üş gündü alızdıyıp

    Полностью »
  • ALIZMAX

    (Bakı, Şamaxı) qarmalamaq, tutmaq. – Gülbala uşağı alızzıyıb (Şamaxı)

    Полностью »
  • ALİ

    (Naxçıvan) albuxara. – Biraz ali gətmişdim

    Полностью »
  • ALQURA

    (Böyük Qarakilsə) hər adi sözdən böyük məna çıxaran

    Полностью »
  • ALLANC

    (Qazax) açıq görünən, gözə tez çarpan yer. – İnəx’lər o allancda otdordular

    Полностью »
  • ALLANCAX

    (Şəki) oyuncaq. – Uşağa bir allancağ alsana

    Полностью »
  • ALLANMAX

    I (Şəki) baş qarışdırmaq; keçinmək. – Də: <daha> nağa:rım, üşaxnan allanıram bir tə:r II (Şəki) qızarmaq (üzə aid)

    Полностью »
  • ALLAŞMAX

    (Zəngibasar) təqib etmək, çəkişmək. – Hey allaşır, heş yole:tmir mənnən

    Полностью »
  • ALMA

    (Zaqatala) arabanın hissəsi

    Полностью »
  • ALMABAŞI

    (Lənkəran) quş adı. – Almabaşı ağajda yuva işdəmişdi

    Полностью »
  • ALMACIL

    (Qazax) balasını tanımayan, əmizdirməyən (qoyun). – Almacıl qoyunun balası ölər

    Полностью »
  • ALMAX

    I (Şəmkir) bitmək, göyərmək, tutmaq. – On dənə şitil basdırmışdım, hamsı alıf II (Qazax) basmaq, tutmaq

    Полностью »
  • ALMALIX

    (Borçalı) yanaq. – Adamda iki almalığ olor

    Полностью »
  • ALMAMAX

    (Qazax) 1. şübhələnmək 2. öz balasını yaxınına qoymamaq (heyvana aid). – Bu düyədən almeram dəlidi, doğanda diyəsən almıyajax balasını

    Полностью »
  • ALMANNAMAX

    (Gəncə) biabır etmək, abrını tökmək. – Böyün Həsəni yaxşıca almannadım

    Полностью »
  • ALMAŞDAMAX

    (Ağdam, Gəncə) yoluşdurmaq. – Arvatdar bir sa:tda zoğalı almaşdadılar (Ağdam)

    Полностью »
  • ALMAZ

    (Bərdə) balasını əmməyə qoymayan (qoyun). – Bu qoyun almazdı

    Полностью »
  • ALNİYAL

    (Qax) fikri dağınıq

    Полностью »
  • ALO:XAR

    (İmişli) acgöz, çoxyeyən. – Bizin inəg alo:xardı, yem çatdırmağ olmır

    Полностью »
  • ALOŞ

    (Şəmkir) ala-tala, adda-budda olan, qeyri-müntəzəm. – Yer aloş qalıf

    Полностью »
  • ALPOTUN

    (Şəmkir) acgöz, çoxyeyən. – Alpotun kimi yi:rsəη

    Полностью »
  • ALSINNAMAX

    (Zəngibasar) cana gəlmək, inkişaf etmək. – Də:sən bamador şitilləri alsınnanır, xarab olmuyacax

    Полностью »
  • ALTDANYUXARI

    (Cəlilabad, Salyan) tavan. – Bizzə altdanyuxarı alçağ olar, şə:rdə hündür; – Altdanyuxarı taxdadan olır (Salyan)

    Полностью »