Толковый словарь азербайджанского языка

  • FONÉM

    [yun. phonema – səs] dilç. Hər hansı bir dilin (və ya dialektin) söz və ya morfeminin mənasını fərqləndirmək vasitəsi sayılan danışıq səsi

    Полностью »
  • FONENDOSKÓP

    [yun. phone – səs, endon – daxilə və skopeo – baxıram] Ürək və ciyərlərə qulaq asmaq üçün stetoskopdan daha mükəmməl tibb aləti

    Полностью »
  • FONETİ́K

    sif. 1. Fonetikaya aid. Fonetik transkripsiya. Fonetik qanunlar. 2. İnsan nitqinə, onun səs quruluşuna aid olan

    Полностью »
  • FONÉTİKA

    [yun. phonetike – səsə aid] 1. Dilin səs quruluşu, səs tərkibi. Azərbaycan dilinin fonetikası. 2. Dilçiliyin, dilin səs tərkibini öyrənən bəhsi

    Полностью »
  • FONETİ́ST

    [yun.] Fonetika mütəxəssisi

    Полностью »
  • FONÓQRAF

    [yun. phone – səs və grapho – yazıram] Səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan. Qrammofon və patefon da fonoqraf əsasında yaradılmışdı

    Полностью »
  • FONOQRÁM

    [yun. phone – səs və gramma – yazı] xüs. Plastinka, lent, plyonka və s.-yə keçirilmiş hər hansı səs yazısı

    Полностью »
  • FONOLÓGİYA

    [yun. phone – səs və logos – elm] Fonetikanın, dildəki fonemlərin sistemini və onların dəyişməsini öyrənən bəhsi

    Полностью »
  • FONOLOJİ

    sif. Fonologiyaya aid. Fonoloji tədqiqat. Fonoloji sistem (fonemlər sistemi)

    Полностью »
  • FONÓMETR

    [yun. phone – səs və metreo] Səsin gücünü ölçmək üçün alət, fonometrik cihaz

    Полностью »
  • FONOMETRİ́K

    sif. Fonometriyaya aid. Fonometrik tədqiqat. □ Fonometrik cihaz – bax fonometr

    Полностью »
  • FONOSKÓP

    [yun. phone – səs və skopeo – baxıram] Nitqin fonetik xüsusiyyətlərini və danışarkən dodaqların, üz əzələlərinin hərəkətini öyrənmək üçün cihaz

    Полностью »
  • FONOTÉKA

    [yun. phone – səs və theke – saxlanılan yer, anbar] Fonoqramların, səs yazılarının toplusu, arxivi. Tədris fonotekaları

    Полностью »
  • FONTÁN

    [ital. fontana, əsli lat. fons – bulaq] bax fəvvarə. Fontan armaturu. Fontan üsulu ilə neftçıxarma

    Полностью »
  • FÓRİNT

    is. Macarıstanda pul vahidi

    Полностью »
  • FÓRMA

    [lat. forma] 1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. – Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına

    Полностью »
  • FORMÁL

    sif. 1. Rəsmi, qanuni formaya uyğun olan. Formal sübut. Formal təsir. 2. Yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsm

    Полностью »
  • FORMALI

    sif. Müəyyən formada tikilmiş, müəyyən formada olan (bax forma 6-cı mənada). Formalı geyim. // Belə paltar geyinmiş

    Полностью »
  • FORMALİ́N

    [lat. formica – qarışqa] Kəskin boğucu iyi olan dezinfeksiya maddəsi. Formalin iyi

    Полностью »
  • FORMALİ́ST

    [lat.] 1. İşin mahiyyətinin zərərinə olaraq bir şeyə formal münasibət bəsləyən adam; rəsmiyyətçi. 2. Formalizm tərəfdarı (bax formalizm 2-ci mənada)

    Полностью »
  • FORMALİ́ZM

    [lat.] 1. İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmə; bir şeyə ciddi formal münasibət; rəsmiyyət, rəsmiyyətçilik

    Полностью »
  • FORMASIZ

    sif. 1. Müəyyən forması, şəkli olmayan. 2. Forması (6-cı mənada) olmayan, forma geyməmiş. Formasız əsgər

    Полностью »
  • FORMÁSİYA

    [lat. formatio – təşəkkül, növ] kit. Bir şeyin inkişafında müəyyən pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf mərhələsinə xas olan tip; quruluş

    Полностью »
  • FORMÁT

    [alm.] 1. Kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Böyük format. Kiçik format. Kiçik formatda fotoşəkil

    Полностью »
  • FÓRMUL

    [lat. formula – forma, qayda] Düstur. Sərgidə çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır

    Полностью »
  • FORMULYÁR

    [alm.] 1. xüs. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s

    Полностью »
  • FORS

    [fr. force – güc, əhəmiyyət] İddia, təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:] Bu nə forsdur, ay Nabat xanım? S

    Полностью »
  • FORSLANMA

    “Forslanmaq”dan f.is

    Полностью »
  • FORSLANMAQ

    f. Fors etmək, lovğalanmaq, təkəbbür satmaq, təşəxxüs satmaq, təşəxxüslənmək. [Tahir:] Deməsinlər ki, Tahir forslanıb bizi saymadı

    Полностью »
  • FORSLU

    sif. Fors edən; lovğa, təkəbbürlü, təşəxxüslü. Forslu qadın. – Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş

    Полностью »
  • FORSUNKÁ

    [ing. force-pump – basıcı nasos] Maye və ya tozşəkilli maddələri, başlıca olaraq maye halında olan yanacağı tozlandırmaq üçün cihaz, alət

    Полностью »
  • FORT

    is. Qala tikililərinin tərkib hissəsi. Açıq və qapalı tipli fortlar olur

    Полностью »
  • FORTEPİÁNO

    [ital.] Zərbli-dilli simli musiqi aləti. Fortepiano konserti. Fortepiano çalmaq. – Kamera musiqisində görkəmli yer tutan janrlardan biri də fortepiano

    Полностью »
  • FORTOÇKÁ

    [rus.] dan. Otağın havasını dəyişmək üçün pəncərədə düzəldilən qapıcıq, nəfəslik. Fortoçkanı bağlamaq

    Полностью »
  • FÓRUM

    [lat.] 1. tar. Qədim Romada: şəhərin ictimai həyatının mərkəzləşdiyi yer; meydan. İmperiya dövründə forumların sayı artmışdı

    Полностью »
  • FOSFÁT

    [yun.] kim. Gübrə kimi, habelə texnikada, tibdə işlədilən fosfor turşusu duzu. Polimer fosfatların xassələri

    Полностью »
  • FÓSFOR

    [yun. phos, phoros – işıqsaçan] Bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda iş

    Полностью »
  • FOSFORİ́T

    [yunancadan] Fosfat maddəsi ilə zənginləşmiş süxur (qumdaşı, əhəngdaşı və s.)

    Полностью »
  • FOSFORLU

    sif. Tərkibində fosfor olan. Fosforlu çuqun

    Полностью »
  • FOSGÉN

    [yun. phos – rəng və genos – mənşə] kim. Nəfəs orqanlarına bərk təsir edən, xlorla karbon oksidinin birləşməsindən alınan zəhərli rəngsiz boğucu qaz

    Полностью »
  • FOTO...

    [yun. phos, photos – işıq] İşıq, işıq şüaları vasitəsilə işləyən, görülən, ya işıqdan törəyən mənasında olan, yaxud da fotoqrafiyaya aidliyi bildirən

    Полностью »
  • FOTO

    [yun. phos – işıq] bax fotoqrafiya 2-ci mənada. Rəngli foto

    Полностью »
  • FOTOAPARÁT

    [yun. phos və lat. apparatus] Fotoqrafiya aparatı. Yeni markalı fotoaparat. – İmamzadə fotoqrafı görmədikdə tez divardan asılmış fotoaparatı götürdü

    Полностью »
  • FOTOATELYÉ

    [yun. phos və fr. atelier] İri fotoqrafiya emalatxanası. Fotoatelyedə şəkil çəkdirmək

    Полностью »
  • FOTOBÓMBA

    [yun. phos və fr. bomba] Gecə havadan şəkil çəkərkən istifadə olunan təyyarə bombası

    Полностью »
  • FOTOBÖYÜDÜCÜ

    is. Surəti çıxarılarkən fotoşəkilləri böyüdən proyeksiya aparatı. Şaquli fotoböyüdücü

    Полностью »
  • FOTOELEMÉNT

    [yun. phos – işıq və lat. elementum – ünsür] İşıq enerjisini elektrik enerjisinə çevirən cihaz. Fotoelementin optimal iş rejimi

    Полностью »
  • FOTOGENİ́K

    sif. [yun.] Fotoqrafiyada və ya kinoekranda əks etdirilmək üçün yararlı, münasib olan, fotoda yaxşı çıxan

    Полностью »
  • FOTOHƏVƏSKAR

    [yun. phos, ər. həvəs və fars. …kar] bax fotosevər. Fotohəvəskarlar klubu

    Полностью »
  • FOTOXRÓMİYA

    [yun.] Şeyin təbii rənglərini əks etdirən rəngli fotoqrafiya

    Полностью »