[ing.] Sürətlə oynanılan dördgedişli rəqs və həmin rəqsin musiqisi. Fokstrot oynamaq. – Orkestrin çaldığı fokstrot gur səslə ətrafa yayılırdı
[alm. canlı dildə “foks”] bax gözbağlıca. Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər
[lat. focus – mənbə] 1. fiz. Sınmış və ya əks etmiş şüaların kəsişdiyi nöqtə. Hər optik sistemin iki fokusu olur
is. Fokus göstərən artist (bax fokus2). // məc. Hoqqabaz, oyunbaz
“Fokuslamaq”dan f.is
f. 1. fiz. Şüaları fokusda birləşdirmək, bir nöqtəyə yığmaq (bax fokus1 1-ci mənada). Şüaları fokuslamaq
is. [ing. folklore – xalq müdrikliyi] 1. Şifahi xalq yaradıcılığı. Musiqi folkloru. Folkloru tədqiq etmək
is. Folklor mütəxəssisi; folklorşünas. Folklorçu alim. – Zərdabi özü fədakar folklorçulardan biri kimi məşhurdur
is. 1. Folklor haqqında elm. 2. Folklorçunun sənəti, peşəsi, ixtisası. Folklorçuluqla məşğul olmaq
bax folklorçu
bax folklorçuluq. Romantizmin inkişafı folklorşünaslığın yaranmasına təkan verdi
[fr. fond – zəmin, əsas] 1. Üzərində şəkil çəkilən, naxış salınan əsas rəng; zəmin, ton. Açıq fon. Şəkil mənzərəli bir fonda çəkilmişdir
[fr.] 1. Hər hansı məqsəd üçün ayrılan pul və ya maddi vəsait. Valyuta fondu. Əmək haqqı fondu. Nobel fondu
[yun. phonema – səs] dilç. Hər hansı bir dilin (və ya dialektin) söz və ya morfeminin mənasını fərqləndirmək vasitəsi sayılan danışıq səsi
[yun. phone – səs, endon – daxilə və skopeo – baxıram] Ürək və ciyərlərə qulaq asmaq üçün stetoskopdan daha mükəmməl tibb aləti
sif. 1. Fonetikaya aid. Fonetik transkripsiya. Fonetik qanunlar. 2. İnsan nitqinə, onun səs quruluşuna aid olan
[yun. phonetike – səsə aid] 1. Dilin səs quruluşu, səs tərkibi. Azərbaycan dilinin fonetikası. 2. Dilçiliyin, dilin səs tərkibini öyrənən bəhsi
[yun.] Fonetika mütəxəssisi
[yun. phone – səs və grapho – yazıram] Səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan. Qrammofon və patefon da fonoqraf əsasında yaradılmışdı
[yun. phone – səs və gramma – yazı] xüs. Plastinka, lent, plyonka və s.-yə keçirilmiş hər hansı səs yazısı
[yun. phone – səs və logos – elm] Fonetikanın, dildəki fonemlərin sistemini və onların dəyişməsini öyrənən bəhsi
sif. Fonologiyaya aid. Fonoloji tədqiqat. Fonoloji sistem (fonemlər sistemi)
[yun. phone – səs və metreo] Səsin gücünü ölçmək üçün alət, fonometrik cihaz
sif. Fonometriyaya aid. Fonometrik tədqiqat. □ Fonometrik cihaz – bax fonometr
[yun. phone – səs və skopeo – baxıram] Nitqin fonetik xüsusiyyətlərini və danışarkən dodaqların, üz əzələlərinin hərəkətini öyrənmək üçün cihaz
[yun. phone – səs və theke – saxlanılan yer, anbar] Fonoqramların, səs yazılarının toplusu, arxivi. Tədris fonotekaları
[ital. fontana, əsli lat. fons – bulaq] bax fəvvarə. Fontan armaturu. Fontan üsulu ilə neftçıxarma
is. Macarıstanda pul vahidi
[lat. forma] 1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. – Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına
sif. 1. Rəsmi, qanuni formaya uyğun olan. Formal sübut. Formal təsir. 2. Yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsm
sif. Müəyyən formada tikilmiş, müəyyən formada olan (bax forma 6-cı mənada). Formalı geyim. // Belə paltar geyinmiş
[lat. formica – qarışqa] Kəskin boğucu iyi olan dezinfeksiya maddəsi. Formalin iyi
[lat.] 1. İşin mahiyyətinin zərərinə olaraq bir şeyə formal münasibət bəsləyən adam; rəsmiyyətçi. 2. Formalizm tərəfdarı (bax formalizm 2-ci mənada)
[lat.] 1. İşin mahiyyəti zərərinə olaraq, onun ancaq zahiri cəhətinə riayət etmə; bir şeyə ciddi formal münasibət; rəsmiyyət, rəsmiyyətçilik
sif. 1. Müəyyən forması, şəkli olmayan. 2. Forması (6-cı mənada) olmayan, forma geyməmiş. Formasız əsgər
[lat. formatio – təşəkkül, növ] kit. Bir şeyin inkişafında müəyyən pillə, mərhələ; məhz həmin pilləyə, inkişaf mərhələsinə xas olan tip; quruluş
[alm.] 1. Kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Böyük format. Kiçik format. Kiçik formatda fotoşəkil
[lat. formula – forma, qayda] Düstur. Sərgidə çoxlu həndəsi fiqurlar, riyazi sxemlər və formullar vardır
[alm.] 1. xüs. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s
[fr. force – güc, əhəmiyyət] İddia, təkəbbür, lovğalıq, təşəxxüs. [Kərbəlayı:] Bu nə forsdur, ay Nabat xanım? S
“Forslanmaq”dan f.is
f. Fors etmək, lovğalanmaq, təkəbbür satmaq, təşəxxüs satmaq, təşəxxüslənmək. [Tahir:] Deməsinlər ki, Tahir forslanıb bizi saymadı
sif. Fors edən; lovğa, təkəbbürlü, təşəxxüslü. Forslu qadın. – Fərəc bəy də atası kimi forslu, təşəxxüslü, paxıl, dargöz bir adam imiş
[ing. force-pump – basıcı nasos] Maye və ya tozşəkilli maddələri, başlıca olaraq maye halında olan yanacağı tozlandırmaq üçün cihaz, alət
is. Qala tikililərinin tərkib hissəsi. Açıq və qapalı tipli fortlar olur
[ital.] Zərbli-dilli simli musiqi aləti. Fortepiano konserti. Fortepiano çalmaq. – Kamera musiqisində görkəmli yer tutan janrlardan biri də fortepiano
[rus.] dan. Otağın havasını dəyişmək üçün pəncərədə düzəldilən qapıcıq, nəfəslik. Fortoçkanı bağlamaq
[lat.] 1. tar. Qədim Romada: şəhərin ictimai həyatının mərkəzləşdiyi yer; meydan. İmperiya dövründə forumların sayı artmışdı
[yun.] kim. Gübrə kimi, habelə texnikada, tibdə işlədilən fosfor turşusu duzu. Polimer fosfatların xassələri
[yun. phos, phoros – işıqsaçan] Bəzi mineralların, heyvanların sümüklərinin, heyvan və bitki toxumalarının tərkibində olan, tezalışan və qaranlıqda iş