is. 1. zool. Bədən quruluşuna görə insana yaxın olan məməli heyvan. 2. məc. Çox çirkin adam haqqında
sif. Zahiri görünüş və bədən quruluşu cəhətdən meymuna bənzəyən
is. dan. Təqlidçilik, yamsılama, başqalarının təqlidini çıxarma. □ Meymunluq etmək – təqlid etmək, yamsılamaq, oyun çıxarmaq
is. 1. Keçmişdə meymun gəzdirib tamaşa göstərən adam. Səhnənin sağ tərəfindən meymunoynadanın səsi eşidilir
is. məc. Üzüm tənəyi. Meynə əkmək. Meynələrin başını vurmaq. – Meynələrində qora; İlişdim, düşdüm tora
is. zool. Meynələrə ziyan verən cücü, qurd
is. Meynə əkilmiş sahə, üzüm bağı; üzümlük. Meynəliyi becərmək. – [Xədicə] üzüm dərmək üçün meynəliyə doğru getdi
is. [yun.] Reduksion bölünmə, yetişkənlik bölünməsi
is. bot. Salxımı normal tozlanmamış, xırda, toxumsuz üzüm giləsi və salxımın özü. Ağ şanının meyrulusu
is. [fars.] 1. Bəzi ağacların, kolların yeməli, şirəli məhsulu. Cır meyvə. Kol meyvəsi. 2. məc. Məhsul, bəhər, nəticə
top. [fars. meyvə və ər. …at] Müxtəlif meyvələr. Meyvəcat dükanı. – [Murad] hər axşam evə qayıdarkən [Nigarı] küçədə, səki üstündə yaş meyvəcat satmaq
is. Meyvə ağacları əkibbecərməklə məşğul olan adam; meyvəçilik mütəxəssisi; bağban
is. Meyvə ağacları, meyvə bitkiləri əkib becərmə işi; bağçılıq. Meyvəçilik briqadası. – [Almaz:] Mən deyirəm: bağ meyvəçilik üçün alınsın
is. xüs. Meyvə qurutmağa məxsus maşın və s. // Sif. mənasında. Meyvəqurudan sex
“Meyvələnmək”dən f.is
f. Bar gətirmək, barlanmaq, məhsul gətirmək. Ağaclar meyvələndi
sif. 1. Meyvəsi olan, meyvə verən, meyvə gətirən. Meyvəli ağac. 2. Məhsuldar, bəhrəli, çox meyvə verən
is. Meyvə ağacları olan yer, meyvə bağı. Meyvəliyi becərmək. – …Çiçəyini təzə tökmüş yaşıl ipək yarpaqlı meyvəliklərdə dizinəcən çirməkli dirrikçilər
sif. Meyvəsi olmayan, meyvə gətirməyən; məhsulsuz, bəhrəsiz, meyvə verməyən, bar verməyən. Meyvəsiz ağac
is. Meyvə verməyən ağacın, kolun halı; barsızlıq
sif. Münbit, bərəkətli, məhsuldar. …Bu sayaq barverici və meyvəyetirici torpağın əhalisi əgər elmli və bilikli olsa idi, əlbəttə, ehtiyacdan xəbərləri
is. [yun.] Sükunət kütləsi
is. [ər.] klas. Bir yazı və ya söz ilə anladılmaq istənilən fikir, məna. Beytin məalı
əd. [fars.] Birini bir işdən, hərəkətdən saqındırmaq, çəkindirmək üçün işlədilən söz (bəzən qoşa işlənir); olmaya, olmaya-olmaya, etmə, saqın
is. [ər.] 1. İbadətgah, ibadət yeri (hansı dində olursa olsun). Misir məbədləri. Məbəddə ibadət etmək
[ər. məbəd və fars. …gah] bax məbəd. Bizdən yuxarı dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır
zərf [ər.] Heyran-heyran, çaşmış halda, heyrət içində. …Qatar yola düşdü və mən də məbhut onun gözdən itənədək dalınca baxdım
is. [ər.] Miqdar (pul haqqında). Pulun məbləği. – [Allahqulu:] Bu gündən həmin məbləğə on iki saat işləyəcəksiniz
is. [ər.] İbadət, sitayiş edilən şey (Allah, büt, ay, gün, ulduz və s.). Məbudinə ərz qıldı razın; Bildirdi könüldəki niyazın
is. [ər.] ədəb. Həqiqi mənasında işlənməyib, oxşarlığı və münasibəti olan başqa bir mənaya oxşadılaraq işlənən söz və ya ifadə; metafora
sif. [ər.] ədəb. Həqiqi, hərfi mənada deyil, metaforik mənada işlənən; metaforik. Məcazi məna
is. Məcazi mənada işlənmə, məcazi olma. Mənanın məcaziliyi
sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] …Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənə
zərf [ər.] 1. Məcbur olaraq, məcburiyyət altında, zorla, könülsüz olaraq. Fəxrəddin məcburən qapının aslan başından ibarət olan … çaxçaxını qorxa-qorx
sif. [ər.] Şərtsiz olaraq yerinə yetirilməli, qanunən tələb olunan. Məcburi şərtlər. Qərar hamı üçün məcburidir
is. [ər.] Məcburluq, məcbur olma, zor, güc. Evlənmək istəyən bir qədər peşkəş özü ilə gətirib, bəyin qulluğuna gedib ondan izin almaq məcburiyyətində
bax məcburiyyət
zərf Məccani olaraq; pulsuz, müftə (olaraq)
sif. və zərf [ər.] Müftə, pulsuz, havayı. Məccani bilet. Məccani tamaşa. – …Füqəraları məccani müalicə edir
is. [ər.] 1. Hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusu. Mülki məcəllə. Cinayət məcəlləsi
sif. [ər.] 1. Bilinməyən, naməlum (məlum əksi). [Xədicə] hərəkətsiz gözlərini məchul bir nöqtəyə dirəyib baxırdı
bax məchul 2-ci mənada. Məchullu tənlik
is. Naməlumluq; bilinməmə, məchul olma
is. [ər.] 1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas
is. [ər.] Mis və ya başqa metaldan düzəldilmiş dairəvi yastı iri qab, iri sini. Mis məcməyi. Naxışlı məcməyi
is. [ər.] 1. Bütün, tamam, hamı. Seyyid dolanıb gün təki məcmui-cahanı; Dəryaları aşdım, dedim, Allah kərimdir
is. [ər.] Məqalə, hekayə, şeir və s. toplusu; jurnal. “Molla Nəsrəddin” məcmuəsi. “Qobustan” məcmuəsi
sif. və is. [ər.] 1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid
sif. və zərf [ər. məcnun və fars. …anə] Məcnun kimi, dəlicəsinə, ağlını itirmiş kimi. …Xavərin babası başıaçıq olaraq pərişanhal və məcnunanə bir qiya