Толковый словарь азербайджанского языка

  • REKVİZİTOR

    [lat.] Teatrda, kinostudiyada rekvizitə baxan adam; rekvizitçi

    Полностью »
  • RÉQBİ

    [ing. rugby] Uzunsov topla oynanılan futbol oyunu növlərindən biri

    Полностью »
  • REQBİÇİ

    is. Reqbi oynayan adam

    Полностью »
  • REQLÁMENT

    [fr.] Müşavirənin, iclasın, qurultayın və s. aparılması qaydası haqqında qabaqcadan müəyyən və qəbul edilmiş nizamnamə

    Полностью »
  • REQLAN

    [ing.] Qolları çiyni ilə bütöv biçilmiş, habelə bu cür biçilmiş palto və s. Reqlan palto. Reqlan paltar

    Полностью »
  • REQRÉSSİYA

    is. [lat.] Dənizin tədricən geri çəkilməsi halı

    Полностью »
  • RELAKSİYA

    is. [lat.] 1. Zəifləmə. 2. Gərginliyin özbaşına azalması halı

    Полностью »
  • RELÉ

    [fr.] Elektrik dövrəsini müəyyən hadisələr zamanı avtomatik olaraq açan və ya bağlayan alət

    Полностью »
  • RELİ́KT

    is. [lat. relictum – qalıq] Çox qədim dövrlərin qalığı olan şey, hadisə; qalıq. Yalançı reliktlər

    Полностью »
  • RELS

    [ing. rails, rail, lat. regula – düz taxta, tir] Üzərində vaqon, vaqonet və s. təkərlərinin diyirlənərək hərəkət etdiyi ensiz polad tir, ray

    Полностью »
  • RELSLİ

    sif. Relslərdən düzəldilmiş, yaxud rels üzərində hərəkət edən. Relsli yol. Relsli nəqliyyat

    Полностью »
  • RELSSİZ

    sif. Rels döşənməmiş, rels üzərində hərəkət etməyən. Relssiz nəqliyyat

    Полностью »
  • RELYATİVİ́ST

    [lat.] Relyativizm tərəfdarı

    Полностью »
  • RELYATİVİZM

    [lat. relativus – nisbi] fəls. İnsan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan

    Полностью »
  • RELYÉF

    [fr. relief] Yer səthində olan müxtəlif kələ-kötürlük, dərə-təpə, dağ və düzənlik və s. Dəniz dibinin relyefi

    Полностью »
  • REMÁRKA

    [fr. remarque] Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən

    Полностью »
  • REMÉDİUM

    is. [lat.] Qızıl sikkə standartı şəraitində sikkənin faktik çəkiyə və əyara görə qanuni normadan kənara çıxması

    Полностью »
  • RÉNTA

    [alm. Rente, fr. rente] 1. iqt. Sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan müntəzəm alınan gəlir

    Полностью »
  • RENTGÉN

    [alman fizikinin adından] 1. Rentgen şüaları ilə işıqlandırma. Rentgenin nəticəsi. □ Rentgen şüaları – qeyrişəffaf cisimlərdən keçə bilən qısa elektro

    Полностью »
  • RENTGENOQRÁFİYA

    [rentgen və yun. grapho – yazıram] Rentgen şüaları vasitəsilə qeyri-şəffaf cisimlərin daxili quruluşunun şəklinin çəkilməsi

    Полностью »
  • RENTGENÓQRAM

    [rentgen və yun. gramma – yazı] Rentgen şüaları vasitəsilə fotoplastinka və ya plyonkada alınan əks

    Полностью »
  • RENTGENOLÓGİYA

    [rentgen və yun. logos] Tibbin, rentgen şüalarının diaqnostika və müalicə məqsədilə tətbiqindən bəhs edən şöbəsi

    Полностью »
  • RENTGENOLOJİ

    sif. [rentgen və yun. logos] Rentgenologiya ilə əlaqədar olan, rentgenologiya ilə bağlı olan. Rentgenoloji üsul

    Полностью »
  • RENTGENOLOQ

    [rentgen və yun. logos] Rentgenologiya və rentgen şüaları ilə müalicə mütəxəssisi olan həkim

    Полностью »
  • RENTGENOSKOPİK

    sif. [rentgen və yun. skopeo – baxıram] Rentgenoskopiyaya aid olan, rentgenoskopiya ilə əlaqədar olan

    Полностью »
  • RENTGENOSKÓPİYA

    [rentgen və yun. skopeo – baxıram] Qeyri-şəffaf cisimlərin rentgen şüaları vasitəsilə tədqiq edilməsi, yoxlanılması

    Полностью »
  • RENTGENOTERAPİ́YA

    [rentgen və yun. therapeia] Rentgen şüalarının müalicə məqsədilə tətbiqi

    Полностью »
  • REOSTÁT

    [yun. rheos – axın və statos – hərəkətsiz] Elektrik çevrəsində enerjinin və gərginliyin gücünü nizama salan cihaz

    Полностью »
  • REPERTUÁR

    [fr.] Teatrda, estradada, konsertdə və s.-də ifa olunan dramaturji, musiqi və s. əsərlərinin məcmusu

    Полностью »
  • REPETİSİYA

    [lat.] Tamaşanın, konsertin, kinoçəkilişi üçün səhnənin və s. hazırlanması üçün görülən ilkin işlər; habelə nümunə üçün onların ifası; məşq

    Полностью »
  • RÉPLİKA

    [fr.] 1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı

    Полностью »
  • REPORTÁJ

    [fr. reportage] Günün hadisələri haqqında dövri mətbuatda çap olunan və ya radio və televiziya ilə verilən məlumat

    Полностью »
  • REPORTYOR

    [ing. əsli fr.] Yerli həyatda baş verən hadisələr, əhvalatlar və s. haqqında məlumat verən qəzet, jurnal, radio, televiziya, məlumat agentliyi və s

    Полностью »
  • REPORTYORLUQ

    is. Reportyorun işi, fəaliyyəti

    Полностью »
  • REPRESSİYA

    is. [lat.] 1. Təqib etmə, kütləvi cəzalandırma. 2. Mənəvi təzyiq

    Полностью »
  • REPRÉSSOR

    is. [lat.] Tənzimləyici xüsusi zülal

    Полностью »
  • REPRİ́ZA

    is. [fr.] 1. Musiqi əsərinin hər hansı bir hissəsinin təkrarı. 2. Sirk və estradada klounun səslə, yaxud pantomima vasitəsilə ifa etdiyi məzhəkə, zara

    Полностью »
  • REPRODÚKSİYA

    [lat. re – yenidən və productio – düzəltmə] 1. Poliqrafik və ya fotoqrafik üsulla şəkil, rəsm, çertyoj, çap olunmuş mətnin surətinin çıxarılması və ço

    Полностью »
  • REPRODÚKTOR

    [lat.] Radioverilişlərini ucadan səsləndirən cihaz, aparat; səsucaldan. Eldar … pəncələri üstündə yeriyərək reproduktorun səsini kəsmək üçün əlini uza

    Полностью »
  • REPS

    [fr.] Xırda qabarıq zolaqlı sıx parça. // Həmin parçadan tikilmiş

    Полностью »
  • RESEPT

    [lat. receptum – alınmış] Həkimin, qəbul edilmək qaydası da daxil olmaqla dərman hazırlamaq üçün aptekə yazılı göstərişi; nüsxə

    Полностью »
  • RESEPTAR

    [lat.] Həkimin reseptinə əsasən dərman sifarişini qəbul edən aptek işçisi

    Полностью »
  • RESEPTURA

    [lat.] Dərman yazılması və hazırlanması qaydalarının məcmusu. // Bir şeyi hazırlamaq haqqında məlumatların məcmusu

    Полностью »
  • RESİDİ́V

    [lat. recidivus – qayıdan] hüq. Cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət

    Полностью »
  • RESİDİVİ́ST

    [lat.] Cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət etmiş adam

    Полностью »
  • RESPİRÁTOR

    is. [lat.] Tənəffüs üzvlərini havadakı zəhərli maddələrdən qoruyan fərdi cihaz

    Полностью »
  • RESPÚBLİKA

    [lat. respublica, res – iş və publicus – ictimai, ümumxalq] Ali hakimiyyət orqanları xalq tərəfindən müəyyən müddətə seçilən dövlət idarə forması; bel

    Полностью »
  • RESPUBLİKAÇI

    is. 1. Respublika idarə üsulu tərəfdarı. 2. Respublika partiyasının üzvü

    Полностью »
  • RESPUBLİKALARARASI

    sif. Bir neçə respublikaya aid olan, bir neçə respublikanın təşkil etdiyi. Respublikalararası yarış

    Полностью »
  • RESSÓR

    is. [fr.] Amortizasiyaedici quruluş

    Полностью »