Толковый словарь азербайджанского языка

  • LAYLI

    sif. Laylardan ibarət, lay şəklində yığılmış; qat-qat, təbəqə-təbəqə, lay-lay. Laylı süxurlar

    Полностью »
  • LAYNER

    is. [ing.] Müntəzəm olaraq uzaq səfərlərə çıxan iri və sürətli nəqliyyat gəmisi

    Полностью »
  • LAZ

    Abxaziya, Acarıstan və Türkiyədə yaşayan Cənubi Qafqaz xalqlarından biri və bu xalqa mənsub adam

    Полностью »
  • LAZARET

    is. [ital.] Hərbi hissələrdə təşkil olunmuş müalicə məntəqəsi

    Полностью »
  • LAZCA

    sif. və zərf Laz dilində. Lazca mahnı. Lazca danışmaq

    Полностью »
  • LÁZER

    is. [ing.] Optik kvant generatoru

    Полностью »
  • LAZIM

    sif. [ər.] 1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri. □ Lazım bilmək (görmək) – yerinə yetirilməsini vacib

    Полностью »
  • LAZIMINCA

    zərf İstənilən qədər, kifayət qədər, kafi dərəcədə, lazımi dərəcədə, lazımi surətdə. Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir

    Полностью »
  • LAZIMİ

    sif. [ər.] 1. Yerinə yetirilməsi vacib və lazım olan; zəruri, gərəkli, lüzumlu. Lazımi tapşırıqlar verildi

    Полностью »
  • LAZIMLI

    sif. Yararlı, gərəkli, faydalı; vacib, zəruri. Lazımlı şey. – [Kitabpaylayan:] O qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflard

    Полностью »
  • LAZIMLIQ

    is. Lazım olma; gərəklik, zərurilik, vaciblik

    Полностью »
  • LAZIMSIZ

    sif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər. – Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri b

    Полностью »
  • LAZIMSIZLIQ

    is. Lazım olmama; gərəksizlik, lüzumsuzluq

    Полностью »
  • LEGİÓN

    [lat.] 1. tar. Qədim Romada: iri qoşun hissəsi. 2. Bəzi ölkələrdə xüsusi qoşun hissələrinin adı

    Полностью »
  • LEGİONÇU

    is. Legionda xidmət edən əsgər

    Полностью »
  • LEHİM

    is. [ər.] Metal şeyləri yapışdırmaq üçün qalay və s. ərinti

    Полностью »
  • LEHİMÇİ

    is. Lehimləmə ustası

    Полностью »
  • LEHİMLƏMƏ

    “Lehimləmək”dən f.is

    Полностью »
  • LEHİMLƏMƏK

    f. Lehim vurmaq, lehimlə birləşdirmək. Boruları lehimləmək. // Mis və başqa qablardakı dəlikləri lehimlə tutmaq, lehimləmək

    Полностью »
  • LEHİMLƏNMƏ

    “Lehimlənmək”dən f.is

    Полностью »
  • LEHİMLƏNMƏK

    məch. Lehim vurulmaq, qalay və s. ilə yapışdırılmaq (tutulmaq). Qazan lehimləndi

    Полностью »
  • LEHİMLƏTMƏ

    “Lehimlətmək”dən f.is

    Полностью »
  • LEHİMLƏTMƏK

    f. Lehim vurdurmaq, qalay və s. ilə yapışdırtmaq (birləşdirtmək). Samovarı lehimlətmək

    Полностью »
  • LEHİMLƏYİCİ

    sif. Lehimləyən, lehimləmə üçün olan. Lehimləyici ərinti. Lehimləyici lampa. // İs. mənasında. Lehimləyən alət

    Полностью »
  • LEHİMLİ

    sif. Lehim vurulmuş, lehimlənmiş, qalay və s. ilə yapışdırılmış. Lehimli çaynik

    Полностью »
  • LEHİNƏ

    zərf [ər.] Xeyrinə, tərəfinə, mənfəətinə (əleyhinə ziddi). Lehinə səs vermək. Lehinə çıxmaq. – Vəziyyət hər tərəfdən Qızıl Arslanın lehinədir

    Полностью »
  • LEHLƏR

    Polyakların köhnə adı

    Полностью »
  • LEHMƏ

    is. Duru palçıq, batdaq. Lehməyə batmaq. Cavad yoldaşları ilə birlikdə xirtdəyə kimi lehməyə bataraq qalın meşələrdən keçir, … hədəfə doğru irəliləyir

    Полностью »
  • LEHMƏQARIN

    sif. dan. Qabağına gələni yeyən, çox yeyən, yeməkdən doymayan. Lehməqarın adam

    Полностью »
  • LEHMƏLİ

    sif. Lehmə qatışıq, palçıqlı. Lehməli su. – Çöldən uzanıb gələn köhnə arxın bulanıq, lehməli suyu taxılı basaraq gölməçələnirdi

    Полностью »
  • LEHMƏLİK

    is. Lehmə yığılmış yer; palçıqlıq, batdaq. [Gecə] düz aşağıdakı lehməliyə düşmüşdü və o dəqiqədə lehməlik onu udmuşdu

    Полностью »
  • LEK

    Albaniya Xalq Respublikasında pul vahidi

    Полностью »
  • LEKAL

    [rus. лекало] Əyri cizgiləri çəkmək üçün fiqurlu xətkeş

    Полностью »
  • LEKSÉM

    is. [yun.] Dilçiliyin leksikologiya şöbəsinin vahidi; söz

    Полностью »
  • LEKSİK

    sif. dilç. [yun.] Leksikaya aid olan, lüğəvi. Sözün leksik mənası. Dilin leksik sərvəti

    Полностью »
  • LÉKSİKA

    [yun.] Hər hansı bir dildə və ya dialektdə işlədilən sözlərin məcmusu. Azərbaycan dilinin leksikası. // Hər hansı bir yazıçının əsərinin lüğət tərkibi

    Полностью »
  • LEKSİKÓQRAF

    [yun.] bax lüğətçi

    Полностью »
  • LEKSİKOQRÁFİYA

    [yun. lexikos – söz və logos – yazıram] bax lüğətçilik

    Полностью »
  • LEKSİKOLÓGİYA

    [yun. lexikos – söz və logos – nəzəriyyə] Dilçiliyin dilin lüğət tərkibini öyrənən bəhsi; lüğətşünaslıq

    Полностью »
  • LEKSİKÓLOQ

    [yun.] Leksikologiya mütəxəssisi; lüğətşünas

    Полностью »
  • LÉKSİYA

    [lat.] bax mühazirə. Bu qayda ilə polis darülfünuna gəlib leksiyalarda iştirak etməyənləri bəlli etmək istəyirdi

    Полностью »
  • LÉKTOR

    [lat. lector – oxuyan] Auditoriya qarşısında leksiya oxuyan şəxs; mühazirəçi. Afərin deyərəm o lektora ki, [Hacının adamına] kafirdir desin

    Полностью »
  • LEKTORİYA

    [lat.] Kütləvi mühazirələr keçirilən yer (zal, bina)

    Полностью »
  • LEQAL

    [lat.] Qanuni, qanunla icazə (yol) verilən, açıq (qeyri-leqal əksi). Leqal ədəbiyyat. Leqal qəzet. Leqal vəziyyət

    Полностью »
  • LEQALLAŞDIRILMA

    “Leqallaşdırılmaq”dan f.is

    Полностью »
  • LEQALLAŞDIRILMAQ

    məch. Leqal vəziyyətə gətirdilmək, leqal şəklə salınmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirilmək, qanunla yol verilmək

    Полностью »
  • LEQALLAŞDIRMA

    “Leqallaşdırmaq”dan f.is

    Полностью »
  • LEQALLAŞDIRMAQ

    f. Leqal vəziyyətə gətirmək, leqal şəklə salmaq, gizli vəziyyətdən açıq vəziyyətə keçirmək, qanuni olduğu qəbul edilmək

    Полностью »
  • LEQALLAŞMA

    “Leqallaşmaq”dan f.is

    Полностью »
  • LEQALLAŞMAQ

    f. Leqal vəziyyətə keçmək, leqal şəkil almaq, gizli vəziyyətdən açıq vəziyyətə keçmək

    Полностью »