azot

ру азот en nitrogen de Stickstoff fr azote; nitrogène es nitrógeno it nitrogeno
azimut bucağı
azotun fiksasiyası
OBASTAN VİKİ
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Azot dövranı
Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər. İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir.
Azot flüorid
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. Azot flüoru spesifik iyə malik şəffaf qazdır. NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot flüoru
Azot flüoru — azotun flüorla qeyri-üzvi birləşməsi. Azot triflüor NF3, diflüordiazin N2F2, tetraflüorhidrazin N2F4, triazot flüor FN3, azot oksiflüor NOF kimi də tanınır. Azot flüoru spesifik iyə malik şəffaf qazdır. NF3: NH4HF2 elektrolizindən. N2F4: NF3-in karbonla reaksiyasından. N2F2: flüorun natrium azotla reaksiyasından. John K. Ruff. Derivatives of Nitrogen Fluorides // Chem. Rev.. — 1967.
Azot oksidləri
Azot oksidləri — N2 rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. Oksigenə nisbətən suda az həll olur: 20°C-də (0,1 MPa) 1 l suda 15,4 ml azot həll olur. 0,1 MPa təzyiqdə və −196°C-də azot mayeləşir. N2 molekulunun quruluşu. Azot molekulunun quruluş formulu N ≡ N, elektron formulu isə : N ⋮⋮ N : kimidir. Molekulda üçqat rabitə çox davamlı rabitədir. Bu rabitələrdən biri σ -, ikisi isə π-rabitədir. Hər üç rabitənin elektron sıxlığı atomlar arasında simmetrik paylandığından N2 molekulu qeyri-polyardır. Bor-nitrit (BN) 3000°C-də əriyir və bərkliyinə görə almaza oxşardır. Nitritlər ammonyakın alınması ilə hidrolizə uğrayır Azotun 8 oksidi N2O, NO, N2O3, NO2, N2O4, N2O5, NO3, N2O6 və 6 oksigenli turşusu məlumdur: H2N2O2, H2N2O3, H2NO2, HNO2, HNO3 və HNO4.
Azot əsasları
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Qrodno Azot
Qrodno Azot (belar. Гро́дна Азо́т) — Belarus dövlət şirkəti və açıq səhmdar cəmiyyətidir. Azot birləşmələri və gübrələrinin istehsalçısıdır. 1963-cü ildə azot gübrələri istehsal edən zavod kimi yaradılmışdır. Belneftexim Belarus Dövlət Neft və Kimya Konserninin bir hissəsidir. Qrodno şəhəri, Kosmonavtlar prospekti, 100 ünvanında yerləşir. Şirkətdə 5 istehsalat növü var. Burada 50-yə yaxın kimyəvi məhsul istehsal olunur: texniki maye ammonyak, azot gübrələri - karbamid, karbamid-ammonyak qarışığı, ammonium sulfat, metanol tenik, kaprolaktam, biodizel və maye karbon qazı. Qrodno Azot 2016-cı ildən ABŞ, daha sonra Avropa İttifaqı və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalar altındadır. 1960-cı ilin oktyabrında müvəqqəti yardımçı binaların tikintisinə başlanıldı.
Azot-1 oksid
Azot-1 oksid duz əmələ gətirməyən oksiddir Diazot-monoksid və ya azot 1-oksid (N2O) ilk dəfə 1772-ci ildə Cozef Pristli tərəfindən alınmışdır və onu azaldılmış azot havası adlandırmışdır. Texniki adı şadlandırıcı-şənləndirici qazdır. Bu da onun keyləşdirici xüsusiyyətə malik olması ilə əlaqədardır. Tərkibində N2O olan hava ilə tənəffüs etdikdə əvvəlcə oyadıcı təsir göstərir, sonra isə keyləşmə baş verir. N2O-nun keyləşdirici təsirini ilk dəfə 1799-cu ildə məşhur ingilis alimi H. Devi müəyyən etmişdir. Belə ki, N2O qarışmış hava ilə tənəffüs etdikdə diş ağrısı aradan qalxır. Devinin bununla bağlı bir çox maraqlı təcrübələri var. Bundan yarım əsr sonra 1844-cü ildə amerikalı diş həkimi X. Uells dişlərin çıxarılmasında N2O- dan ağrıkəsici vasitə kimi istifadə etmişdir. Hazırda diazot-oksidindən miokard (ürəyin əzələ qişası) infarktının əməliyatında ağrıkəsici kimi (80% N2 və 20% O2) istifadə edilir. N2O rəngsiz, xoşagələn zəif iyli, şirintəhər qazdır.
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotobakter
Azotobakter — sərbəst yaşayan aerob bakteriyalardır. Turş olmayam və yaxşı aerasiyaya malik olan topraqlarda yaşayaraq, atmosfer azotunu mənimsəyir. Azotobakter, karbon birləşmələri menbeyi kimi torpağın üzvi birləşmələrindən istifadə edir. Mineral birləşmələri isə torpaqdan alır. Azotobakter torpaqda ilk dəfə 1901-ci ildə M. Beyernik tərəfindən alınmışdır. Azotobakter bütün torpaqlarda geniş yayılmışdır və azot dövranında mühüm rol oynayır. Turş və əhəngdən kasıb olan torpaqlarda azotobakter az olur. Azotobakterin — paxlalılar fəsiləsindən olmayan bitkilər üçün yararlı olan bakterial gübrədir. Azotobakterinlə toxum qarışdırılıb əkilir. Ən yaxşı tərəvəz və kartofa təsir edir.
Azotobakteriyalar
Azotobakteriyalar — havadan sərbəst azotu fiksə edə bilən bakteriyalar. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Azotofil
Azotofil — azotla zəngin torpaqda yaşayan bitkilər. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Neftin azotlu birləşmələri
Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2. == Birləşmənin aqreqat halı == Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir. == Neftin tərkibində azotun miqdarı == Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50–600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsilə çıxarılır. == Azotlu birləşmələrin qrupları == Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr. == Azotlu əsaslar == Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır.

Значение слова в других словарях