BÜLBÜL
BÜLÖV
OBASTAN VİKİ
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Büllur saray
Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir. Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr. == Layihəsi == 1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir.
Büllur xəstəliyi
Tamamlanmamış osteogenez (lat. osteogenesis imperfecta) və ya Büllur – genetik xəstəliklər qrupuna aid olan, sümüklərin həddindən artıq kövrək olması ilə nəticələnən xəstəlik. Xəstələrdə kollagen miqdarı lazım olan qədər deyil, ya da mövcud olan kollagenin tərkibi normaya uyğun olmur. Kollagen maddəsi orqanizimdə mühüm zulal olduğu ücün, onun çatışmamazlğı sümüklərin zəif və kövrək olmasına gətirib çıxardır. == Növləri == === 1.1-ci növ === Kollagen normal tərkiblidir, lakin az miqdarda ifraz olunur Sümüklər asan qırırlır Onurğa sütünu tez əyilir Qığırdaq bağları zəif olur Əzələ tonusu zəif olur Bəzi uşaqlarda eşitmə qabiliyyıtyi erkən itirilir Gözlər yekə olur === 2.2-ci növ === Kollagen miqdarı zəifdir və yaxud tərkibi normaya uyğun deyil Adətən körpələr bir yaşına çatmamış nəfəs çatışmazlığından və yaxud da daxili kəllə-beyin qanaxmasından həyatlarını itirirlər Ağ ciyərlərin inkşafdan qalması nəticəsində nəfəs almaq cətin olur Sümüklərin ağır deformasiyası və balaca boyluq müşahidə olunur === 3.3-cü növ === Kollagen miqdarı normaldır, lakin tərkibi normaya uyğun deyil Sümüklər çox asanlıqla, hətta doguş zamanı belə qırılır Nəfəs alma aktı zamanı ciddi çətinlik müşahidə olunur Balaca boyluluq onurğa sütununun əyilməsi, bəzi hallarda boçkaya bənzər döş qəfəsi müşahidə olunur Üçüncü növ digər növlərdən onunla fərqlənir ki, körpə yüngül simptomlarnan doğulur, lakin böyüdükcə xəstəlik ağırlaşır === 4.4-cü növ === Kollagen miqdarı normaldır, tərkibi isə normadan çox aşağıdır Sümüklər çox asanlıqla qırırlır Balaca boyluq, onurğa sütununun və döş qəfəsinin deformasiyaları kəskin şəkildə müşahidə olunur Sümüklərin deformasiyası aşağı dərəcə ilə orta dərərcə diapazonunda yer tutur Eşitmə qabiliyyəti erkən itirilir == Müalicə == "Bİ" xəstəliyi genetik xəstəlik olduğuna görə müalicə, ancaq sipmptomatik üsulla aparılır Bura daxildir Ştift ilə osteosintez Fizioterapiya Bifosfonat teraoiyası Vidamin D3 və kalsiy preparatları === Ştift ilə osteosintez === Bu müalicə üsulu ilə sümük hər iki tərəfdən ştiftə bağlanılır və beləliklə sümüyun qırılma riski azalır. Əvvəllər qalın materialdan istifadə olunurdu ki, bu zaman sümük böyüdükdə ştiftlər maneəçilik törədirdilər. Amma indi bir-birinin içinə yeridilmiş ştiftlərdən istifadə olunur ki, bu da sümüklərin rahat uzanmasına əngəl yaratmır.
Dağ bülluru
Dağ bülluru — mineral == Haqqında == Dağ bülluru su kimi şəffaf, adətən rəngsiz, bəzən zəif sarımtıl kvarsdır. Dağ bülluru əmələ gəlməsi əsasən orta və aşağı temperaturlu hidrotermal proseslər zamanı qranit peqmatitlərdə, kvarslı, kvars-çöl şpatlı və kvars-karbonatlı boşluqlarında formalaşması ilə bağlıdır. Dağ bülluru qüsursuz kristalları və onun rəngli növləri, qiymətli pyezooptik və zərgərlik xammalıdır. Kvars qumları şüşə istehsalı üçün əsas xammaldır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Həkimə Bülluri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.

Значение слова в других словарях