BÜTÜNLÜKLƏ
BÜZMƏ
OBASTAN VİKİ
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus — V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Büzdüm sümüyü
Büzdüm sümüyü (lat. os coccygis) — inkişaf cəhətcə 4–5 fəqərədən təşkil olunmuş bir sümükdür. Bəzən bu fəqərələr ayrı-ayrı, çox vaxt isə bitişmiş olur. Büzdüm fəqərələrindən yalnız birincisini oma sümüyü ilə birləşən hissəsini — cismini və yan tərəflərə çıxan köndələn çıxıntılarını ayırd etməklə fəqərəyə bənzətmək mümkündür. Burada fəqərə qövsü tamam yox olmuşdur. I büzdüm fəqərəsinin arxasından oma sümüyünə qarşı buynuzlar — lat. cornua cocczgea çıxır. II büzdüm fəqərəsi əvvəlincidən kiçikdir, onun yalnız cismi və köndələn çıxıntıların əsasları ayırd edilir. III və IV büzdüm fəqərələri isə öz şəklinitamam itirmişdir. == Mənbə == Prof.

Значение слова в других словарях