bələdiyyələrin məhəllə komitələri

Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklər

bələdiyyə orqanlarının vəzifəli şəxsi
bələdiyyələrin mülkiyyət hüququ
OBASTAN VİKİ
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. == Funksiyası == Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Avropa Olimpiya Komitələri
Avropa Olimpiya Komitələri (ing. European Olympic Committees) — Avropanın 50 milli olimpiya komitələrini birləşdirən beynəlxalq olimpiya təşkilatı. Mənzil-qərargahı Lozannada (İsveçrə), icra orqanları Romada (İtaliya) yerləşir.
Müsəlman Milli Komitələri
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Aşağı məhəllə
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Məhəllə (dəqiqləşdirmə)
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı.
Məhəllə teatrı
Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir. == Tikili == XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir.
Zərgər məhəllə
Zərgərməhəllə — İranın Mazandaran ostanının Babül şəhristanının Laləabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 425 nəfər və 110 ailədən ibarət idi.
Məhəllə 3
Məhəllə 3 — Məhəllə film seriyasının 3-cü buraxılışı. 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də Tahir və Cabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar — Bəhram Bağırzadə, Dilarə Əliyeva, xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə” film seriyasının davamının olacağını da bildiriblər. == Məzmun == Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. Eliş və Roşkanın təsadüfən xalçanı tapması isə süjet xəttinin böyüməsinə gətirib çıxarır. Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib.
Məhəllə (film)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. == Məzmun == Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... == Film haqqında == Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Məhəllə 2
Məhəllə 2 Moskvada — 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilmiş komediya və macəra filmi. == Məzmun == Bu filmdə Tofiqin (Coşqun Rəhimov) məktubu əsasında məhəllənin bütün sakinləri Moskvaya yollanır. Məqsəd isə Tofiqi bir "bəla"dan qurtarmaqdır… == Film haqqında == Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın xalq artisti, əvəzolunmaz Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunur. Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R. Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Sülü Çöl-Qalalı Quruluşçu operator: Laçın Allahverdiyev Quruluşçu rəssam: P. P. B. S. Bəstəkar: Aytən İsmixanova Səs rejissoru: Teymur Abdullayev, Emin Nəsirli, Vilayət Qəhrəmanzadə Aranjman: Ənvər Sadıqov, Eldar Məmmədov, Aytən İsmixanova Geyim rəssamı: Nataliya Radina Qrim rəssamı: İlqar Cəfərov Rejissor: İlham Qasımov Operator: Samir Əhmədov Montaj edən: Mahir Rəhimov Kompüter qrafikası: Ənvər Sultan Aktyor seçimi: Sergey Perevozkin Əlbəsə: Qriqori Şevçenko Rels telejka: Sergey Bəxtiyarov, İqor Yakimoviç Kran: Aleksandr Sinelşikov, Sergey Munşin İşıq ustası: Andrey Slepnyov İşıqçı: Aleksey Fyodorov, Xəqani Abdullayev Fəhlə: Denis Stepanenko, Yevgeni Çevordayev Sürücü: İqor Fadeyev Ofis: Nizami Həsənov, Oleq Məmmədov Mahnıları ifa edən: Abbas Bağırov, "Lazurnı Bereq" qrupu Balaban: Şirzad Fətəliyev (Şirzad kimi) Tar: Elçin Həşimov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Yekaterina Naqayçeva, Yekaterina Kraveç, Viktor Çunyayev İcraçı prodüser: Aleksey Pidruçnı, Mixail Sokolov Yönəldici prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev, Mixail Merkulov Prodüser: Tahir İmanov === Rollarda === Rafael İsgəndərov — Qüdrət Dilarə Əliyeva — Məhəbbət Coşqun Rəhimov — Tofiq Kübra Əliyeva — Südabə Valdis Pelş — Polis Tahir İmanov — Elşən/Eliş Cabir İmanov — Rövşən/Roşka Elçin Həmidov — Məzahir/Məzi İlham Qasımov — Ruslan/Rusik Yaşar Nuri — varlı adam Svetlana Bulax Avtandil İsrafilov — Zahid/professor Tatyana Novik — mehmanxana izibatçısı Marina Vinoqradova — Xadimə Anton Korşunov — Saşa Viktor Konuxin — Paşa Hidayət Süleymanov Elxan Eldarlı Ramin Bayramov Arif Qəmbərov Ruhulla Kərimov Ziba Ramazanova İlqar Nəbiyev Emin Hacıyev Rəşad Kazımov Fuad Mirzəyev Alla Sidorina Lyudmila Sidorina Veronika Fedorçenko Nuri Əmiraslan Sevda Muradova Vaqif Cəbrayılov Natella Yusifova Aytən Əlibəyli Şamil Muradov Nizami Həsənov == Sponsor == "Praqa AST" Şirkəti == Çəkilişə köməklik edən qurumlar == "Abşeron" Oteli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ rəhbərliyi Azərbaycan Hava Yolları Dövlət Konserni "Evrosport" Mağazalar Şəbəkəsi Xaqan Audio Video Nyus Azərbaycan Dövlət Dram Teatrı Azərbaycan Musiqili Komediya Teatrı == Çəkilişə kömək edənlər == Aqil Paşayev Nazim Ələkbərov Cahangir Əsgərov Maarif Cəbiyev Niyazi Aslanov Hacıbaba Bağırov Elçin Muradov Cəlal Paşayev Anar Yolçuyev Cuma Əhmədzadə Mahir Yaqubov == Xarici keçidlər == Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məhəllə 2 Moskvada "Məhəllə" 15 il sonra ekranlara qayıdır — VİDEO Tahir İmanov: "Məhəllə"miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır — MÜSAHİBƏ Kommersiya — komediya filmləri.
Azərbaycanda müsəlman milli komitələri
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Aşağı məhəllə sinaqoqu
Aşağı məhəllə sinaqoqu — Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. == Haqqında == Aşağı məhəllə sinaqoqu Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşir. Sinaqoq 1849-cu ildə tikilib. Sovet işğalından sonra sinaqoqun binasından tütün və mebel anbarı kimi istifadə olunub. Azərbaycan yenidən müstəqil olduqdan sonra sinaqoq 1992–1994-cü illərdə yerli yəhudilər tərəfindən təmir edilib. Sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.
Babalı Məhəllə (Talış)
Babalı Məhəllə (fars. بابالومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 463 nəfər yaşayır (80 ailə).
Bağışlı Məhəllə (Talış)
Bağışlı Məhəllə (fars. باغشلومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 523 nəfər yaşayır (110 ailə).
Darvar Məhəllə (Talış)
Darvar Məhəllə (fars. دروارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 425 nəfər yaşayır (91 ailə).
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Məhəllə (film, 2003)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. == Məzmun == Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... == Film haqqında == Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Nasir Məhəllə (Talış)
Nasir Məhəllə (fars. نصورمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 368 nəfər yaşayır (80 ailə).
Türk Məhəllə (Talış)
Türk Məhəllə (fars. ترك محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (69 ailə).
Təzə məhəllə məhəlləsi
Təzə məhəllə məhəlləsi — 19-cu əsrdə salınmış Şuşanın yuxarı məhəllələrindən biri. Bu məhəllə şəhərin azərbaycanlılar tərəfindən salınmış sonuncu məhəlləsi olduğundan, dövrünə görə belə adlandırılmışdır.
Təzə məhəllə məscidi
Təzə məhəllə məscidi — XIX əsrdə Şuşanın Təzə məhəllə məhəlləsində tikilmişdir.Şuşa şəhərinin Səməd bəy Mehmandarov küçəsində yerləşir. Təzə məhəllə məscidi Şuşa şəhərində, paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşən bir azərbaycanlı məscididir. Şuşanın 17 məhəlləsinin nisbətən yeni qonşuluqda yerləşməsindən bəhs edən "Yeni Qonşuluq" deməkdir. Bu məhəllələr Böyük Qurdlar, Kiçik Qurdlar, Seyidli, Cülfələr, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Göyülüg, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Merdinli, Çol qala, Hacı Yusifli, Çukhur məhəlləsi, Ağa dədəlilər Məscid 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Şuşanın Təzə Mahalla məhəlləsinin Firudin bəy Köçərli küçəsində yerləşirdi.