BƏLLƏMƏK

I
(İmişli)
1. yoluxmaq, baş çəkmək
2. yoxlamaq. – Tay gedib bizi bəlləmirsən?; – Gedək bəlliyək, görək kim var orda
II
(Kürdəmir, Ucar)
nişanlamaq, işarə qoymaq, müəyyənləşdirmək. – Oyi <onu> çoxdan bəlləmişəm ki, itibbatmasın (Kürdəmir); – Mən bossanda qarpızın yerin bəllədim (Ucar)
III
(Hamamlı)
boş-boş danışmaq
BƏLLƏBAN
BƏLYABAĞI

Значение слова в других словарях