BƏSLƏMƏK

f.
1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq.
Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir.
Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu. A.Səhhət.

// Yetişdirmək, becərmək. Körpə heyvanları bəsləmək.
– İpək qurdlarını bəsləmək üçün respublikamızın alimləri iriyarpaqlı yaxşı ipək verən zərif tut ağacları yetişdirmişlər. M.Axundov.

2. Qidalandırmaq, yedirmək, yediribiçirtmək, yedirib-kökəltmək. Ətlik qoyunları qidalı yemlərlə bəsləmək.
– Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir.

3. məc. Qorumaq, saxlamaq.
Bəbəktək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi.

4. Duymaq, hiss etmək, ürəyində saxlamaq.
Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim? Mir Cəlal.

5. “Etmək” sözünün sinonimi kimi bəzi isimlərə qoşularaq, mürəkkəb feil düzəldilir; məs.: ümid bəsləmək, etibar bəsləmək, nifrət bəsləmək.

Синонимы

  • BƏSLƏMƏK 1. bəsləmək bax yedirmək 2. bəsləmək bax böyütmək
  • BƏSLƏMƏK yedirtmək
  • BƏSLƏMƏK duymaq
  • BƏSLƏMƏK qorumaq — saxlamaq
  • BƏSLƏMƏK yetişdirmək — becərmək — böyütmək

Этимология

  • BƏSLƏMƏK Mənbələrdə bes sözü var, “откромление” mənasında açıqlanıb. Bəsi sözü də olub və “yedirtmək” mənasında işlədilib
BƏSLƏMƏ
BƏSLƏNMƏ

Значение слова в других словарях