Bəzgək
Bəzgək (lat. Tetrax tetrax), (Gruiformes) dəstəsindən bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın
tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.
Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda
düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində
yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və
Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.