BAĞ
BAĞ-BAĞATLI
OBASTAN VİKİ
Bağ
Bağ (anatomiya)
Bağ (Sərdəşt)
Bağ (fars. ‎‎باغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (52 ailə).
Bağ Bahadıran
Bağ Bahadıran—İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,808 nəfər və 2,432 ailədən ibarət idi.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20844 nəfər və 4025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bağ mixəkgülü
Bağ parabüzəni
Bağ parabüzəni (lat. Pullus subvillosus Goeze.) – formasına görə adi parabüzənlərdən fərqlənməyən parabüzən növü. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. == Biologiyası == Formasına görə adi parabüzənlərdən fərqlənmir. Sarı rəngli qanadüstlüyü aşağı hissəsində qara cüt nöqtələr aydın görünür. Qanadüstlüyünün başa yaxın hissədən başlayan enli haşiyə yarıdan sonra kəskin nazikləşir və sonra "nida" işarəsinə bənzər forma demək olar ki, qanadların üstü ilə simmetrik olaraq bədənin sonuna qədər uzanır, kiçikdirlər, 2 mm-dir. Hər topada 3–7 yumurta qoyurlar. Sürfələri çox acgözdür və cəlddir. Təbii düşmənləri çox olduqda gizlənirlər. Bunlarda qida çatışmayanda hannibalizmi müşahidə olunur.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Bağ sarıbənövşəsi
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Piramidvari bağ səhləbi (Anacamptis pyramidalis (L.) Rich.) Anacamptis pyramidalis sanguinea Anacamptis pyramidalis tanayensis Anacamptis pyramidalis urvilleana Anacamptis pyramidalis alba Anacamptis × albuferensis (Anacamptis fragrans × A. robusta) Anacamptis × bornemanniae (Anacamptis longicornu × A. papilionacea) Anacamptis boryi Anacamptis caspia Anacamptis champagneuxii Anacamptis collina Anacamptis coriophora Anacamptis coriophora ssp. coriophora Anacamptis coriophora ssp. fragrans Anacamptis × duquesnei (Anacamptis palustris × A. pyramidalis) Anacamptis × feinbruniae (Anacamptis caspia × A. israelitica) Anacamptis fragrans (Pollini) R.M.Bateman Anacamptis × gennarii (Anacamptis morio × A. papilinocea) Anacamptis israelitica Anacamptis × klingei (Anacamptis laxiflora × A. pyramidalis) Anacamptis × laniccae (Anacamptis morio × A. pyramidalis) Anacamptis laxiflora (Lam.) R.M. Bateman, Pridgeon & M.W.Chase Anacamptis × lesbiensis (Anacamptis pyramidalis × A. sancta) Anacamptis × simarrensis (Anacamptis fragrans × A. pyramidalis) Anacamptis longicornu Anacamptis morio Anacamptis palustris Anacamptis palustris ssp. elegans Anacamptis palustris ssp. palustris Anacamptis palustris ssp. robusta Anacamptis papilionacea Anacamptis papilionacea var. cyrenaica Anacamptis papilionacea var.
Bağ vələmirquşu
Bağ vələmirquşu (lat. Emberiza hortulana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Bağ çiyələyi
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Bağ sarılıqotu
Bağ sarılıqotu (lat. Erysimum cheiri) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Azərbaycanda bağ
Azərbaycan bağları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. == Tarixi == === Orta əsrlər === Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu. Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır. Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir.
Aşağı Bağ (Sayınqala)
Aşağı Bağ (fars. باغ سفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (59 ailə).
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Bağ-meşə xalçaları
Bağ-meşə xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Bağ Məlik şəhristanı
Bağ Məlik şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bağ Məlik şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,217 nəfər və 19,841 ailədən ibarət idi.
Bağ divarının kənarında
Bağ divarının kənarında (ing. Over the Garden Wall) — Patrik Makheyl tərəfindən yaradılmış ABŞ istehsalı animasiya mini-serialı. Cizgi-serialda evə gedən yolu axtarmaq üçün sirli bir meşədən keçən iki ögey qardaşın səyahətləri zamanı müxtəlif qəribə və fantastik şeylərlə qarşılaşmasından bəhs olunur. Serial Makheylin "Cartoon Network Studios"da hazırladığı "Bilinməyənin kitabı" (ing. Tome of the Unknown) adlı qısametrajlı animasiya əsasında çəkilib. Elayca Vud və Kolin Din baş qəhramanlar olan Qreq və Virti, Melani Linski mavi quşu səsləndirib. Digər səsləndirmə heyətində Kristofer Lloyd, Tim Karri, Bibi Noyvirt, Kris Ayzek, Şirli Cons, Tomas Lennon, Cek Cons, Ceron Pakston, Con Kliz və Samuel Reymi yer alıb. Serialın soundtrekini "The Blasting Company" bəstələyib. "Bağ divarının kənarında", 2014-cü ilin 4 noyabrından 7 noyabrına qədər cəmi bir həftə ərzində nümayiş olunub. Serial televiziya kanalında yayımlanan ilk mini-serial idi.
Bağ hörümçək gənəciyi
Bağ hörümçək gənəciyi - (lat. Schizotetranychus pruni) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin tor gənəcikləri fəsiləsinə aid olan növ == Xarici quruluşu == İmaqo mərhələsində gənəcik 0,3–0,6 mm ölçüdə olub, yaşılımtıl rəngdədir. Dişi fərdin uzunluğu 0,35–0,44 mm-dir, erkək fərdin uzunluğu isə 0,29 mm-dən çox olmur. Yumurta diametri 0,11 mm. Hamar, sferikdir. Nimfanın uzunluğu 0,23–0,31 mm olub sarımtıl-yaşıldır. == Həyat tərzi == Gənəciklər yarpağın alt tərəfində hörümçək toru quraraq, orada yaşayır və inkişaf edir. Gənəciklər yoluxmuş yarpaqlarda sarı, qırmızı üzüm sortlarında isə çirkli qırmızı ləkələr əmələ gətirir. Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yumurta qoyur. Yumurtalardan 10-15 gün sonra sürfələr çıxır.
Xani Çahar Bağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Yuxarı Bağ (Sayınqala)
Yuxarı Bağ (fars. باغچه ميشه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (63 ailə).
Yuxarı bağ (Peterhof)
Yuxarı bağ (rus. Верхний сад) — "Peterhof" Muzey-Qoruq Kompleksinin tərkibinə daxil olan böyük yaşıllıq ərazisi. Park Böyük Peterhof sarayı və Peterburq prospektinin arasında yerləşir. == Tarixi == 15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır. == Fəvvarələr == "Palıd" (1734-cü il) "Palıd" Yuxarı bağın ilk fəvvarələrindən biridir. Fəvvarə bir metal ağac, beş lalə və iki skamyadan ibarətdir. Ağaca metal palıd yarpaqları birləşdirilmişdi.
Azərbaycanda bağ incəsənəti
Azərbaycan bağları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. == Tarixi == === Orta əsrlər === Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Bağ siyah (Kuhbənan)
Bağ siyah (fars. باغ سیاه‎) — İranın Kirman ostanının Kuhbənan şəhristanının mərkəzi bəxşində kənd . İran Statistika Mərkəzinin 2005-ci ildə apardığı siyahıyaalmaya əsasən, əhalisi üç təsərrüfatdan az idi.

Значение слова в других словарях