BAĞLANMIŞ

Bağlanmaq”dan f.sif. Bağlanmış qıfıl. Bağlanmış idarə. Bağlanmış yara. Sahilə bağlanmış qayıq.
– Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fəsəli, ya da qoz halvası olmalı idi. M.Hüseyn.

BAĞLANMAQ
BAĞLAŞMA
OBASTAN VİKİ
Geniş bağlanmış gözlərlə (film, 1999)
"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut; sətri tərc. "Geniş bağlanmış gözlər") — Avstriya yazıçısı Artur Şnislerin "Yuxular haqqında novella" povesti əsasında rejissor Stenli Kubrikin çəkdiyi bədii film. İlkin mənbədən fərqli olaraq, burada hadisələr 1920-ci illər Vyanasından 1990-cı illərin Manhetteninə gətirilib. Baş rolları o zamankı ər-arvad Tom Kruz və Nikol Kidman ifa edirlər. Film izdivac həqiqətləri probleminə toxunur və özündə freydist işarələri ehtiva edir. Baş qəhrəman olan həkim Uilyam Harfordun Nyu-York küçələrində dolaşması yuxu və reallıq arasındakı hadisəni xatırladır. Çəkilişlər 1996-cı ilin noyabrından 1998-ci ilin iyununadək Londonda aparılmışdır. Kruz və Kidman rejissora lazım olduğu qədər çəkiləcəkləri öhdəliyi ilə bağlı açıq müqaviləyə imza atmışdılar. Stenli Kubrik vaxt çərçivəsinə əhəmiyyət vermədiyi üçün çəkilişlər ciddi surətdə uzanmışdı.

Значение слова в других словарях