BANOŞ

"Banu" adının əzizləmə forması.
BANIÇİÇƏK
BANU
OBASTAN VİKİ
Banoş Abbasova
Banoş Cəfərqulu qızı Abbasova (1 fevral 1918, Naxçıvan qəzası – 22 yanvar 1995, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur. 1971-ci ildə M.Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır. 1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur. 1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu. Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.