İrakli Baqration-Muxraneli
İrakli Baqration-Muxraneli (gürc. ირაკლი ბაგრატიონ-მუხრანელი; 21 mart 1909 və ya 3 aprel 1909, Tiflis – 30 oktyabr 1977, Madrid) — keçmişdə Gürcüstanın hakim sülalələrindən biri olan Baqrationilər sülaləsinin davamçısı. O, Baqrationilərin Muxraneli qoluna mənsub idi.
İrakli 21 mart 1909-cu ildə hazırda Gürcüstanın paytaxtı, 19-cu əsrdə isə Rusiya imperiyasının tərkibində olan Tiflis şəhərində anadan olmuşdur. Onun atası Muxraneli knyazı Georq Baqrationi (1884–1957), anası isə Yelena Siqismundovna adlı qadın olmuşdur. 1921-ci ildə Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən sonra onun ailəsi Gürcüstanı tərk etmək məcburiyyətində qaldı. İrakli ilk təhsilini Almaniyada almışdır. Daha sonra o, İtaliyada yaşamağa başlamışdır. İtaliyada yaşadığı dövrdə Mariya Belayeva ilə evlənmiş, lakin sonradan boşanmışdır. İkinci evliliyi 1940-cı ildə, Roma şəhərində Mariya Antonietta ilə baş tutmuşdur.