1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək. Qar basıb, ağacın budağını yatırdı.
// Sıxışdırmaq, itələmək.
2. Tapdalamaq, ayaqlamaq, basdalamaq. Qarları basa-basa (z), dağları aşa-aşa iki nəfər təhkimçi gəldi. Mir Cəlal…
3. Altına alıb şikəst etmək, əzmək, ya öldürmək. Avtomobil adam basdı. Qatar inək basdı. At uşağı basıb.
4. Qalib gəlmək, məğlub etmək. Düşməni basmaq.
// Ötmək, birinciliyi qazanmaq, üstün gəlmək. Uzun pəhləvan balacanı basdı. – Qara məni basınca, mən qaranı basım. ( Ata. sözü ).
5. Soxmaq, tıxamaq, dürtmək, təpmək. Şeyləri çamadana basmaq. Pulu cibinə basmaq.
6. Qoymaq, keçirmək, geymək.
7. Batırmaq, içinə salıb islatmaq. Gönü suya basmaq.
8. Bürümək, qaplamaq, əhatə etmək, qabağını tutmaq, görünməz hala salmaq. Dağları çən basıbdır. Ətrafı tüstü basıb, göz gözü görmür. Göy üzünü bulud basıbdır.
// Doldurmaq, yayılmaq. Ətrafı səs basmışdır. Onun şöhrəti aləmi basmışdır.
9. Örtmək. Otağın fərşi çoxdan bəri süpürülməmişdi.
10. Bir şeyin çoxluğunu, sıxlığını, geniş sahə tutduğunu, yayıldığını bildirir. Bağçanı kol-kos basıbdır. Pambığı alaq basıbdır. Sahili su basmışdır. Saqqal basmaq. Tər basmaq.
11. məc. Boğmaq, cəbr etmək, zülm etmək, sıxışdırmaq.
12. Ansızın hücum etmək, üstünü almaq, üzərinə atılmaq. Çar polisləri tətilçilərin evlərini basırdılar.
13. Ağırlıq göstərmək, ağırlıqdan əyilmək. Tərəzinin bir gözü basır, düzəldin.
14. Vurmaq, qoymaq. Möhür basmaq. Damğa basmaq. Naxış basmaq.
15. Örtmək, qapamaq. Qapını basmaq. Pəncərəni bas, toz gəlməsin.
16. məc. dan. Özünü tərifləmək, öymək, goplamaq (çox vaxt tərkiblərdə işlənir). Görün yenə nə özündən basır. Basıb bağlamaq.
17. dan. k.t. Mayalandırmaq (heyvanlar haqqında).
18. Tutmaq; aramsız, dalbadal atmaq, üzərinə yağdırmaq. Daşa basmaq. Gülləyə basmaq.
19. İtələmək, kənara çəkmək. Arabanı irəli bas. Stolu bir az dala bas. Kitabları yana bas ki, yer açılsın.
20. Yırtmaq, dağıtmaq, parçalamaq, öldürmək. Canavar inək basıbdır. – İkindi çağı idi.
21. Örtmək, keçmək, addamaq, aşmaq.
22. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu basmaq, vahimə basmaq, bağrına basmaq, ayaq basmaq və s.