Bast

der; -(e)s alt qabıq, lif, ağac qabığı
Bassist
Bastard
OBASTAN VİKİ
Ellen van der Veyden-Bast
Ellen van der Veyden-Bast (d. 29 avqust 1971) — Niderlandı təmsil edən su poloçusu. Ellen van der Veyden-Bast, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Adolf Bastian
Аdolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Хalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian хarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psiхologiyaya, adi və хalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Auqusto Roa Bastos
Auqusto Roa Bastos (isp. Augusto Roa Bastos; 13 iyun 1917[…], Asunson – 26 aprel 2005[…], Asunson) — Paraqvay şairi və nasiri. Atası — quarani hindisi, anası - Portuqaliyadandır. 1932-ci ildə yoldaşları ilə məktəbdən qaçaraq, könüllü surətdə Çak müharibəsində sanitar kimi iştirak edir. 1945-ci ildə jurnalist kimi Böyük Britaniyada, Fransada, Almaniyada, Yunanıstanda işləyir. 1947-ci ildə paraqvaylı şair Erib Kampos Serverlə ilə birgə 1947-ci il Paraqvay vətəndaş müharibəsi və siyasi repressiyalar səbəbindən Buenos-Ayresə köçür. 1976—1989 — ci illərdə Fransada yaşayır, Alfredo Stressner diktaturası devrildikdən sonra ölkəsinə qayıdır. 1982-ci ildə Paraqvay vətəndaşlığından məhrum olunmuşdu, 1983-cü ildən İspaniya vətəndaşı idi. 2005-ci ildə Asunsonda Rekolete qəbirstanlığında ailə məqbərəsində dəfn edilib.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Bastamlı
Bastamlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. == Toponim == Müxtəlif mənbələrdə Bastamlı, Bestamlı və ya Bostamlı adı ilə rast gəlinən kəndin adı etnotoponim olub burada məskunlaşmış və Bayat boyuna mənsub olan Bastamlı oymağının adından irəli gəlir. 1917-ci ilə aid İngilis məxfi məlumatlarında bu oymağın 108 evdən ibarət olduğu qeyd edilmişdir. == Coğrafiya == Bastamlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 175 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Bastamlı kəndi arasındakı məsafə 13 km-dir. == Əhali == OŞSAM-ın 30 may — 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Bastamlı kəndində təxminən 5.3 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyundan törəmişdir.
Ettore Bastianini
Ettore Bastianini — İtalyan opera müğənnisi. Ettore Bastianini 24 sentyabr 1922-ci ildə Via Paolo Mascagni (indiki Via di Stalloreggi) ərazisində anadan olmuşdur. Uşaq yaşlarından məzlumluqla böyümüş və atasını görməmişdir. Uşaqlıq illərində o, Gaetano Vanni adlı aşpazın yanında köməkçi kimi işləyirdi. Ettorenin səsini kəşf edən aşpaz Gaetano ona Siena kilsəsindəki xorda çıxış etməyə kömək edir. 1937-ci ildən xorda çıxış edən Ettore 1939-cu ildə musiqiçi ailəsi olan Fathima və Anselmo Ammanatidən vokal dərsləri almağa başlayır. İlk dəfə olaraq 1940-cı ildə bir sıra konsertlərdə çıxışlar edir.
Frederik Bastiat
Klod Frederik Bastiat (30 iyun 1801, Bayonna[d] – 24 dekabr 1850[…], Roma)— Fransız klassik liberal nəzəriyyəçisi, siyasi iqtisadçı və Fransa Assambleyasının üzvü olub. Klod Frederik Bastiat 30 iyun 1801-ci ildə Fransanın Akvitaniya əyalətində, Bayonna şəhərində doğulmuşdur. Doqquz yaşında yetim qalan Frederik atasının valideynlərinin(nənə-babası) himayəsində böyümüşdür. 17 yaşında o, məktəbi tərk etmiş və vaxtının çoxunu ailə biznesinin ixracatçısı olaraq işə sərf etmişdir. İqtisadçı Tomas Dilorenzo bildirir ki, bu ailə biznesi təcrübəsi Bastiatın sonrakı yaradıcılığında mühüm rol oynamışdır. Çünki bu, gənc Frederikə bazarda ticarət qaydalarının müəyyən təsirlərini birbaşa yerində öyrənməyə imkan yaratmışdır. Onun intellektual maraq dairəsi müxtəlif idi, bura fəlsəfə, tarix, siyasət, din, səyahət, şairlik, siyasi iqtisad və bioqrafiya daxil idi. Onun iqtisadçı kimi ictimai karyerası yalnız 1844-cü ildə başladı və 1850-ci ildə ölümüylə başa çatdı. Bastiat ehtimala görə Fransa boyunca dolaşıb öz ideyalarını təbliğ etdiyi müddətdə vərəm xəstəliyinə tutulmuşdur. Bu xəstəlik onun gələcək nitqlərini də etməyə imkan vermədi(xüsusən, onun 1848 və 1849-cu ildə seçildiyi qanunvericilik assambleyasında) və həyatına son qoydu.
Huqo Basto
Hugo Cerqueira Pinto Basto (14 may 1993, Portu) Portuqaliyalı peşəkar futbolçudur.Hazırda Azərbaycan Premyer Liqasının klublarından Neftçi klubunda oynayır. Huqo Basto 17 iyul 2021 ci ildə Neftçiyə transfer olundu.
Inglourious Basterds
"Şərəfsiz əclaflar" (ing. Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir. Film beş hissədən ibarətdir: "Once Upon a Time in Nazi-occupied France" (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) – "Yəhudi ovçusu" SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, sərəncamında olan nasist-əsgərlərlə, həmin fermerin yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir.
La-Bastid-Pradin
La-Bastid-Pradin (fr. La Bastide-Pradines, oks. La Bastida de Pradinas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12022. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 55 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 109 nəfər təşkil edirdi. 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 67.7%).
La-Bastid-Solaj
La-Bastid-Solaj (fr. La Bastide-Solages, oks. La Bastida de Solatge) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12023. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 50 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi. 2007-ci ildə 75 yaş arasında (15-64 yaş arasında) 53 nəfər iqtisadi fəal, 22 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə 63.5%).
La-Bastid-l'Evek
La-Bastid-L'Evek (fr. La Bastide-l'Évêque, oks. La Bastida de l'Avesque) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12021. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 35 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 817 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 474 nəfər (15-64 yaş arasında) 359 nəfər iqtisadi cəhətdən fəal, 115 hərəkətsiz (fəaliyyət göstərici 75,7%, 1999-cu ildə bu göstərici 69.0%) olmuşdur.
Marko Van Basten
Marko Van Basten (nid. Marcel van Basten; (nid. , MORF: [ˈmɑrkoː vɑm'bɑstə(n)];31 oktyabr 1964[…]) — Niderlandlı keçmiş futbolçu və məşqçi. Daha çox İtaliyanın Milan klubunda oyunu ilə populyarlıq qazanıb. Hal hazırda "FİFA"nın texniki direktorudur. Marko Van Basten 31 oktyabr 1961-ci ildə Utrext şəhərində anadan olmuşdur. Markonun atası Yol, 50-ci illərdə tanınmış futbolçu olub. Anası Lenni Van Der Borq isə gimnastika ilə məşğul olub. Gələcəyin futbol ulduzu 7 yaşında yerli EDO komandasında futbol öyrənməyə başlayıb. Bir il sonra Marko UVV komandasına keçir.
Pierre Bastien
Pierre Bastien; 1953, Paris, Fransa -fransız musiqiçi alətləri ixtiraçısı. 1977, Nu Creative Methods, Nu Jungle Dances, NCM 1988, K7, Pierre Bastien, Peter Bastiaan & Bernard Pruvost, Hommage à Jean Raine, BPC 1988, lp, Mecanium, ADN, DMM 007R 1993, cd, Musiques Machinales, SMI NM204 1994, 7", Mécanisme de l'Arcane 17, G33G 1996, cd, Boîte N°3, Éditions Cactus, cd 003 1996, cd, Eggs Air Sister Steel, In Poly Sons, IPS 10-94 1997, Pierre Bastien, Pascal Comelade, Jac Berrocal & Jaki Liebezeit, cd, Oblique Sessions, DSA, DSA54054 1998, Pierre Bastien, Klimperei, cd, Mécanologie Portative, Prikosnovénie 1998, cd, Musiques Paralloïdres, Lowlands, 012 2000, cdrom, Neuf Jouets Optiques, Éditions Cactus 2002, Pierre Bastien, Lukas Simonis, cd, Mots d´Heures: Gousses, Rames, InPolysons, IPS0402 2001, Pierre Bastien, Alexei Aigui, cd, Musique Cyrillique, SoLyd Records, SR0308 2001, lp/cd, Mecanoid, Rephlex, CAT 119 cd/LP 2004, Mcd, Boite Nº 7, Editions Cactus, cd 007 2005, cd, Sé Verla al Revés, g33g, G3GPB1 2005, cd, Téléconcerts, Signature, SIG 11042 POP, Rephlex, Cat 2005, cd, 1622005, cd, Les Premières Machines: 1968-1988, Gazul, 2007, cd, distribution Musea Pierre Bastien, Dominique Grimaud, cd, Rag-Time vol.
Zeynəb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Zeyneb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynep Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Bastard
Bastard — amerikalı repçi Tyler, the Creator-un debüt miksteypi. Prodüserliyini Tayler tək başına edib və 25 dekabr 2009-cu ildə yayımlayıb. Albom internetdə pulsuz buraxıldığı üçün miksteyp sayılır, lakin Tayler bunu öz debüt albomu hesab edir. Albom DatPiff-də yayımlanıb.
Baster Skraqqsın balladası
Baster Skraqqsın balladası (ing. The Ballad of Buster Scruggs) — Koen qardaşlarının rejissorluğu ilə 2018-ci ildə çəkilmiş ABŞ istehsalı vestern, antologiya filmi. Film vəhşi qərbda keçən altı fərqli hekayədən bəhs edir. netflix.com/title/80200267 — The Ballad of Buster Scruggs rəsmi saytı on Netflix Baster Skraqqsın balladası — Internet Movie Database saytında.
Anemone nemorosa var. bastardii
Anemonoides nemorosa (lat. Anemonoides nemorosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemanthus nemorosus (L.) Fourr. Anemonanthea nemorosa (L.) Gray Anemone nemorosa L. Anemone nemorosa subsp. typica Korsh.
Basteria
Basteria Houtt. — Cullumia bitki cinsinin sinonimi. Basteria Mill. — Calycanthus bitki cinsinin sinonimi.
Bastiliya Operası
Bastiliya Operası (fr. Opéra Bastille) — Parisdə bir teatr. Əsası 1989-cu ildə qoyulmuşdur. Bu binanın memarı Karlos Ottdur.
Rodriqo de Bastidas
Rodriqo de Bastidas (isp. Rodrigo de Bastidas; təq. 1475, Sevilya – 28 iyul 1527, Santyaqo-de-Kuba[d], İspaniya imperiyası) — İspaniya konkistadoru və Cənubi Amerikanın şimal sahillərinin kəşfiyyatçısı, Santa-Marta şəhərinin banisi. Adelantado tituluna malik olmuşdur. 1501-ci ilin oktyabrında Bastidas "San Anton" və "Santa Maria de Gracia" adlı iki kirayələnmiş karaveldə Kadisdən yola düşmüşdür. Bu ekspedisiyada onu Vasko Nunyes de Balboa və Xuan de la Kosa müşayiət edirdi. Cənubi Amerika sahillərinə çatdıqdan sonra Bastidas Karib dənizi sahilinin təxminən 1000 km-ni tədqiq etmiş, Maqdalena çayının ağzını, həmçinin Daryen və Uraba körfəzlərini kəşf etmişdir. Ekspedisiya üzvləri ilk dəfə Syerra-Nevada-de-Santa-Marta regionunda qitənin daxili hissəsini tədqiq etmişdilər. O, Panama bərzəxinə ayaq basan ilk avropalı olduqdan sonra Santo-Dominqoya qayıtmağa məcbur olmuşdur.