BAZUBƏND

fars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi + bənd – bağ

1. Qolbaq, bilərzik.

2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.

3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (meşin və ya parça). (“Koroğlu” dastanının lüğəti)

Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. (“Koroğlunun İstanbul səfəri”)

                                                        *

Axırda bazubəndini açıb verdi Möminə xanıma. (“Koroğlunun Dərbənd səfəri”)

BAZUBƏND
BEH-BAZAR FARS

Значение слова в других словарях