Belfast

coğ. Belfast

beləsi
Belfort
OBASTAN VİKİ
Belfast
Belfast — Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir. Əhalisinin sayına görə, Belfast Böyük Britaniyada 17-ci, İrlandiya adasında ikinci ən böyük şəhərdir. Tarixən, Belfast İrland kətan sənayesi, tütün istehsalı və gəmiqayırma ("Linenopolis" ləqəbini qazananıb) mərkəzi olmuşdur: şəhərin əsas gəmiqayırma şirkəti olan Harland and Wolff tanınmış RMS Titaniki inşa etmişdi. Belfast Sənaye inqilabında açar rolunu oynamış və 20-ci əsrin ikinci yarısına qədər qlobal sənaye mərkəzi kimi özünəməxsus yerini qoruyub saxlamışdır. Belfast 20-ci əsrin əvvəllərində İrlandiyanın ən böyük şəhəri idi. Bu gün Belfast sənaye mərkəzi, eləcə də incəsənət, ali təhsil, hüquq və biznes mərkəzi olaraq qalır. Bu şəhər Şimali İrlandiyanın iqtisadi mühərrikidir. Belfastda iki aeroport mövcuddur: Corc Best Şəhər Aeroportu (şəhərdə) və Belfast Beynəlxalq Aeroportu (şəhərin qərbindən 24 km məsafədə).
Belfast şəhəri

Belfast Qalası
Belfast Qalası (ir. Caisleán Bhéal Feirste)) — Şimali İrlandiyanın Belfast şəhərində Kave Hill Parkında, dəniz səviyyəsindən 400 fut (120 m) yüksəklikdə görkəmli bir yerdə yerləşən malikanə. Qala 1867-1870-ci illər arasında Viktorian dövrünə aid tikilidir və A kateqoriyalı memarlıq abidələri siyahısına daxil edilmişdir. == Tarixi == Belfast Qalası 1220-ci illərdə, Laqan çayı üzərindəki mühüm keçidi qorumaq üçün normanlar tərəfindən tikilmişdir. Bu ərazi sonralar Olster qraflığı kimi tanındı. 1220-1550-ci illər arasında Qala bir neçə dəfə yenidən qurulmuşdur. O vaxtlar Qala lord Çiçesterin iqamətgahı idi. Orta əsrlərdə, ehtimal ki, XIV-cü əsrin sonu və ya XV-cı əsrin əvvəllərində, qala Cenel Neoghainin güclü Uí Neill (O'Neill) sülaləsi tərəfindən ələ keçirildi. Bu gün gördüyümüz Belfast Qalası 1811-1870-ci illər arasında markiz Doneqal tərəfindən Şotlandiya baronları Çarlz Lanyon və oğulları üslubunda tikilmişdir. Markiz Doneqalın ölümündən sonra VIII Şeftsberi qrafı bu qalanın tikintisini başa çatdırdı.
Belfast qəsri