Uzunsütuncuqlu bellevaliya
Uzunsütuncuqlu bellevaliya (lat. Bellevalia longistyla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab(i, ii, iii). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda, 3-4 sm yoğunluqdadır. Gövdə 20-40 sm hündürlükdə, çılpaq, bütöv, meyvə vaxtı yoğunlaşır. Kökyanı yarpaqlar uzun, enli-neştərşəkilli, 25-30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzanmış, çoxçiçəkli, enli-piramidavaridir. Çiçəkyanlğı 10 mm-ə qədər uzunluqda, uzunboruvari, ağımtıl-mavi, qonur, quruduqda kürən qırmızımtıldır.